GMO - haqqında məlumat

GMO - haqqında məlumatMilyon illərdir şüurlu həyat tərzi keçirən insan təbiətin yaratdığı möcüzələrdən həzz alaraq yaşamışdır. Bu möcüzələrdən ən maraqlısı bioloji müxtəliflik olmuşdur. Bioloji müxtəliflik insanların həyatını zənginləşdirmiş, maraqlı etmiş və hər şeydən əvvəl onların həyati tələbatını təmin etmişdir. Planetimizdə bioloji müxtəlifliyin rəngarəngliyi və növlərin yaranması onların milyard illər davam edən təkamülə məruz qalması ilə əlaqədardır. Bu müxtəlifliyi təbiət gen mühəndisliyi ilə məşğul olmaqla özü yaratmışdır. Hələ 1200 il bundan əvvəl əkinçilik mədəniyyətinə başlayan insan öz təcrübələrində məhz yeni-yeni bitki sortları və heyvan növləri yaratmağa cəhd etmişdi və bu sahədə xeyli nailiyyətlər qazanmışdı. Təbiətdən asılı olan, min illərdir at və arabadan başqa heç nə görməyən insan yalnız XIX əsrin axırlarında təbiətin gen mühəndisliyi qabiliyyətinin mahiyyətini başa düşməyə başlamış və nəhayət, elmin gücünə söykənərək özü gen mühəndisliyi ilə məşğul olmaq iddiasına düşmüşdür. Bu iddianın kökündə yaxşı niyyyətlə özünün biomüxtəliflik yaratmaq iddiası durur. Gen mühəndisliyi Mendelin təcrübələrindən başlasa da, onun real nəticəsi yalnız XX əsrin sonlarına təsadüf edir. Gen mühəndisliyi genlərlə manipulyasiya edərək, onların bir orqanizmdən digərinə köçürülməsi deməkdir. Bu təcrübədə insan təbiətdən daha qabağa gedərək genləri yalnız eyni növlər daxilində deyil, həm də müxtəlif növlər arasında köçürməyi bacarmışdır.Gen köçürülmüş orqanizm genetik yeniləşdirilmiş və ya genetik modifikasiya olunmuş orqanizm – GMO adlanır.

Orqanizmlərin genomunu dəyişdirmək üçün seçilmiş gen bakteriyalardan, viruslardan, heyvanlardan götürülərək digər qohum orqanizmlərə və eləcə də əksər hallarda bir-birindən uzaq orqanizmlərə yeridilir. Təbiətin məşğul olduğu ənənəvi gen köçürmələrindən fərqli olaraq bu zaman elə eyni orqanizmlər meydana gələ bilir ki, onlara təbiətdə heç zaman rast gəlinməyib. Bu yeni orqanizmlər, GMO-lar, onlardan alınan məhsullar qısa müddət ərzində (20 ildə) dünyada elə bir sürətlə yayılmağa başladı ki, hətta zəka sahibləri onların zərərli və ya sərfəli olduqlarını araşdırmağa imkan tapmadılar. Indi dünyanın ən inkişaf etmiş ölkələrində (ABŞ, Kanada, Çin, Yaponiya və s.) ərzaq məhsullarının, meyvə və tərəvəzlərin 70%-dən çoxunun tərkibində transgen inqredentlər var.

Son zamanlar GMO-lara münasibət bütün ölkələrdə birmənalı deyil.

Biotexnologiyanın ən son nailiyyətlərinə əsaslanan bu məhsulların planetimizdə əhalinin ərzaq təhlükəsizliyində rolu danılmazdır. 3 milyarddan artıq əhalinin aclıqdan əziyyət çəkdiyi indiki dövrdə bu məhsulların nə dərəcədə vacib olduğu heç şübhə doğurmur. Genetik modifikasiya edilmiş orqanizmlərə ehtiyac nədən yaranmışdır? Keçən əsrin ortalarından başlayaraq aqrar sənayenin intensivləşdirilməsi bir sıra çətinliklərlə üzləşdi. Planetimizdə əhali artımının sürəti, insanların getdikcə artan tələbatı, yaşayış səviyyəsinin yüksəlməsi daha məhsuldar, ətraf mühit amillərinə, kimyəvi preparatlara davamlı yeni bitki sortlarının və heyvan növlərinin ətraf mühit amillərinə davamlılığı artdıqca onların məhsuldarlığı aşağı düşürdü. Odur ki, GMO-lara ehtiyac yarandı. Gen mühəndisliyi yolu ilə alınan, proqramlaşdırılmış bitkilər və heyvanlar yüksək məhsuldarlığa malik olmaqla yanaşı, həm də quraqlığa, soyuğa, duza, pestisidlərə davamlıdır. Onların tərkibində bioloji məhsulların istənilən çeşiddə olmasını təmin etmək olur və eləcə də onları bu və ya digər fermentlərin istehsalçısına çevirmək mümkündür. Bəs bu qədər geniş imkanlara malik olan GMO-ların təhlükəli olduğu hansı narahatlıqlardan yaranmışdır? Nə üçün onların (GMO-ların) zərərli olduğu haqqında fikirlər alimləri narahat etməyə başlamışdır? Bu narahatlıqların əsasında hansı faktlar və dəlillər durur?

Elmi jurnalları və internet saytlarını analiz etsək görərik ki, GMO-lara qarşı çıxanların və onların törətdikləri fəsadları sübut edən araşdırmaların sayı getdikcə artır. Bu elmi təcrübələrin səviyyəsi bəzi hallarda yüksək olduğundan dünya ictimaiyyəti bu məsələyə ciddi yanaşmağa başlamışdır. GM edilmiş orqanizmlərin, onların məhsullarının zərərli effektləri haqqında araşdırmaların nəticələrini qruplaşdıraraq belə bir fikrə gəlmək olur ki, GMO-lar insan sağlamlığından başqa, ətraf mühitə, torpağa, su hövzələrinə, biomüxtəlifliyə böyük ziyan vura bilər. Gen mühəndisliyi ilə məşğul olanlar terminator bitkilər və intihar edən toxumlar, terminator ağaclar və susmuş meşələr kimi fantastik ideyaların yaxın gələcəkdə reallığa çevriləcəyinə tam əmindirlər. Ilk dövrlərdə yalnız bircə dəfə nəsil verən, bircə dəfə məhsul verən bitkilər-terminator bitkilər və intihar edən toxumlar (tibbdə işlədilən birdəfəlik iynələr kimi) ətraf mühit amillərinə davamlı və məhsuldarlığı yüksək olduğundan çox cəlbedici ola bilər. Eləcə də terminator ağaclar çiçəkləmirlər, onların yarpaqlarında toksik maddələr əmələ gəlir və ətrafında olan həşəratları, mikroorqanizmləri məhv edirlər. Bu ağaclar susmuş meşə əmələ gətirirlər. Lakin sonradan onların ekosistemlərə necə ziyan vuracağı, biomüxtəlifliyi necə dəyişəcəkləri böyük maraq doğurur.

GMO-ların insan sağlamlığına təsiri. Dünyanın məhşur bioloqlarından olan Dr. Pushpa Bhargava maraqlı bir araşdırma aparmışdır. O, Amerikanın 600-dən çox elmi-tibbi jurnalında nəşr olunan məqalələri analiz edərək belə bir nəticəyə gəlir ki, amerikalıların sağlamlığı GM edilmiş məhsulların və qidaların yaranmasından keçən dövr ərzində pisləşməyə doğru getmişdir. GM edilmiş orqanizmlərin təhlükəliliyi haqqında ilk həyəcan təbili çalanlardan biri Amerika alimi Nathan Batalion olmuşdur. O, bu məsələni ətraflı araşdıraraq GM edilmiş orqanizmlərin və onların məhsullarının 50 zərərli effekti haqqında kitab da yazmışdı. Onun sonda gəldiyi nəticələr dünya alimlərinin bu məsələ haqqında fikirlərinin ziddiyətli olmasına baxmayaraq, böyük maraq doğurmuşdur. GM edilmiş soyanın zərərli olduğunu siçanlarla apardığı ciddi elmi təcrübələrlə sübut etmiş Rusiya alimi İrina Yermakava 2005-ci ildə The National Association for Genetic Security-NAGS-ın təşkil etdiyi konfransda məruzə etmişdir. Onun məruzəsindən sonra bu məsələyə münasibət daha da dəyişmiş və dünyanın bir çox ölkələrində geniş elmi araşdırmalara stimul yaranmışdır. GM edilmiş orqanizmlərlə əlaqədar bəzi mühüm təhlükəli effektlərə nəzər salsaq görərik ki, həqiqətən XX əsrin ən ümidverici texnologiyalarından biri olan biotexnologiya nələrə qadirdir.

1.Ölüm hadisələri. 1989-cu ildə onlarca amerikalı, qidaların tərkibinə qatılan və Eosinofilia milagiya sindiromuna (EMS) qarşı işlədilən və L-tritofanın genetik modifikasiya edilmiş variantının ərzaq məhsullarının tərkibində işlədilməsi səbəbindən ölmüş və minlərlə insan əlil olmuşdur. Bunu Yaponiyanın Showa Denko kompaniyası istehsal etmişdir.

2. Öldürücü və yüksək allergiya reaksiyalarının müşahidə olunması. 1996-cı ildə Pioneer Hi-Bred kompaniyası mentionin zülalının miqdarını artırmaq üçün Braziliya qozunun genini soya bitkisinə köçürtdü. Bu qoza qarşı bəzi adamlar şok vəziyyətinə düşmə dərəcəsinə qədər allergik idilər. Bu, arı sancmasından yaranan şok qədər ölümcüldür. Heyvanlar üzərində aparılan təcrübələr və eləcə də insanlarda allergiya dərəcəsinin artım sürətinin böyüməsi transgen soyadan alınan məhsulların allergik olduğunu sübut edir. Xoşbəxtlikdən bu soyadan alınan məhsullar bazarlardan tezliklə yığışdırıldı və bədbəxt hadisələrin qarşısı alındı. Müəyyən edilmişdir ki, indi Amerika əhalisinin 25%-i ərzaq məhsullarına qarşı həssas olmuşlar, onlarda daha tez-tez qaşınmalar və qırmızı səpkilər olur, 4%, yəni 12 milyon əhali ciddi allergiya xəstəliyindən əziyyət çəkir, onların qanında İmmunoglobulin E və ya İgE yüksəkdir. 6%-7% üç yaşına qədər olan uşaqlarda qidadan allergiyanın səviyyəsi çox yüksəkdir və bu, ilbəil artır. Insanların pəhrizinə təbiətdə heç zaman rast gəlinməyən maddələr, məsələn soya çiçəyinin elementləri və pomidorda balıq genləri (1990-cı ildə DNA Plant Technology Corporation tərəfindən yaradılmışdır) daxil olan kimi allergiya riski böyük olan insanlarda ciddi fəsadlar yaranır. Bu, xüsusilə balıq geni yeridilmiş pomidorlardan alınan məhsullarda daha çox müşahidə olunur. Dərin və ətraflı elmi təcrübələr və qarğıdalı ilə məşğul olan insanlarda aparılan yoxlamalar sübut edir ki, qarğıdalıda GMO Bt allergendir. GMO kartof, noxud və soyalar allergenlərlə zəngndir. Siçanlar üzərində aparılan təcrübələrdə GM edilmiş noxudun yüksək allergen olduğunu sübut edilmişdir. 1999-cu ildə York laboratoriyasında GM edilmiş soyadan alınan məhsulların allergen olduqları sübut edilmiş və soyanı ilk on allergen siyahısına daxil etmişlər.

3. Xərcəng və degenerativ xəstəliklər. Inəklərdə südün məhsuldarlığını artırmaq üçün 1993-cü ildə FDA Monsantonun yaratdığı rBGH genini daha da yaxşılaşdırdı. Bu genin inəklərə yeridilməsi südün məhsuldarlığını bir neçə dəfə yüksəltdi. Lakin alimlər xəbərdarlıq etdilər ki, bu gen İGF-1 hormonunun miqdarını 70-1000% artırır. İGF-1 hormonu çox güclü kimyəvi maddədir və insanların yoğun bağırsağında, prostat vəzində və döşdə xərçəng riskini 2,5-4 dəfə yüksəldir. Kanada alimləri siçanlar üzərində apardıqları təcrübədə İGF-1 hormonunun qalxanabənzər vəzdə toplandığını və daxili orqanları sıradan çıxardığını sübut etmişlər. FDA-nın öz təcrübəsində göstərmişlər ki, bu hormonun təsirindən dalaq 40-46% böyüyür və bu isə leykomiyanın əmələ gəldiyinə işarədir. Nəticədə Avropa Birliyi, Kanada, Avstraliya və Yeni Zelandiya rBGH geninin inəklərə yeridilməsini qadağan etmişdir. BMT-nin beynəlxalq standartlar bürosu (Codex Alimentarius) rBGH geninin yeridilməsinə patenti ləğv etdi və nəhayət ABŞ-da 2008-ci ildə bunu qadağan etməyə məcbur oldu. Başqa bir tərəfdən, GM edilmiş bitkilər kanserogen hesab edilən herbisidlərə davamlı orqanizmlərdir. Bromoksinilə davamlı BXN pambıq transgendir. Məlum olmuşdur ki, orqanizmə GMO ilə daxil olan yad DNT fraqmentləri tam həzm olunmadığından qana sorulur və insanın normal DNT-si ilə birləşməyə imkan tapır. Heyvanlar üzərində aparılan təcrübələrdə müəyyən edilmişdir ki, bu genetik elementlər soyuqdəymə, artrit və limfoma yaradır.

4. Bilavasitə xərcəng yaradan kanserogenlər. Bir necə il bundan əvvəl alimlərə məlum olmuşdur ki, qida məhsullarına əlavə edilən konservantların birlikdə göstərdiyi toksik effekt onların ayrı-ayrı toksikliyindən bir neçə dəfə çoxdur. Hətta toksik olmayan bir neçə kimyəvi maddənin kombinasiyası toksik effekt yaradır. Məsələn, sərinləşdirici içkilərdə tapılan askorbin turşusu və benzonat natrium birləşməsi benzine əmələ gətirdiyindən və bu yüksək dərəcədə kanserogen hesab edilir və xərcəng yaradır. Kanserogen maddələr genetik mutasiyaların intensivliyini və xərçəng hüceyrələrinin əmələ gəlmə riskini artırır.

5. Superviruslar. Viruslar digər virusların və retrovirusların genlərinə qarışa bilir, məsələn, HİV virusu. Bu zaman elə təhlükəli viruslar əmələ gələ bilər ki, onların yayılma sürəti ağılagəlməz dərəcədə böyük olar. Araşdırmların birində bu tip virusun 8 həftəyə əmələ gəldiyi göstərililir. Bu təcrübənin nəticələrinə əsaslanaraq demək olar ki, genlərin qarışması nəticəsində onların elə kombinasiyaları əmələ gələ bilər ki, nəticədə yeni, heç kimə məlum olmayan çox təhlükəli viruslar yarana bilər. Gen mühəndisliyi zamanı məhz genlərin qarışdırılması prosesi baş verir və belə qarışmış genlər GMO-da külli miqdarda olur. Odur ki, bir-birinə qohum olmayan genlərin qarışması böyük riskdir. Kanadada aparılan araşdırmaların birində belə bir prosesin şahidi olmuşlar. Bitkini hüceyrələrarası hərəkəti təmin edən geni zədələnmiş xiyar mozaikası virusina yoluxdurmuşlar. Iki həftə keçməmiş yoluxmuş bitkidə gen çatışmazlığı baş vermiş və onun genləri qarmaqarışıq olmuşdur. Bu, bitkinin saf məhsul vermə qabiliyyətini tamamilə pozmuşdur. Bu tip təcrübələrin nəticələri 1997-ci ildə Amerika Kənd Təsərrüfatı Departamentini məcbur etmişdir ki, supervirusların törədəcəyi məsələləri ciddi müzakirə etsinlər, lakin onlar o zaman heç bir normativ aktlar qəbul etməmişdilər.

6. Süd vasitəsilə antibiotik təhdid. Məlum olmuşdur ki, rBGH hormon geni yeridilmiş inəklərdə yelin (əmcəklərin) infeksiyası 25% artıq olur. Odur ki, fermerlər çoxlu antibiotiklər işlədirlər və bunlar da südə keçir. Belə südün tərkibində olan antibiotiklər haqqında məlumat olmadığından nəticədə insanlar allergiya olur. Digər tərəfdən, bu antibiotiklər başqa antibiotiklərin təsirini azaldır və orqanizmdə antibiotiklərə davamlı bakteriyaların sayı artır. Nəticədə insanlar da həddən artıq çoxlu antibiotiklərdən istifadə etməli olurlar ki, bu da infeksion xəstəliklərin müalicəsini xeyli çətinləşdirir.

7. Bitkilər vasitəsilə antibiotik təhdid. Genlərin köçürülməsi metodlarının əksəriyyəti effektiv olmadığından alimlər bitki hüceyrələrindən gen markeri kimi istifadə etməyə məcbur ourlar. Jean Halloran və Michael Hansen müəyyən etmişlər ki, ən çox işlədilən gen markeri antibiotiklər üçün olan gendir. Bu marker genetik modifikasiya edilmiş məhsullarda həddən artıq çox olur. Məsələn, GM edilmiş qarğıdalıda ampisilinə davamlı genlərdən geniş istifadə olunur. 1998-ci ildə Britaniya Kral Cəmiyyəti bu markerin qadağan olunmasını istəmişdi. Odur ki, bir sıra Avropa ölkələri GM qarğıdalının əkilməsini qadağan etdilər.

8. Yolxucu xəstəliklərin yüksəlişi. 1998-ci ildə The Microbial Ecology in Helth and Disease jurnalında verilən məlumata görə, gen mühəndisliyi infeksion xəstəliklərin artmasında mühüm rol oynayır. Bu, bir neçə üsulla baş verir. Antibiotiklərə davamlılıq GMO-ların hesabına getdikcə artır, yeni və əvvəllər məlum olmayan virus ştamları yaranır və həmçinin insanlarda immun sistemi zəifləyir. Bakteriyalarda transgen GNT-nin horizontal transformasiyası baş verir. Bir neçə təcrübədən aydın olmuşdur ki, ağız boşluğunda, udlaqda və bağırsaqlarda olan bakteriyalar heyvandarlıq məhsullarında olan transgen DNT-ləri özünə birləşdirə bilir. Nəticədə infeksion xəstəliklərin çoxalması riski artır.

9. Ərzaq allergiyalarının artması. GMO-ların artması nəticəsində biomüxtəlifliyin itirilməsi prosesi ərzaq allergiyalarının artması prosesi ilə paralel baş verir. Bunu belə izah etmək olar. Biz həyat aktivliyimizi saxlamaq üçün qidalanırıq. Canlılar həmişə ətraf mühitdə təmasda olaraq dəyişir. Qida ilə orqanizmə daxil olan müxtəlif maddələr tələb edir ki, immuntetimiz onların hər birini tanısın və hər birinə qarşı uyğun reaksiya versin. Birtərkibli GM edilmiş qida elementləri orqanizmdə yad element kimi tanınır və immun sistemi getdikcə təkcə bu element üçün dəyişir. Uzun müddət GMO ilə qidalanan orqanizmdə immun sistemi "tənbəlləşir" və müxtəlif maddələrə reaksiya vermir. Nəticədə, istənilən vaxt müxtəlif şəraitdə müxtəlif cür qidalanan orqanizmdə allergiya reaksiyaları çoxalır. Odur ki, bircinsli GMO-larla qidalanma allergiya riskini dəfələrlə artırır.

10. Doğuş defektləri və ömrün qısalması. Kanada və Avropa Birliyi rBGH hormon geninin inəklərə yeridilməsi prosedurunu qadağan etmişdir. Bunun əsas səbəblərindən biri də doğulan körpələrdə defektlərin artması olmuşdur. Cornucopia İnistitute Research alimlərinin təcrübələrindən aydın olmuşdur ki, adi soya ilə qidalanan siçanlarda doğuşdan sonra balaların ölümü 10% olursa, GM edilmiş soya ilə qidalanan siçanların balalarının əksəriyyəti doğuşdan sonra 3 həftə ərzində qırılır. GM edilmiş soya ilə qidalanan siçanların balaları nisbətən kiçik olur və onların sonradan bala verməsi mümkün olmur. Amerika Səhiyyə Departamentinin 2009-cu il 20 tarixli may hesabatında göstərilmişdir ki, doğulan uşaqların getdikcə cəkisi azalır, sonsuzluq və uşaq ölümü faizi getdikcə güclənir. Bu göstəricilərə əsaslanaraq American Academy of Enviromental Medicine (AAEM) həkimlərə təklif etmişdir ki, onlar öz pasiyentlərinə GM edilmiş ərzaqlardan istifadə etməməyi tövsiyə etsinlər. Onlar GM edilmiş ərzaqlara moratorium qoyulmasını, məhsulların markerləşməsini tələb etdilər. AAEM-in gəldiyi nəticələrə görə, GM edilmiş məhsullarla qidalanma immun sisteminin zəifləməsinə, vaxtından əvvəl qocalmaya, sonsuzluğa, insulindən asılılığa və həzm orqanlarının patologiyasına səbəb olur.

11. Toksinlər interyeri. "Pestisidləşmiş ərzaqlar"da pestisid istehsal edən genlər olur. Bu genlər meyvələrdə, taxıl məhsullarında toksin istehsal edir və böcəklər bu məhsullarla qidalanan zaman onların həzm sistemi dağılır. Odur ki, onlar belə məhsullara yaxın gəlmir. Bir çox fermerlər etiraf edirlər ki, Bt adlanan pestisid məhsulların həşəratlara qarşı davamlılığını artırır. Onu da qeyd etmək lazımdır ki, GM edilmiş məhsullarda Bt toksini 1000 dəfə yüksək olur.

12. Qidalanmanın azalması. Journal of Medicinal Food (Dr. Marc Lapp, 1999) jurnalında verilmiş təcrübələrin nəticəsinə əsaslanaraq demək olar ki, müəyyən GM edilmiş ərzaq məhsullarında həyati vacib qida elementlərinin miqdarı xeyli az olur. Məsələn, orqanizmi ürək xəstəliklərindən və xərçəngdən qoruyan fitoestrogen birləşmələri. Mosantonun analizlərindən görünür ki, ant-qidalanma maddələri və allergen olan Kuntiz-tripsin ingibitoru GM edilmiş məhsullarda 28% çox olur.

13. Təbii ərzaqlara əks olan ərzaqlar. Bir neçə il əvvəl Monsanto elan etmişdi ki, onların Roundup Ready adlanan soyalarında "gözlənilməyən genlər" meydana gəlmişdir. Yaxşı məlumdur ki, GM edilmiş məhsullarda modifikasiya edilmiş zülallar olur, hansı ki biz onlardan heç vaxt istifadə etməmişik. 1992-ci ildə FDA mikrobioloqu Dr. Louis J. Pribyl xəbərdarlıq etmişdi ki, ənənəvi seleksiya yolu ilə alınan məhsullarla GM edilmiş məhsullar arasında dərin fərqlər var. Məsələn, Pleyetrop fəsadların yaranma tezliyi GM edilmiş məhsullarda 30% çox olur.

14. Pəhrizdə radikal dəyişikliklər. Insan min illərdi ətraf mühitə uyğunlaşdığı kimi, onun məhsullarına da uyğunlaşmışdır. Son illər ərzində insanların qidalanmasında köklü dəyişikliklər baş vermişdir. Indi Amerikada toxum istehsalının və satışının 40%-i on kompaniyanın ixtiyarındadır. Bunlar, əsasən, iki məhsul üzrə -qarğıdalı və soya üzrə ixtisaslaşmışlar. Monsanto və Novaris razılaşma yolu ilə dünyada ikinci və üçüncü nəhəng toxum kompaniyasına çevrilmişlər. Onlar artıq soya və qarğıdalı sənayesi ilə məşğul olan bütün kənd təsərrüfatı müəssisələrini öz monopoliyalarına almışlar. Qısa müddət ərzində onlar əksər soya və qarğıdalı əkinlərində GM edilmiş toxumlardan istifadə etməyə başladılar. Bundan başqa, Amerikada pendirlərin 60%-i GM edilmiş fermentlərlə emal olunur. Pambıq istehsalının demək olar ki, əksəriyyətində biotexnologiyanın son nailiyyətlərindən istifadə olunur. Indi növbə taxılın və düyünündür. Monsanto artıq taxılın rezistent ştamplarını almışdır və taxıl istehsalının 90%-ni dəyişmək gücündədir. Bir sözlə bütün sahələrdə insanların qidalanmasında GM edilmiş məhsullar üstünlük təşkil edir.

15. Torpağın zəhərlənməsi. GM edilmiş bitkilərin yaradılmasında herbisidlərdən və pestisidlərdən kənd təsərrüfatında az istifadə olunması əsas məqsəd kimi götürülmüşdür. GM edilmiş bitkilər bir çox həşəratlara, infeksion xəstəliklərə, alaq otlarına davamlı olduğundan onların sahələrində toksik maddələrdən istifadə olunmasına ehtiyac olmayacağını söyləyirdilər. Bununla da torpaqların, su hövzələrinin, yeraltı suların çirklənməsinin qarşısının alınacağını proqnozlaşdırırdılar. Ancaq ümumi reallıq tam bunun əksinədir. R. J. Goldburqun məqaləsində göstərilir ki, GM edilmiş bitkilərin yaradılması ilə paralel olaraq toksik maddələrin istehsalı 3 dəfə artmışdır. Oreqon ştatında alimlər ağac qırıntılarını, qarğıdalının gövdələrini, taxta apilkasını parçalayan və bunlardan etalon almaq üçün istifadə edilən GM olunmuş bakteriya (Klebsiella plantikola) tapmışlar. Bu bakteriyalar torpaqda olan üzvi maddələri parçalayır, azotu mənimsəyən göbələkləri məhv edir, torpaqda olan azotu tamamilə mənimsəyir və beləliklə, torpağı tam steril vəziyyətə salır. Anolojo effektlər 1997-ci ildə GM edilmiş Rhizobium melitoli bakteriyası ilə də müşahidə edilmişdi. Nyu-York Universitetinin professoru Gunther Stotzky təcrübələlərində göstərmişdi ki, torpaqda mikroorqanizmlər azaldığından bitkilərin köklərindən ayrılan toksinlər Monarx kəpənəklərinin məhvinə səbəb olmuşdur. Oreqon alimlərinin təcrübələri göstərmişdir ki, GM edilmiş mikroorqanizmləri laborotoriyada torpağa əlavə etdikdə buğda cücərtilərini tamamilə məhv edir.

16. Super alaq otları. Müəyyən edilmişdir ki, GM edilmiş Bt endotoksin torpaqda 18 ay qala bilir (Marka Lapp and Britt Bailey) və alaq otlarına keçir. Belə alaq otları həşəratlara və ziyanvericilərə qarşı çox davamlı olur. Bu alaq otlarını indi super alaq otları adlandırırlar. Danimarka (Mikkelsen, 1996) və İngiltərə (National İnistitute of Agricultural Botany) alimlərinin təcrübələrinə görə, super alaq otları yalnız bir nəsildə ömrünü başa vurur. Amerika alimlərinin təcrübələrində isə göstərilmişdir ki, bu super alaq otları glufosinate (hansı ki, glyphosate-dən fərqlənir) davamlıdır. Başqa bir təcrübələrdə super alaq otlarında gen axınları adi alaq otlarında olan gen dəyişmələrindən 20 dəfə çoxdur. Alimlər belə fərz edirlər ki, super alaq otları Monsanto buğdaları ilə hibridləşə bilər və nəticədə qarşısıalınmaz yeni alaq otları yarana bilər. Amerika Milli Akademiyası xəbərdarlıq edir ki, GM edilmiş rezistent mədəni bitkilərdən genlər alaq otlarına keçə bilər və nəticədə çox təhlükəli alaq otu problemi meydana gələ bilər. Bu isə məhsuldarlığa güclü təsir edər və ekosistemlərin ekspressiyası baş verər. Fransa alimləri müəyyən etmişlər ki, GM edilmiş kanola bitkisindən genlər asanlıqla vəhşi turpa keçir və 4 nəsildə bu genlər qalır. Nəhayət, onu da qeyd etmək lazımdır ki, GM edilmiş bitkilərin tətbiqi ilə herbisidlərin istifadəsi heç də azalmamışdır.

Faydalı həşəratların məhv edilməsi. Araşdırmalar göstərir ki, GM məhsulları faydalı həşəratların, o cümlədən monarx kəpənəyinin süfrələrinin kütləvi qırılmasına səbəb olur. Isveçrənin Dövlət Tədqiqat mərkəzinin alimləri müəyyən etmişlər ki, pambıq qurdlarını yeyən qaytanqanadlıları Bt məhv edir. 1997-ci ildə New Scientist jurnalında verilən araşdırmalardan aydın olmuşdur ki, bal arılarının qırılmasına səbəb GM edilmiş bitkilərin güllərində olan zülallardır.

17. Məməli heyvanların zəhərlənməsi. Virus promotoru (CaMV) qoşulmuş qaragülü DNT-si yeridilmiş kartofla aparılan tədqiqatlar göstərmişdir ki, bunlar məməlilər (siçanlar) üçün zəhərlidir. Bu kartoflarla qidalalnan siçanlarda həyati vacib orqanlar, o cümlədən mədəaltı vəz və immun sistemi zədələnir. CaMV özü retrovirusdur. O aktiv olamayan virusları aktivləşdirə və ya yeni viruslar yarada bilir. Odur ki, bioloq Mae Wan-Ho belə bir nəticəyə gəlir ki, CaMV Promiscuosdur və tərkibində CaMV 35S promotoru olan bütün transgen bitkilər və məhsullar bazarlardan çıxarılmalı, onların açıq sınaq təcrübələri qadağan edilməlidir. 6706 saylı məşhur donuz "superdonuz" hesab edilməli idi. Bu donuza gen inplantasiya edimişdi ki, o, biotexnoloji möcüzə hesab edilsin. Nəticədə superdonuz əvəzinə çəpgöz, tamamilə artrit, çətinliklə ayağa dura bilən və yumru bədənli bir heyvan alınmışdı. Iki Amerika biotexnoloji mərkəzi genetik modifikasiya yolu ilə insanlara dərman daşıyan quş almaq niyyətindədir.

18. Genetik zibillənmə. GM edilmiş bitkilərin ən təhlükəli effektlərindən biri onların ətrafda olan bitkiləri genetik zibilləmələridir. Genetik zibilləmə dedikdə, genetik modifikasiya edilmiş bitkilərin DNT –ləri ilə digər bitkilərin yoluxmasıdır. Yoluxma bitkilərin tozcuqları vasitəsilə baş verir. Bitkilərin çiçəklərinin tozları külək, su vasitəsilə, quşlarla, həşəratlarla çox uzaq məsafələrə yayıla bilir. Araşdırmalar göztərir ki, GM olumuş bir ağacın tozcuqları Amerikanın 1/5 məsafəsini qət edə bilmişdir. Almaniyada aparılan tədqiqatlardan aydın olmuşdur ki, GM edilmiş zeytun çiçəklərinin tozcuğu 200 m məsafəyə qədər hərəkət edə bilir. Odur ki, Berlin məhkəməsində fermerlərin bu ağaclardan istifadəsi qadağan edilmişdi. Tailandda Monsantonun yaratdığı pambıq Bt-nin sınaqları qadağan edilmişdi. Buna səbəb xalq təbabəti üçün 16 faydalı bitkinin genetik zibillənməsi olmuşdu.

Amerikada aparılan araşdırmalardan aydın olmuşdu ki, GM edilmiş çiyələklər onlardan 50 m aralıda bitən adi çiyələkləri genetik zibilliyə bilmişdir. GM edilmiş qarğıdalı sahələrinin yaxınlığında əkilmiş günəbaxanların 25-38%-də genetik zibillənmə müşahidə edilmişdi. Genetik zibillənmənin kütləvi zəhərlənmədən fərqi odur ki, kimyəvi birləşmələr uzun müddətdən sonra bitkilərin orqanizmlərindən kənarlaşdırılır. Lakin genlərlə "zəhərlənmiş" bitkilərdə isə zəhərlənmə çox çətin olur və ya heç olmur, hətta nəsildən-nəsilə ötürülə bilir. Təhlükəli cəhətlərdən biri də ondan ibarətdir ki, GM edimiş tozcuqlar su ilə yayıldıqda onlar su bitkiləri və hətta balıqlar tərəfindən tutula bilir və nəticədə suyun flora və faunası da zibillənir. Bu cür genetik zibillənmənin nəticəsi sonda bioloji müxtəlifliyin məhvi deməkdir.

19. İqtisadi, siyası və sosial təsirlər. Keçən əsrdə dünya ölkələri daim rəqabətdə inkişaf yolunu tutmuşdular. Bu rəqabətin hərəkətverici qüvvəsi yeni-yeni texnologiyalara yiyələnmək cəhdləri idi. Hansı ölkə texnologiyaları mənimsəyirdisə, o, inkişaf etmiş ölkələr sırasına qoşulurdu. Bu texnologiyalardan biri də biotexnologiyanın zirvəsi hesab edilən gen mühəndisliyidir ki, bu texnologiya hələ öz sözünü deməmişdir. Gen mühəndisliyi kənd təsərrüfatını yeni müstəviyə qaldırmaq inkanında olduğundan ölkələr ərzaq təhlükəsizliyini bu yolla təmin etmək istəyirdilər. Lakin ölkələrin əksəriyyəti bu texnologiyadan bəhrələnmək imkanında olmadığından monopollaşma bu sahədə çox sürətlə baş verdi. Indi dünyanın barmaqla sayıla bilən ölkələri gen mühəndisliyi texnologiyası ilə biokolonizasiya siyasətini yeridirlər. Bu ölkələr digər ölkələrin ərzaq təhlükəsizliyinə tam nəzarət etmək yolunu tutmuşlar. GM edilmiş orqanizmlərin məhsullarını, toxumlarını bütün dünyada yaymaqla, ölkələri özlərindən asılı vəziyyətə salrlar. Bunun nəticəsidir ki, 1993-cü il 2 oktyabrda Hindistanda yarım milyon fermer GATT-a etiraz edərək GM toxumların və məhsulların əleyhinə etiraz mitinqinə çıxmışdılar. Indi Ümumdünya Ticarət Təşkilatının, Dünya Bankının, Tariflər və Ticarət üzrə Baş Razılaşmanın, NAFTA kimi təşkilatların yeni qaydalarından aydın olur ki, yerli iqtisadiyyat öz müstəqilliyini itirir. Getdikcə, daha çox ölkə asılı vəziyyətə düşür. Onlar toxumçuluğu, ərzaq məhsullarını, kənd təsərrüfatı bitkilərinin növlərini öz imkanları daxilində inkişaf etdirmək əvəzinə texnoloji ölkələrdən idxal etməyə üstünlük verirlər. Bu isə dünyada "yaşıl inqilab" ideyasının sonu deməkdir.

GM modifikasiya edilmiş məhsulların yayılmasında ən mühüm sosioloji məsələ onların markalanmasıdır. Insanlar istifadə etdikləri istənilən məhsulun, o cümlədən ərzaq məhsullarının mənşəyi, tərkibi haqqında məlumatlanmaq hüququna malikdirlər. Bu hüquq onların yaşamaq hüququnun tərkib hissəsidir. Hətta GM edilmiş ərzaq məhsulları 100% təhlükəsiz olsa belə, onlar markirovka olunmalıdır. Ərzaq məhsullarının markalanmaması insanların dini hüquqlarına da toxunur. Ərzaq məhsullarının markalanmaması dindarların pəhriz saxlamasına mane olur və onların dini heysiyyatına toxunur.

Son illərdə GM edilmiş bitki növlərinin əkin sahələri sürətlə genişlənir və bu orqanizmlərdən alınan məhsulların çeşidi çoxalır. 1996-cı ilə GMO taxıl bitkilərinin əkin sahərinin dünya üzrə ümumi sahəsi 6563 kvadrat mil idisə, 2006-cı ildə bu rəqəm 393828 kvadrat mil olmuşdur. On il ərzində artım 60 dəfə olmuşdur. Bu sürətli artım onu göstərir ki, son on ildə yeni GMO növləri yaradılması nəticəsində təkcə çarpaz tozlanma ilə bu sahə ikiqat çoxalacaq. Odur ki, bütün dünya ölkələri öz etirazlarını artıq açıq şəkildə bildirməyə başlamışlar.

Etirazlar:

• Ottava, Monreal, Vaşinqton, Tokio və Sidney — 9 fevral 2010-cu ildə 26 ölkəni təmsil edən 233 istehlakçı və fermer qrupu "Definitive Global Rejection of GM Wheat" protokolu ilə etiraz kompaniyası təşkil etmiş, dünya xalqlarını və fermerlərini bu etiraza qoşulmağa çağırmışlar;

• Hidistan hökuməti GM edilmiş badımcanın ölkə ərazisində əkilməsini qadağan etmişdir və onların etirazını Danimarkanın ekologiya naziri Roseanna Cunnungham alqışlamışdır;

• 5 fevral 2010-cu ildə Bolqarıstan hökuməti xalqın etraz dalğasından sonra ölkədə GM edilmiş bitkilərin əkilməsinə və onların məhsullarının yayılmasına 5 illik qadağa qoymuşdur;

• 29 yanvar 2010-cu ildə Rusiya Fedarasiyasının parlamenti GMO məhsulların üzərində onun mənşəyi və tərkibi haqqında məlumatların yazılması üçün qərar qəbul etmişdir;

• 15 dekabr 2009-cu idə Polşa parlamenti GM bitkilərinin adi bitkilərlə yanbayan əkilməsini qadağan edən qərar vermişdir;

• 20 noyabr 2009-cu ildə Böyük Britaniya vətəndaşları GMO məhsulların üzərində məlumatların yazılmasını və nişanlanmasını tələb edən etiraz mitinqi keçirmişlər.

Artıq Azərbaycan bazarlarına yol tapmış və getdikcə daha geniş yayılan GM edilmiş kənd təsərrüfatı məhsullarının zərərli effektlərindən qorunmaq üçün nə etməliyik? Bunun üçün ilk növbədə GM edilmiş məhsullar haqqında geniş məlumata malik olamaq lazımdır ki, nəyə pul xərclədiyimizi və hansı kompaniyanın məhsullarının daha təhlükəsiz olduğunu bilək. Odur ki, aşağıdakı məsləhətlərə əməl etmək lazımdır:

• Yerli fermerlərin məhsullarından istifadə edin. Hal-hazırda GM edilmiş məhsulları dünyanın ən iri kompaniyaları nəhəng fermerlərdən alır və bu sahədə monopoliya yaranmışdır. Onların adını dəqiq bilmək və məhsullardan uzaq durmaq lazımdır.

• Üzvi kübrələr və təbii yolla becərilən məhsulları alın. Təbi yolla və təbii gübrələrdən istifadə edilməklə becərilən məhsullarda hələ ki, GM edilmiş komponentlər yoxdur. Ancaq gələcəkdə onların da tərkibində GMO olması ehtimalı çox böyükdür.

• GMO soya, qarğıdalı, kanola və pambıq toxumlarından istifadə etməməyə çalışın. Bitki yağlarının əksəriyyətinin tərkibində (ehtimal var ki, indi heyvani yağların tərkibinə də qatılır) kanola və pambıq toxumlarının yağı var.

• Süni ərzaq əlavələrindən və şirinləşdiricilərindən uzaq durun. Şirinləşdiricilərin əksəriyyəti, eksitotoksin (E951), C və B vitaminləri GM edilmiş məhsullardan hazırlanır.

• Markerləşdirilmiş (nişanları olan) məhsulları istifadə edin. Ən çox istifadə etdiyiniz məhsulların mənşəyini və tərkibində GM olmasını bilmək sizin fundamental hüququnuzdur. Üzərində GMO haqqında məlumat olmayan məhsullara sübhə ilə yanaşın.

Sağlamlıq     Baxılıb: 3136   Tarix: 25 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınların ən erogen zonaları – Birinci yerdə beyin

Münasibətlər harmoniya və qarşılıqlı inam üzərində qurulursa, qadınlar öz üstünlükləri haqqında danışmaqdan çəkinmirlər. Amma elə də olur ki, zərif cinsin nümayəndəsi öz bədənini tanımırvə ya cinsi mövzuda nəsə deməkdən qorxur

turlar.az

sonxeber.az hamiləlik geymler 2024 kosmetoloq frans subert haqqinda elm haqqında aforizmlər tutma reseptleri ana haqqinda atalar sozleri burcler haqqinda aysel vətən qaynana hakista muellim seiri