Dırnağınızın əti soyulursa, bunları edin
Dırnaqlarımızın kənarındakı ətlərin soyulmasından çoxumuz əziyyət çəkirik. Bəzən onları əlimizlə qopartmağa da çalışırıq. Amma bu həm ağrıdar həm də qopartdığımız yerə infeksiya düşməsinə səbəb ola bilər. İndi isə gəlin dırnaq ətlərinin soyulması səbəbini və bunun qarşısını necə almaq lazım olduğu haqqında danışaq.
Dırnaq əti problemi əsasən baxımsız dırnaqlardan, C vitamini çatışmamazlığından, soyuq və quru mühitdə olmaqdan qaynaqlanır. Mövcud problemdən xilas olmaq istəyisinizsə aşağıdakılara əməl etməlisiniz.
1. Dırnaq və dırnaq kənarı ətlərinizin yumşaq və nəm saxlamağa çalışın. Nəmləndirici kreminizi təkcə əllərinizə deyil, həmçinin dırnaqlarınıza da yedirdərək massaj edin.
2. Qliserinin içinə yarım limonun suyunu sıxaraq qarışdırın. Alınan kütləni əllərinizi təmiz yuduqdan sonra barmaqlarınıza sürtüb 20 dəqiqə saxlayın.
3. Dediyimiz kimi bu problem C vitamin çatışmamazlığından da qaynaqlandığı üçün narıngi, portağal, qreyfrut, limon və digər C vitamini ehtiva edən məhsullar yeyin. Eyni zamanda yay aylarında arada bir C vitamini də qəbul edə bilərsiniz.
4. Bir-iki dilim limonu dırnaqlarınıza sürtüb 3-4 dəqiqə sonra isti su ilə yumaq da dırnaq ətlərinin soyulmasının qarşısını alır.
5. Lak və aseton dırnaqlar kimi dırnaq ətlərinə də zərər verir. Ona görə də bu iki vasitədən mümkünsə az istifadə edin.
6. Yemək hazırlayarkən, qab yuyarkən əlcək istifadə etməyiniz məsləhətdir.
7. Tez-tez manikür etməyin. Bu dırnaqların səliqəli və gözəl görünməsinə səbəb olsa da, dırnaq və dırnaq ətlərinə çox zərər verir.
8. Əgər dırnaq ətlərinizi qopartmaq fikriniz varsa, əvvəlcə əllərinizi təmiz yuyun, sonra da əti dartacaq, kəsəcək alətləri spirtləyin. Bundan sonra dırnaq ətini dərinə getmədən, toxumalara zərər vermədən ehtiyatla kəsin.
Amma unutmayın bununla siz müəyyən müddət dırnaq ətlərindən azad ola bilərsiz. Əgər dırnaq ətlərinizin qabarmasını, sərtləşməsini, soyulmasını istəmirsinizsə mütləq və mütləq yuxarıda sadaladığımız üsullardan istifadə edin.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Survivor 2027'nin kapitanları onlar oldu
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto