Əncirin xalq təbabətində istifadəsi. Reseptlər

Əncirin xalq təbabətində istifadəsi. ReseptlərƏncirin müalicəvi xüsusiyyətləri insanlara ta qədimdən məlumdur.
Keçmişdə ənciri müxtəlif yaralar, xoralar, irinliklər zamanı müalicəvi vasitə kimi geniş istifadə edirdilər. Əncirin köməyi ilə zəhərlənmə, kişilərdə cinsi zəiflik, iltihablar müalicə olunurdu. Dahi Avisenna bu meyvəni yaşlı insanlar və uşaqlar üçün xüsusilə xeyirli hesab edirdi.
Müasir zamanlarda da əncir xalq təbabətində geniş istifadə olunur.
- Əncir köməkçi müalicəvi vasitə kimi öskürək, bronxit, traxeit, laringit zamanı istifadə olunur. Süddə bişirilmiş əncir nəfəs yolları iltihabları zamanı sınanmış bəlğəmgətirici və iltihabəleyhinə vasitədir.
Bu təbii vasitəni hazırlamaq üçün 1 stəkan süd qaynadılır. 2-3 təzə əncir blenderdən keçirilir, qaynar südə salınır və 2-3 dəqiqə ərzində vam odda qapağı kip bağlı qabda qaynadılır. Daha sonra süd soyudulur və gün ərzində 4 dəfə olmaqla ilıq şəkildə qəbul olunur. Təzə əncir olmadıqda, qurudulmuş əncirdən istifadə etmək olar.
- Əncir (həm təzə, həm də qurudulmuş) çox təsirli işlədici vasitədir. Qəbizlikdən əziyyət çəkən insanlar hər gün 2-3 təzə və ya quru əncir yeməlidir.
Qəbizlikdən əziyyət çəkən insanlar bu kimi təbii dərmandan istifadə edə bilərlər. 100 qr qurudulmuş əncir və 100 qr kişmiş blenderdən keçirilir, 1/2 çay qaşığı zəncəfil tozu əlavə olunur, yaxşı qarıdırılır. Alınmış kütlədən kiçik "kolbasa" düzəldirik və 1 sm qalınlığında tikələrə kəsirik. Hazır dərmanı süşə bankada sərin yerdə saxlayın. Gün ərzində bir neçə belə "həb" yeyin. Bu vasitə həm bağırsaqları işlədir, həm də onları çox yaxşı təmizləyir.
- Əncir insanın ürək-damar sistemi üçün çox xeyirlidir - ürək əzələsini möhkəmləndirir, hipertoniyanın inkişafının qarşısını alır, damarları təmizləyir, qanı duruldur, qanın tərkibini yaxşılaşdırır, trombların əmələ gəlməsinin qarşısını alır və s. Məhz bu səbəbdən həm xaql təbabəti, həm də ənənəvi təbabət ürək xəstəlikləri olan insanlara və ya bu xəstəliklərin profilaktikası üçün hər gün əncir yeməyi tövsiyə edirlər.
Ürək xəstəliklərinin profilaktikası üçün bu kimi təbii vasitə hazırlamaq olar. 100 qr quru əncir, 100 qr ərik qurusu, 100 qr qara kişmiş, 100 qr qoz, 1 limon (qabıqlı) blenderdən keçirilir, 200 qr bal əlavə olunur və yaxşı qarışdırılır. Bu dadlı dərmanı daim gündə 1 dəfə 1 xörək qaşığı olmaqla qəbul edin.
- Təzə əncirin əti yanıqlar zamanı dərinin daha tez bərpa olunması üçün istifadə olunur. Əncir soyulur, əti əzilir və yanmış sahələrə qoyulur.
- Xəstəliklər nəticəsində zəifləmiş, cərrahi əməliyyat keçirmiş insanlar üçün əncir çox faydalıdır. Əncir insan orqanizminin tez bərpasına kömək edir.
- Belə hesab olunur ki, əncir xərçəngəleyhinə təsir edir. Xərçəng xəstəliyin profilaktikası üçün tez-tez əncir yemək lazımdır.
- Əncirin əti kosmetologiyada kosmetik maskalar tərkibində geniş istifadə olunur. Belə maskalar üz dərisini cavanlaşdırır, daha təravətli və elastik edir.
- Əncir yarpaqları da çox effektli müalicəvi vasitədir. Əncir yarpaqları yığılır, yuyulur, blenderdə əzilir və alınmış kütlə çibanlar, irinliklər üzərinə qoyulur.
- Əncir yarpaqlarının dəmləməsi angina və stomatit zamanı qaraqara kimi istifadə olunur. 2 xörək qaşığı xırdalanmış yarpaqlar 1 stəkan qaynar suda 30 dəqiqə ərində dəmlənilir, süzülür və alınmış dəmləmə qaraqara üçün istifadə olunur.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1874   Tarix: 12 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

turlar.az

toy gecesi geyim necə seçməli qis geyimləri 2026 yaglarin faydasi olum haqqinda maraqli faktlar elm haqqında atalar sözleri idmandan sonra ne yemek lazimdi kosmetika narin faydasi saglam qidalanma öpüşme qiz evi haxista hakışdalar