Əllərinizdəki ağrılar bu xəstəliklərin əlaməti ola bilər

Əllərinizdəki ağrılar bu xəstəliklərin əlaməti ola bilərHəkimlər hesab edir ki, əldə ağrılar təkcə zədə və ya stress nəticəsində yaranmır: onlar bu simptomu beş təhlükəli xəstəliklə əlaqələndiriblər. 
Publika.az xəbər verir ki, bu barədə məqalə "Eat This Not That!" (ETNT) saytında yayımlanıb. Şimal-Qərb Universitetinin radiologiya kafedrasının dosenti, professor Svati Deşmux qol və ayaqlarda ağrıları post-COVID sindromunun əlaməti adlandırıb: "COVİD-19-un səbəb olduğu dayaq-hərəkət sistemi xəstəlikləri müalicə olunur, amma bəzi pasiyentlərdə ciddi fəsadlar yaranır, ağrılar onları daim narahat edir, həyat keyfiyyətinə təsir göstərir". Professor Deşmux qrip zamanı ağrıların o qədər də intensiv olmadığını sözlərinə əlavə edib. 
Həmçinin qoldakı ağrı diabetik neyropatiyanın əlaməti ola bilər, diabetdə kiçik damarların zədələnməsi ilə əlaqəli sinir sisteminin pozulması baş verir. "Zədələnmiş sinirlərə qan axınının məhdudlaşması xroniki, zəifləyən ağrılara səbəb olur. Bu zaman ən sadə hərəkətlər çox ağrılı yerinə yetirilir" , - fizioterapevt Mark Bassell izah edib. 
Qollardakı ağrılar və ya şişlər qan laxtalanmasının əlaməti ola bilər. "Laxtalanma əsasən ayaqlarda əmələ gəlir. Amma onlar, xüsusən də tibbi kateter yerindədirsə və ya bu yaxınlarda qolunuzda, boynunuzda, döş qəfəsinizdə cərrahiyyə əməliyyatı keçirmisinizsə, qol damarlarında da əmələ gələ bilər", - Amerika Təqaüdçülər Assosiasiyasının (AARP) mütəxəssisi deyib. 
Onkoloq Qari Larsonun sözlərinə görə, qol və çiyindəki ağrılar ağciyər xərçənginin də əlaməti ola bilər: "Son bir neçə ay ərzində ağciyər xərçəngi diaqnozlu, çiyin ağrısı ilə müraciət edən iki xəstəni müalicə etdim. Karyeram boyu bir çox xəstələrin çiyin ağrısından şikayətləndiyini görmüşəm, çünki xərçəng sinirlərin çiyinə getdiyi səviyyədə çiyin bıçağına, yuxarı bazu sümüyünə və ya onurğa sütununa yayılıb".
Bundan əlavə, sol qoldakı ağrı infarktın əsas əlamətlərindən biri ola bilər. "Çənə, kürək, boyun və ya qollara yayılan ağrı ürək xəstəliyindən xəbər verir. Əgər gərginlik zamanı narahatlıq hissi yaranırsa və ya güclənirsə, sonra istirahət etmək üçün dayanmalı olursunuzsa, o zaman siz də müayinə olunmalısınız" , - kardioloq Lesli Ço bildirib. 

Sağlamlıq     Baxılıb: 2231   Tarix: 08 iyun 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

turlar.az

hamilelikde qidalanma makiyaj instagram donlar 2026 hind filmleri veten haqqinda atalar sözləri ayaqqabi ve cantalar sızanaqlara qarşı maska kosmetika bayati narin faydasi novruz hakisdalari veten seirleri hakıştalar