Bu vitamini çatışmayan şəxslər koronavirusu ağır keçirir - NƏ EDƏK?

Bu vitamini çatışmayan şəxslər koronavirusu ağır keçirir - NƏ EDƏK?Dünyanı aciz duruma salan COVİD-19 infeksiyasına qarşı Azərbaycanda da dövlət səviyyəsində müxtəlif tədbirlər görülməsinə baxmayaraq rəqəmlər göstərir ki, virusa yoluxanların sayı durmadan artır. Virusun varlığına inanmayanların hələ də olması bir dərd, bu virusdan dünyasını dəyişənlərin sayının artması da başqa bir dərddir.
Özündə COVİD-19 virusunun əlamətlərini hiss edən şəxs ev şəratində nə etməlidir?
Bu suala cavab tapmaq məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidovla əlaqə saxladıq.
Azadqadin.az milli.az-a istinadən xəbər verir ki, şöbə müdiri koronavirusun simptomlarını özündə hiss edən şəxslərin ev şəraitində mülicə üsulu və istifadə edilən dərmanlarla bağlı danışıb:
"COVİD-19 deyəndə insanlarımız çox spesifikləşir. Yuxarı tənəffüs və ya aşağı tənəffüs yolları infeksiyalarına xas olan əlamətlər, yəni burunaxma, yüksək hərarət, təngnəfəslik, quru və bəlğəmli öskürək, başağrısı (Adamda tez-tez başağrısı olursa o mütləq deyil ki, infeksiya əlaməti olsun - red), əzələ ağrıları, dad bilmə, qoxu bilmənin itməsi. Bu cür əlamətlər olarsa, insan özündən şübhələnərsə mütləq şəkildə həmin an özünü başqa bir otaqda təcrid etməlidir, maska taxmalıdır, hamıya xəbər etməlidir ki, məndə ola bilsin ki, koronavirus əlaməti var. Dərhal 103 və ya 1542 nömrəsinə zəng etməlidir. Test etdirməli, cavabı çıxana qədər Həkimlə məsləhətləşməlidir. Əgər müayinəsində tibbi briqadanı narahat edən məqamlar olarsa, xəstə yüksək risk qrupuna aid olarsa, yəni yaşı 65-dən yuxarı, yanaşı böyrək, ürək və digər xəstəlikləri varsa, tənəffüsündə darlıq daha çoxdursa, hərarəti neçə gündür davam edirsə, hərarət onu tam üzübdürsə və digər belə narahatedici simptomlar varsa onu dərhal xəstəxanaya aparacaqlar. Onun evdə qalmağı düzgün deyil.
Amma simptomlardan sadəcə temperaturu varsa, temperaturu 37,8, 38, 38-dən yuxarıdırsa, həb qəbul edib temperaturu ona qədər düşübsə, başqa heç bir simptomları yoxdursa və yaxud yüngül baş ağrısı, yüngül dərəcəli ümumi bədən əzələ ağrıları varsa, tənəffüsündə darlıq yoxdursa mütləq şəkildə test nəticələri çıxana qədər maskada oturmalıdır, evdə özünü təcrid etməlidir. Evdə olan bütün hər kəs ondan aralı gəzməlidir, başqa otaqda olmalıdırlar. Onun otağına girib-çıxanda maska taxmalı, əllərin gigiyenasına riayət etməlidirlər. Və paralel olaraq həmin adam simptomların idarə olunması üçün dərmanlardan istifadə edə bilər. Temperatur yüksəkdirə temperaturu aşağı salan dərmanlardan istifadə oluna bilər. Əgər başağrıları varsa, əvvəllər başağrılarına hansı dərman kömək edirdisə o dərmandan istifadə edə bilər. Nəfəsində yüngül çətinlik varsa, otağının havasını tez-tez dəyişdirməlidir. Həkim məsləhət bilərsə "inqalyator" verə bilər ki, evdə "inqalyator"dan istifadə etsin.
Heç bir tədqiqatlarda koronavirus xəstələrində, yuxarı tənəffüs yollarının viruslu infeksiyalarında hər hansı əlavə dərman preparatlarının faydası 100% sübuta yetirilməyib. Amma ümumi müşahidələr, elmi məlumatlara əsaslanaraq tibb işçilərimiz, həkimlərimiz pasiyentlərə əgər əks göstəriş yoxdursa vitamin "C"-ni çox aşağı dozalarda qəbul etməsini tövsiyə edə bilərlər və edirlər. Əks göstəriş yoxdursa vitamin "D", kalsium, sonra sinq preparatları, misal üçün sinq-sulfat. Bu artıq vitamin deyil, mikroelementlərdir (Sinq-sulfat, kalsium). Vitamin kimi "C" və "D3", bax bunları istifadə edilə bilər. Bunların əsas məqsədi immuniteti gücləndirmək, immuniteti dəstəkləmək, bədənin müqavimətini artırmaqdır. Tədqiqatlar göstərir ki, vitamin "D"-si aşağı olan vətəndaşlarda koronavirus infeksiyası daha ağır keçir".
Sumqayıt Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar da özündə koronavirus əlamətləri hiss edən insanlara məsləhət verib:
"Dərhal özünü evdə bir otaqda təcrid etməlidir. Mütləq otaq tez-tez havalandırılmalıdır. Həmin şəxs və onunla bəbarər bir evdə yaşayanlar hamısı tibbi maska taxmalıdır. Ev şəraitində müalicə üçün bu barədə sahə həkimlərinə protokol verilib. Xəstə sahə həkimi ilə danışana qədər bol maye içməlidir. Hətta sidiyin rəngi açıq rəngə boyanana qədər maye qəbul edilməlidir. Eyni zamanda "C" vitamini içməlidir, həb formasında ola bilər. Sinq tərkibli preparatların qəbul olunması tövsiyə olunur. Tənəffüs yolu ilə yayılan bir infeksiya olduğuna görə həmin şəxsin qablarında da o viruslar qala bilər. Qab-qacaq doğru şəkildə yuyulursa ayırmağa ehtiyac yoxdur".

Sağlamlıq     Baxılıb: 2160   Tarix: 27 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

turlar.az

kosmetik vasiteler geyim və ayaqqabılar gözəllik məhsulları ilk öpüş qonag otagi dizayni displaziya veten haqqinda atalar sozleri kosmetika usaq geyimleri xanım az saglam qidalanma kahfe kali oğlaq