Diqqət!!! 60 kilodan yuxarı olanlar təcili oxusun! -FOTO

Dünyaca məşhur "-60" pəhrizi.
SaqlamHeyat.az xarici mətbuata istinadən xəbər verir ki, bu pəhrizi Yekaterina Mirimanova hazırlayıb, onun çəkisi 120 kq idi. O bu pəyriz və qaydalara riayət edərək, düz 60 kilo arıqladı. İndi onun pəhrizi nəonku Rusiyada, hətta bütün dünyada da məşhurdur.

Yekaterina Valeryevna Mirimanova – uğurlu yazıçı və dünyanın bir çox ölkələrində yüksək məşhurluq qazanmış oruğinal arıqlama sisteminin müəllifidir. Yekaterina Mirimnovanın Minus 60 dietasının artıq 3 000 000-a yaxın ardıcılı vardır.

Dieta haqqında məlumat

Mirimanovanın minus 60 dietası müəllifin şəxsi təcrübəsinin nəticəsidir. Yekaterinanın 2005-ci ildə çəkisi 120 kiloqram olub – az adam inanırdı ki, o özünün ələ ala və arıqlaya bilər. Mirimanova sübut etdi ki, mümkün olmayanı belə mümkün etmək olur – o, 1,5 il ərzində çəkisinin tən yarısını ata bildi (Yekaterina 60 kq arıqlaya bildi ki, dietanın adı da buradan götürülmüşdür). Maraqlıdır ki, göstərilən dieta, demək olar ki, hər şeyi yeməyə imkan verir (şirniyyat, bişinti, sala və s.). O ac qalmağa və kaloriləri saymağa məcbur etmir – sadəcə qidalanmada müəyyən qaydalara riayyət etmək lazımdır. Mahiyyətcə göstərilən dieta düzgün qidalanma nümunəsidir və tam hüquqla bütün həyat boyu istifadə edilə bilər.

Yekaterina Mirimanovanın dieta qaydaları

Yekaterina Mirimanovanın 60 dietası hansı qaydalara riayyət etməyə məcbur edir?

Göstərilən qidalanma sistemi aşağıdakı tövsiyyələrə əsaslanır:

• Səhər yeməyini buraxmaq olmaz – səhər yeməyi mübadilə proseslərini oyadır. Kim ki səhər tezdən durur, Mirimanova onlara 1 deyil 2 səhər yeməyi düzəltməyi təklif edir (biri – olduqca yüngül, digəri – tam həcmli).

• Şəkər normasını tədricən aşağı salmaq lazımdır. Rafinə edilmiş qənddən qəhvəyinin xeyrinə imtina edin. Şəkər əvəzləyicilərindən istifadə eməyin.

• Bütün alkoqollu içkilər çeşidindən ancaq qırmızı quru şəraba üstünlük verin.

• Səhər yeməyi zamanı istənilən ərzaqlardan, o cümlədən şirniyyatdan istifadə edə bilərsiniz.

• Südlü şokoladı tədricən acı qara, sadə düyünü isə buxara verilmişlə əvəzləyin.

• Ağ çörəyi ancaq səhər yeməyi zamanı yeyin, naharda bir dilin çovdar çörəyi yeyə bilərsiniz (heç bir halda şörəyi ət və balıq məhsulları ilə birləşdirməyin).

• Makaron və kartofu səhər yeməyi və nahar vaxtı yemək olar, lakin bu ərzaqlardan çox istifadə etməyə aludə olmayın. Səhər yeməyi zamanı siz onları nə ilə istəsəniz qarışdıra bilərsiniz, naharda isə - ancaq tərəvəz və pendirlə. Şam yeməyində kartof və makaron yemək olmaz.

• Optimal şam yeməyi – kəsmik və meyvələrin, düyü və meyvələrin, düyü və tərəvəzlərin uyğunlaşdırılmasıdır. Ət (balıq, quş əti) yeməyə özünüzə icazə verə bilərsiniz - onları müstəqil ayrıca yemək kimi yeyin.

• Şam yeməyini saat 18.00 kimi yekunlaşdırmaq lazımdır (əgər siz tez yatırsınızsa). Əgər siz "bayquşlar" fəsiləsinə aidsinizsə, onda şam yeməyini daha gec saata keçirmək olar (lakin istənilən halda saat 20.00-dan sonra yemək yeməyin). Şam yeməyini həddən artıq tez yekunlaşdırmaq da olmaz (17.00 qədər) – bu arıqlama prosesini heç çür sürətləndirməyəcək, əvəzində isə hər şeyin yarımçıq qalmasına gətirib çıxara bilər. Əgər şam yeməyini buraxmısınızsa, səhərə qədər dözmək lazım gələcək (şəkərsiz yaşıl çay için).

• İçki ratsionu bol olmalıdır, suyu göz qarşısında saxlayın, lakin özünüzü içməyə də zorlamaq lazım deyil - orqanizm özü ona zəuri olan normanı müəyyən edəcəkdir (zərurət hiss edən zaman su için).

• Duzu istisna etmək lazım deyil, lakin onun miqdarına nəzarət etmək mütləq lazımdır (yeməyə həddən artıq duz vurmayın).

• Gün ərzində nəsə ancaq bir şey yeməyin (misal üçün çoxlu sayda meyvə) – bu maddələr mübadiləsi prosesini ləngidir.

• Boşalma günləri təşkil etməyə lüzum yoxdur – qidalanmada məhdudlaşdırma orqanizm üçün stresə çevrilir (eyni şey bütün mümkün təmizlənmə metodikalarına da keçərlidir).

• Gündə 3 dəfə yeyin, istək olan zaman özünüzə meyvələrdən qəlyanaltı düzəldin.

Kurslarla polivitaminlər qəbul edin.

• Minus 60 dietası hamiləlik və ana südü ilə qidalandırma zamanı əks göstərişə malik deyil – sadəcə dietaya tədricən "daxil olmaq" və öz vəziyyətinizə nəzarət etmək lazımdır. Eləcə də bu zaman həkimlə məsləhətləşməniz də pis olmazdı.

Qidalanma üzrə tövsiyyələr

Yekaterina Mirimanovanın dietası zamanı səhərlər hər şey yemək olar. Bundan sonra isə müəyyən məhdudiyyətlərə riayyət etmək lazımdır.

Nahar

Ərzaqları qaynatmaq və basdırmaq olar.
Xama və mayonezdən istifadəyə icazə verilir (saat 14.00 kimi), lakin çox olmayan miqdarda (1 ç.q.).
Yeməyin hazırlanması zamanı soya sousu və bitki yağından (azacıq) istifadə etmək olar.
Şorbaları ancaq suda (bu halda ona kartof da əlavə etmək olar) və ya şorbada (kartof istisna edilir, lakin onu lobya və dondurulmuş yaşıl noxudla əvəz etmək olar) qaynatmaq lazımdır.
Eləcə də naharda aşağıdakı ərzaqlardan istifadə etmək olar:

• Suşi
• Meyvələr (alma, sitrus meyvələri, gavalı, kivi, qarpız, ananas, qara gavalı)
• Tərəvəzlər (bişirilmiş, qaynadılmış, basdırılmış, çiy)
• Duza qoyulmuş və duzlu tərəvəzlər (azacıq)
• Ət və balıq ərzaqları, dəniz məhsulları, subməhsullar (bişirilmiş kolbasa, buxara verilmiş kotletlər, quru tavada hazırlanmış ət və s.)
• Qaynadılmış yumurta
• Yarma (qarabaşaq, düyü)
• Makaronlar (ət və balıqla qarışdırmaq olmaz)
• düyü əriştəsi
• Çay, qəhvə, qırmızı çaxır, təbii şirə, süd və turş süd məhsulları

Şam yeməyi

Şam yeməyinin ərzaqlarını suda qaynatmaq, təbii ədviyyatlarla, soya sousu, duz ilə zənginləşdirmək olar. Şəkər tam olaraq istisna edilir.

Tövsiyyə edilən ərzaqlar:
• Meyvələr (naharda olduğu kimi çeşiddə)
• Tərəvəzlər (kartof, noxud, qarğıdalı, göbələklər, balqabaq, badımcan, avokado istisna edilir)
• Süd məhsulları, yarma
• Ət və balıq məhsulları, subərzaqlar, dəniz məhsulları (ayrıca yemək kimi)
• Qaynadılmış yumurta (karbohidratlarla birləşdirmək olmaz)
• Yarmalar (qarabaşaq, düyü) – meyvə və tərəvəzlərlə birləşdirmək olar
• Süd məhsulları (şirin olmayan yoqurt, kəsmik, kripslərlə pendir)
• İçkilər (yaşıl çay, qəhvə, qazlı və qazsız su, təbii şirə)
• Südlü və turşsüdlü işkilər (meyvə və tərəvəzlə birləşdirilə bilərlər)
• Qırmızı quru çaxır

Rəylər

60 minus dietası çoxlarının xoşuna gəlir. O köklü və kəskin şəkildə qida aludəçiliklərini dəyişdirməyə vadar etmir. Dəyişikliklər aramla və tədricən baş verir ki, bu da mümkün diskomfortu minimuma endirir. Çəki atılması nəticələri fərdidir. Ratsionu müstəqil şəkildə tərtib etmə imkanı və özünün heç olmasa səhərlər nəyəsə qonaq etmək adamı ələ alır.
Diqqət!!! 60 kilodan yuxarı olanlar təcili oxusun! -FOTODiqqət!!! 60 kilodan yuxarı olanlar təcili oxusun! -FOTO

Gözəllik və Moda     Baxılıb: 14037   Tarix: 22 noyabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

Bahalı qulluq olmadan 7 yaş gənc görünməyin sirri

Bir çox qadın daha gənc görünmək üçün kosmetoloqlara üz tutur. Ancaq bəzən kosmetoloq tərəfindən bahalı manipulyasiyalar istənilən nəticəni əldə etmir. Bir neçə sadə yolla daha gənc görünmək mümkündür. Onlara əməl etsəniz

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Dünyanın ən cazibədar qadınları illər əvvəl və indi

Sindi Krouford, Naomi Kepmbel, Haydi Klum, Linda Evanqiliya, Tatyana Patiç, Klaudiya Şiffer, Kristi Terlinqton, Karla Bruni 70-80-ci illərin ən çox məşhur modelləri olsalar da, bu günədək onlara moda dünyasında böyük tələba

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

turlar.az

sac duzumleri həkim məsləhəti gözəllik məhsulları yaz geyimleri yagli saclar ucun meslehetler cinsi infeksiyalar faydalı bitkilər kosmetika azərbaycan toyuq salati ağır itki gulmeli hakista novruza aid hakista