Cinslər arasında sosial fərq olmalıdı?

Cinslər arasında sosial fərq olmalıdı?Cəmiyyət bir-birindən fərqli iki cinsdən ibarət olması ortalığa bir sıra suallar qoyur ki, bunlarında cavabları hələ də mübahisə doğurmaqdadır. Əgər cinslərin bioloji fərqəri və funksiyaları şübhə doğurmursa, psixi, emosianal, intuitiv fərqlər məsələsi, qadın və kişinin təfəkkür, idrak, məntiqi fərqləri kimi hallar öz müzakirəsini tələb edir. Həmçinin burada bir sualda yaranır. İnsanlatrın cinsi fərqləri onların sosial fərqlərinin səbəbidirmi? Yoxsa bu tarixin təsadüfi seçimindən və yaxud şəraitdən asılıdır?

Cinslərin qeyri bərabərliyi ayrı-ayrı cəmiyyətlərdə özlərini müxtəlif göstərir. Ona görə də kişi və qadının cəmiyyətdəki statusunu tədqiq etməklə bu cəmiyyət, onun mədəniyyət və ən-ənələrinin səciyyəsi, xalqın dini və ruhi-əxlaqi dəyərlərinin xüsusiyyətləri, dünyagörüşü və özünüdərki haqqında çoxlu miqdarda maraqlı material verir.

Cəmiyyətdə cinslərin qeyri-bərabərliyi insanlar üçün heç də həmişə problem olmamışdır. Bir sıra insanlar, istər kişi olsun, istərsə də qadın olsun, bu məsələ üzərində hətta ciddi düşünməmişlər. Digər qisim insanlar isə haqların pozulmasını görmür və cəmiyyətdə qadın və kişinin üzərinə düşən vəzifələr onlara ədalətli görünür. Cəmiyyətdə cinslərin qərarlaşmış davranış qaydaları, tarix, ən-ənə, din və ya əjdadlardan gələn əxlaq normaları ilə müqəddəsləşdirildiyindən, insanlar bu qaydaların ədalətsiz olmasını bəzən mühakimə edə bilmirlər. Əsasəndə qərbdən öz konservativliyi ilə fərqlənən şərqdə bu daha çox müşahidə olunur. Bu gün qərbdə feminizm hərəkatları mövcud olsa da şərqdə feminizmə meyl ciddi müşahidə olunmur. Möhkəm və dəyişməz norma və dəyərlərlə hərəkət edən cəmiyyətdə ümumiyyətlə kişi və qadının rolları ciddi şəkildə bölünür. Belə tip ənənəvi cəmiyyətdə yaşayan kişi və qadın fərqli bir statusa malik olmaq üçün mübarizə apara bilmir. Hətta qədim dövr və orta əsrlər Avropasında dəyərlərə qarşı münasibət daha ciddi olduğundan, feminizm hərakatları çox gec meydana gəlmişdir. Əsasən bu hərəkat feodalizm buxovlarından azad olmuş Avropa ölkələrində meydana gəlməyə başladı.

Lakin bunu da qeyd edək ki, bəzi tədqiqatçıların fikrincə feminizmə maraq qədim yunan fəlsəfəsində görünür. Hətta bəziləri Platonu ilk feminist adlandırırlar.

Uzun illər ərzində SSSR-də qadın hüquqlarına dair hər hansı elmi görüşlərin meydana çıxmasına və ya bu məsələyə dair tədbirlərin keçirilməsinə imkan verilmirdi. Keçmiş sovetlərin təbliğat aparatı bütün dünyaya sübut etməyə çalışırdı ki, "bizim ölkədə" qadın məsələsi bir dəfəlik həll edilmiş, qadınlarla kişilərin bərabər hüquqlarına tam nail olunmuşdur. Sovet dövrünün "qadın məsələ"sində cinslərin rəsmi bərabərliyi de-yure mövcud idi. Bərabər iş günü üçün bərabər əmək haqqı mövcud idi. Hökümətin bütün səviyyələrində qadınların təmsil olunmalarını təmin edən kvota sistemi və xüsusi sosial yönumlü - qadınların bir çox hüquqlarını tənzimləyən qanunvericilik qüvvədə idi. Lakin de-fakto isə cinslər arasında bərabərlik məsələsi asimmetrik idi. Hakim idealogiyaya tabe olan "Qadın şura"ları "qadın məsələsini" tənzimləyir,qadınların mənafe və maraqlarını ideologiyaya uyğun təmsil edirdilər.

P. S. Hal-hazırda bizim ölkədə də qadınlara və kişilərə münasibət cəmiyyətdə müxtəlifdi. Düzdü demokratik dövlət olaraq konstitusiyamıza əsasən hər iki cins bərabər hüquqludur. Lakin hər birimiz bilirik ki, əslində bu qanun sadəcə mövcuddur və tətbiqata gəlincə isə cinslər arasında sosial ayrıseçkilik mövcuddur. Bu səbəbdən sizə belə bir sual ünvanlamaq qərarına gəldim. Cəmiyyətin intellektual təbəqəsinin fikrini öyrənmək mənim üçün maraqlıdır.

Ailə və Uşaq     Baxılıb: 2218   Tarix: 03 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

turlar.az

donlar 2026 qadin dunyasi gelinlikler çantalar saglamliq haqqinda şirniyyat və tortlar ailə hamiləlik kosmetika gözəllik salatlar cekc pornuxa bayraq novruz bayramina aid hakisdalar