Fəaliyyəti dayanan gözəllik salonlarında çalışanlar nədən narazıdırlar?

Fəaliyyəti dayanan gözəllik salonlarında çalışanlar nədən narazıdırlar?14 günlük sərtləşdirilmiş karantin müddətində fəaliyyəti dayandırılan  sahələrindən biri də gözəllik salonlarıdır. Qərar sözügedən məkanlarda çalışan insanlar tərəfindən birmənalı qəbul olunmadı.
"KARANTİN QƏRARI VERİLƏN GÜNDƏN TELEFONLARIMIZ SUSMURDU"
"Neftçilər" metrostansiyası yaxınlığında fəaliyyət göstərən "Mətanət" gözəllik salonunun rəhbəri Mətanət Xudaverdiyeva deyir ki, karantinlə bağlı ötən həftənin cümə axşamı günü açıqlama verilən kimi, telefonları susmayıb. Onun sözlərinə görə, müştəriləri bir saatı belə boş buraxmadan növbəyə yazılıblar: "5-ci və 6-cı gün bir dəqiqə fasilə vermədən işləmişəm. Çox adamın saç boyasının vaxtı çatıb, bir çoxu da bu 15 gündə çıxıb r ayonlara istirahətə gedirlər. Ona görə də saçlarına, qaşlarına diqqət etmək istəyirlər".
Müsahibimiz deyir ki, sanki Operativ Qərargah onların qəsdinə durub. İlk karantindən sonra təzə-təzə nəfəs almağa başladıqlarını deyən salon rəhbərinin sözlərinə görə, yenidən onları yoxluğa vadar etdilər: "Axı ən məsuliyyətli işləyən sahə biz idik. Camaat mesaj yazırdı, gəlirdi. Heç kəs salonda basabas yaratmırdı, ara məsafəsi qorunurdu. Bütün ustaların iş masasının üstündən spirt əskik olmazdı. Hələ bu günə qədər müştərilərimizin içində koronaya yoluxan olmayıb".
"ELƏ BİL  İŞLƏRİMİZ QIZIŞAN KİMİ BURANI QƏSDƏN BAĞLADILAR"
Manikür ustası Yeganə isə deyir ki, onların işləri təzə-təzə relsə otururdu. Onun sözlərinə görə, havaların isinməsi ilə çimərliyə gedən, yay ayaqqabıları geyinən qadınlar tez-tez pedikür üçün müraciət edirdilər: "Elə gün olurdu ki, səhər tezdən 20 müştəri qəbula yazılırdı. Səhər 10-dan axşama qədər fasiləsiz onları yola salırdım. Elə bil işlər qızışan kimi qəsdən bağladılar buranı. Dezinfeksiyanın ən çox riayət olunduğu məkan elə gözəllik salonudur. Buraları müdiriyyət xlorla yuduzdurur. İki dəfə də dezinfeksiya olunub".
Yeganə deyir ki, qadınlar dırnaq qaynağı, şellak üçün ən azı 10 gündən bir ona müraciət edir: "O aparatlardan özlərində yoxdur deyə mənim yanıma gəlirlər. Yoxsa onu da özləri edərdilər. Hamı bir-birinə, səliqəli əl-ayaq dırnaqlarına baxıb, həvəslənir. "Sezon" təzə açılmışdı, yenə işimiz yarıda qaldı".
"ONSUZ DA MÜŞTƏRİ BİZİ EVİNƏ ÇAĞIRACAQ, DAHA ÇOX QAZANACAĞIQ",- DEYƏNLƏR DƏ VAR…
Amma bu durumdan narahat olmayanlar da var. Şəhərin Nərimanov rayonunda fəaliyyət göstərən gözəllik salonlarından birində çalışan Natella adlı saç ustası deyir ki, onun davamlı müştəriləri var və onlar karantinə görə saç-qaş baxımından, manikür-pediküründən geri qalmırlar: "Alətlərimizi götürüb, evlərinə gedəcəyik. İcazəmizi alacağıq, çalışacağıq ki, işimizi rahat quraq və çatdıraq. Belə işləmək bizə daha çox sərf edir. Mən salonda 50 faizə işləyirəm. Yəni, qazandığımın 50 faizini salona verirəm, gün boyu. Evdən işləyəndə isə heç kimə faiz verməyəcəm. Öz qazandığım özümə qalacaq. Amma təbii ki, salonda oturub müştəri qəbul etmək qapı-qapı düşməkdən daha rahat idi".
Natella xanımın dediyinə görə, karantindən öncəki son 2 gündə salon müştəri ilə aşıb-daşıb. Qadınlar daha çox dib boyası, saç baxımı, kəsimi üçün axın ediblər. Manikür ustasının növbəsi isə hamısından uzun olub: "Saçı birtəhər yola vermək olur. Qadınlar özləri evdə boya alıb vururlar, bururlar, düzəldirlər. Amma dırnaq üçün şellaq, qaynaq… bunlar xüsusi aparatlarla edilir və bundan heç də hər kəsdə yoxdur. Allah millətimizin canını sağ eləsin, biz ustaları ac qoymayacaq. Bu virusa da lənət olsun, həyatımızı cəhənnəmə çevirdi".
Eyni salonda çalışan Kəmalə adlı usta isə deyir ki, bu situasiyada ən rahatı kişilərin işidir. Belə ki, bərbərlər bağlı olsa da, kişilər mağazadan bir "stanok" alıb, saçlarını keçəl edəcəklər: "Qadınların elə şansı yoxdur. O mənada qadın salonlarında çalışanlar çörəksiz qalmayacaq".
 Sevinc
Fəaliyyəti dayanan gözəllik salonlarında çalışanlar nədən narazıdırlar?Fəaliyyəti dayanan gözəllik salonlarında çalışanlar nədən narazıdırlar?Fəaliyyəti dayanan gözəllik salonlarında çalışanlar nədən narazıdırlar?Fəaliyyəti dayanan gözəllik salonlarında çalışanlar nədən narazıdırlar?Fəaliyyəti dayanan gözəllik salonlarında çalışanlar nədən narazıdırlar?Fəaliyyəti dayanan gözəllik salonlarında çalışanlar nədən narazıdırlar?Fəaliyyəti dayanan gözəllik salonlarında çalışanlar nədən narazıdırlar?/gencaile.az

Gözəllik və Moda     Baxılıb: 2824   Tarix: 23 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

turlar.az

toy makiyajlari gozel gorunmek toy gecesi seks hekayəsi milli yemekler veten haqqinda insa oxsamalar kosmetika hakistalar baldiza aid veten haqqinda bayati baliq burcu qiz evi