Göyərtilərin faydası

Göyərtilərin faydasıVəzəri bitkisinin tərkibində orqanizm üçün lazım olan faydalı maddələr olduğundan ona sağlamlıq göyərtisi adı vermişlər. Onun mikrob əleyhinə təsiri məlumdur. Vəzəri bağırsaqların fəaliyyətinin, tənəffüs sisteminin tənzimlənməsində xeyirlidir. O, orqanizmdən zərərli maddələri çıxarır, bədənə sərinlik gətirir. Vəzərinin sidikqovucu, tərqovucu təsiri də məlumdur. Bu göyərtini şəkərli diabet xəstələrinə yeməyi məsləhət görürlər.İspanağın tərkibi fol turşusu ilə zəngin olduğundan qanyaranmaya təsir göstərir, anemiyada və hamilə qadınlara qəbul etmək tövsiyə edilir. İspanağı zeytun yağı ilə işlətmək uşaqların inkişafına müsbət təsir göstərir.

Yarpızın mikrob əleyhinə təsiri məlumdur. Tərqovucu, ürəkdulanmaya qarşı təsir göstərir. Mədə və sinə üçün faydalıdır. Yarpız olan yerə ilan gəlmir.

Keşnişin tərkibində çox xeyirli maddələr vardır. Onun özünəməxsus xüsusiyyətlərindən biri də sinir sistemini sakitləndirici təsiridir. O, mədənin fəaliyyətini gücləndirir, başağrısı, ürəkdöyünmə zamanı istifadə edilir. Lakin keşnişi həddən artıq qəbul etdikdə o, yuxugətirici təsir edir, yaddaşı zəiflədir, cinsi fəallığı azaldır.

Kəvərin tərkibində olan xərçəng xəstəliyinə qarşı təsir göstərən faydalı maddələr var. Sidikqovucu xassəyə malikdir, zökəm, öskürək, ağciyər və bronxların iltihabı zamanı məsləhət görülür. Lakin çox yemək gözə ziyandır.

Kərəviz böyrəkləri və sidik kisəsini təmizləyir, sidikqovucu xassəyə malikdir, böyrəklərin və sidik kisəsinin iltihabı zamanı işlədilir. Kərəvizin cövhəri damarları genişləndirir, yarpağının qaynadılmış suyu səsi açır, toxumları isə iştahı artırır.

Reyhan yuxugətirici, ürək döyünməni azaldıcı, dezinfeksiya edici xassələrə malikdir. Şirəsinə şəkər qatıb işlətmək təngnəfəslik və sinə ağrıları zamanı işlətmək faydalıdır. Onu çeynəmək ağız qoxusunu, iyləmək isə baş ağrısını aparır.

Tərxun mikroblara qarşı xüsusiyyətlərinə görə, keçmişdə vəba və taun xəstəliklərinin yayılmasına qarşı işlədilirdi. Onu ağız boşluğu xəstəlikləri və ağızdan xoşagəlməz qoxu gəldiyi zamanı çeynəmək məsləhət görülür.

Sağlamlıq     Baxılıb: 2926   Tarix: 05 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

kosmetik vasiteler sac duzumleri yaz geyimleri 2026 sağlamlıq varikozun mualicesi ud hindi faydalari qadın aksesuarları kosmetika ariqla suni mayalanma burclerin uyumu kahfe kali atalar sözləri