Ev şəraitində saçların rənglənməsi

Ev şəraitində saçların rənglənməsiSaçlarınızı gözəl rəngləmək üçün, salona getmək vacib deyil. Siz bunu ev şəraitində də edə bilərsiniz, lakin bu zaman rəngləmə prosesinin bəzi xüsusiyyətlərinə diqqət edin.

Rənglərin seçimi

Çoxları hesab edir ki, peşəkar və adi boyaların arasında heç bir fərq yoxdur. Lakin demək olar ki, peşəkar rənglərdən saçlara daha az ziyan dəyir. Məsələ ondadır ki, saçlar üçün peşəkar boyaları 1,9-9%-ə qədər hidrogenin peroksidi ilə durulaşdırmaq olar. Adi rənglərin tərkib orta statistik alıcılar üçün nəzərdə tutulduğuna görə onların tərkibində peroksidin miqdarı yüksəkdir (9-12%), bu da sözsüz saçlara əhəmiyyətli dərəcədə ziyan vurur.

Saçlar üçün peşəkar boyalar bir sıra üstünlüklərə malikdir:
Onlar fərdi olaraq istifadə olunur.
Onların tərkibində ağır metallar olmur.
Məişət rəngləri ilə müqayisədə daha az kəskin qoxu verirlər.
Saçları "yandırmırlar".
Əlbəttə, əgər saçlarınız anadangəlmə sıx və güclüdürsə, bu zaman siz rənglərin bu növlərinin arasında heç bir fərq qeyd edə bilməyəcəksiniz. Ancaq kövrək saçlar üçün adi rəng ilə saç boyaması saçları yandıra və korlaya bilər ki, nəticədə saçlar "saman" kimi olacaq. Buna görə onu xüsusi diqqət ilə seçmək və rəngləmədən sonra saçlar üçün bərkidici vasitələrdən istifadə etmək lazımdır.

Saç boyası

Ev şəraitində saçların rənglənməsi üçün müxtəlif rəng seçimi qaydalarını nəzərə almaq əhəmiyyətlidir.

Açıq və qara rəngli saçlar

Açıq rəngli saçları olanlarda rəng saçlara bərabər tonda çəkilir və buna görə saçların boyanmasında demək olar ki, heç bir problem yaranmır. Amma qarasaçlı xanımlar üçün bu məsələdə bir az problemlər yaranac. Xüsusilə, əgər onlar sarışın olmaq istəyirlərsə. Bunun üçün saçların rəngini əvvəlcə açmaq, sonra isə artıq əsas rəngə boyamaq lazımdır.

Saçları rəngləyərkən lazımlı məsləhətlər:

Boyanı bir az dəriyə çəkib, onun tərkibində allergenlərin mövcudluğunu yoxlamaq lazımdır.
Boyama vaxtı, mütləq əlcəklərdən istifadə edin, əks halda əlləriniz bu prosedurdan sonra çox çətin təmizlənəcək.
Boyanı saçlarınızda təlimatda göstərildiyindən daha uzun müddət saxlamayın. Bu halda seçdiyiniz rəng daha tünd alına bilər ki, nəticədə siz məyus olacaqsınız.
Rəngləmədən sonra saçları əvvəl xüsusi şampun, sonra isə balzam ilə yumaq lazımdır. Bu vasitələr saç rənginizi bərkidəcək.
Boyamadan əvvəl saçlar təmiz olmalıdır.
Rəngləmə vaxtı radikal nəticələrdən çəkinənlər üçün peşəkarlar təbii saç rəngindən 2 tondan çox olmayaraq ya açıq, ya da tünd rənglərdən istifadə etməyi məsləhət görürlər. Bu saçlarınızın təbii zahiri görünüşünü saxlamağa kömək edəcək.
Saçlarınızı fen ilə qurutmayın. Əgər saçlarınız rənglənibsə, bu zaman fenin istifadəsini azaltmaq yaxşıdır ki, onlar öz elastikliyini itirməsinlər.
Saçları boyadıqdan dərhal sonra şampun ilə yumayın, çünki bu zaman şampun rəngin bir miqdarını yuyacaq və nəticədə saçınızın rəngi sizi tam olaraq qane etməyəcək.

Gözəllik və Moda     Baxılıb: 5555   Tarix: 25 may 2014
f Paylaş

Oxşar xəbərlər

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

turlar.az

gelinlikler kosmetoloq makiyaj etmek qaydalari yay geyim 2026 vətən bayatıları sızanaqlara qarşı maska yarpizin faydalari kosmetika veten haqqinda bayati burcler qiz adlari qu quşu layla