Doğru makiyaj 10 yaş cavanlaşdırır

Doğru makiyaj 10 yaş cavanlaşdırırBu gün qadınlar makiyajdan istifadə edərkən kiçik hiylələrlə özlərini istənilən formaya sala bilərlər. Doğru istifadə edilən makiyaj insanı yaşından cavan, yanlış makiyaj isə cavan insanı yaşlı və qulluqsuz göstərə bilər.

Pudranı və tonal kremi hər yerə sürtmək +5 yaş
Bu məhsulları üzün hər yerinə sürtmək dərinin rəngini, görünüşünü pisləşdirir. Bu, insanı ən azı 5 yaş yaşlı göstərir. Daha yaxşı olar ki, onları burnunuza, az miqdarda yanaqlara və göz ətrafına vurasınız.

Nəm pudra -5 yaş
Yaş pudralar dəriyə canlı görüntü verir. Çünki bu, üzdə olan piqmentləri daha yaxşı örtür. Nəticə 5 yaş cavan görünüş.

Ənlikdən istifadə +8 yaş
Qəhvəyi rəngli ənliklərdən çox istifadə üzə sərt və soyuq ifadə verir.

Doğru ton -4 yaş
Dərinizin rəngindən yarım ton açıq tonal krem seçin. Ən yaxşısı bej rəngidir.

Parıltılı cild +6 yaş
35 yaşdan sonra dəridəki təbii parlaqlıq tədricən itməyə başlayır. Dərinin işıltısını qaytarmaq heç də bütün parıltılı kosmetik vasitələrdən istifadə etməyə əsas vermir.

Fırça +8 yaş
Tonal kremi fırça, süngər ilə sürtməyə çalışın. Bu hiylədən hətta makiyaj ustaları da istifadə edirlər. Bu, pudradan çox istifadənin qarşısını alır və üzdəki ləkələri, izləri daha yaxşı örtür. Fırça həm də pudranın bir yerdə topalaşmasının qarşısını alır.

Qatı dodaq boyası +5 yaş
Qatı dodaq boyası dodağın parıltısını öldürür və dodaqları nazik göstərir. Tünd rəngli "pomada" qadını yaşından ən azı 5 yaş böyük göstərə bilər.

Parlaq rənglər -3 yaş
Xüsusilə 35 yaşdan sonra nisbətən parlaq rəngli və yumşaq rəngli sulu dodaq boyasından istifadə edin. Bu, dodağa təbii parlaqlıq və həcm verəcək. Nəticə isə daha cavan görünüş olacaq.

Canlı baxış -2 yaş
Göz ətrafında olan bəzi tünd halqalar diskomfort və yaşlı görüntü yarada bilər. Bunun çarəsi pudradır. Açıq rəngli kosmetik vasitəni fırça ilə yüngülcə göz ətrafına sürtün. Halqalar ortadan qalxacaq və üz iki yaş cavan təsiri bağışlayacaq.

Doğru tuş -5 yaş
Həcm verən tuşlar əvəzində kirpikləri daha uzun göstərəcək və buracaq tuşlara üstünlük verin. Bu, canlı və gözəl baxışlara zəmanət verəcək.

Ten -5 yaş
Qaşın altından çəkilən şampan rəngli bir az parlaq ten gözlərə təbii işıq verir.

Pastel rənglər +5 yaş
Bütün pastel rəngli tenlər baxışlardakı mənanı itirir. Kirpik və qaşlar "yazıq" forması alır.

Gözəllik və Moda     Baxılıb: 2693   Tarix: 18 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

turlar.az

hamiləlik yay kolleksiyasi kosmetoloq cinsi problemlər xina yaxdi sozleri ərzaqlar sepgilere qarsi maska kosmetika qadin.az qaynanaya aid novruz pehriz burclerin uygunlugu