Bu xəstəlikləri olanlara sarıkök ziyan vura bilər

Bu xəstəlikləri olanlara sarıkök ziyan vura bilərSarıkök bütün dünyada ən tez-tez istifadə olunan ədviyyatlardan biridir.

Sarıkök yeməkərə xoş dad və rəng bəxş edir. Bundan əlavə sarıkök insan sağlamlığı üçün olduqca faydalıdır. Sarıkökün güclü antioksidant xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərin sayəsində sarıkök bir çox xəstəliklərin (o cümlədən, ürək-damar sistemi və xərçəng xəstəliklərinin) riskini azaldır.

Xanim.az xəbər verir ki, son zamanlar sariköklü içkilərin və kapsul şəklində sarıkökün qəbulu çox populyardır. Lakin nəzərə almaq lazımdır ki, sarıkökün çoxlu miqdarda qəbulu orqanizmə ciddi ziyan vura bilər, zəhərlənmə, həzm sistemi pozulmaları və hətta qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Müasir farmakologiyanın banisi Parasels dediyi kimi: "Hər şey zəhərdir, hər şey dərmandır, hər ikisini miqdar təyin edir".

Healthy Holistic Living jurnalında dərc olunmuş məqalədə mütəxəssislər xəbərdarlıq edir ki, sarıkökü gün ərzində 1 ç.q.-dan artıq qəbul etmək olmaz. Bu miqdarın hamısını birdən deyil, 3 dəfəyə qəbul etmək lazımdır. Lakin burada söhbət yalnız sağlam insanlardan gedir. Bəzi xəstəliklər və pozulmalar zamanı sarıkökün istehlakı ziyan vura bilər.

Belə ki, mütəxəssislər hamilə qadınlara sarıkökün istehlakını azaltmağı tövsiyə edirlər. Sarıkök uşaqlığın tonusunu artıra bilər. Keçmişdə doğuşu asanlaşdırmaq üçün qadınlara sarıkök dəmləməsini verirdilər.

3 yaşına qədər uşaqlara sarıkökü vermək tövsiyə edilmir.

Bəzi insanlarda sarıkök allergiya və fərdi dözümsüzlüyə səbəb ola bilər.

Öd daşı xəstəliyi zamanı da sarıkökün qəbulu arzuolunmaz sayılır. Sarıkök güclü ödqovucu xüsusiyyətlərə malikdir ki, bunun nəticəsində öd kisəsində olan daşlar öd axarlarına düşə bilər. Bu isə güclü ağrılara və xəstənin vəziyyətinin ağırlaşmasına gətirib çıxarda bilər.

Sarıkök şəkərli diabet zamanı faydalı sayılır. Lakin sarıkökün çoxlu miqdarda qəbulu şəkərin kəskin düşməsinə səbəb ola bilər ki, bu da şəkərli diabet xəstəsi üçün təhlükəlidir.

Antikoaqulant (qanı duruldan) preparatları qəbul edən və cərrahi əməliyyata hazırlaşan insanlar da sarıkökdən imtina etməlidir. Sarıkök qanın laxtalanmasını azaldır ki, bu da əməliyyat zamanı və qan duruldan preparatların qəbulu fonunda qanaxmaların riskini artıra bilər.

Xora xəstəliyi və qastritin kəskinləşməsi zamanı sarıkökdən imtina etmək lazımdır.

Həmçinin hepatit, xolesistit, piyelonefrit və qlomerulonefrit kimi xəstəliklərin kəskinləşməsi dövründə sarıkökün istahlakı xəstəyə ziyan vura bilər.

Sarıkök arterial təzyiqi salır. Bu səbəbdən hipotoniyadan (aşağı təzyiq) əziyyət çəkənlər sarıkökün istehlakını azaltmalıdırlar.

Təzyiq salan preparatları qəbul edən insanlar da çoxlu miqdarda sarıkök istehlak etməməlidir. Sarıkök bu preparatların orqanizmə olan təsirini gücləndirir və təzyiq çox düşə bilər.

Beləliklə, hətta sarıkök kimi faydalı və müalicəvi ədviyyat da bəzi hallarda sağlamlığa ziyan vur bilər.

Sağlamlıq     Baxılıb: 2091   Tarix: 24 iyun 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

turlar.az

toy makiyaji sekilleri makiyaj etmek qaydalari maskalar artiq cekiden azad olmaq elm haqqinda atalar sozleri orucluqda cinsi əlaqə daban agrilari kosmetika opusme xanim az itburnu layla yumurta