Göz linzaları kor edə bilər

Göz linzaları kor edə bilərSon vaxtlar əksər insanlar eynəklərini kontakt linzalara dəyişərək daha aktiv həyat tərzi sürmək imkanı əldə edirlər. Amma azacıq məsuliyyətsizlik ciddi göz xəstəliklərinə yol aça bilər.

Xanim.az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün gözdə zəiflik, göz rənginin dəyişdirilməsi və digər səbəbdən dünyada milyonlarla insan linzadan istifadə edir. Bu vasitələr bizim eynək problemindən yaxa qurtarmağımıza kömək etsə də, yay aylarında onun istifadəsi sağlamlığımız üçün təhlükəlidir. Həkimlər isə lazımi qaydalara diqqət yetirildiyi təqdirdə, heç bir problemin yaranmayacağını deyirlər.

Qafar Tağıyev, həkim: "Linzalara xüsusi diqqət yetirmək lazımdır, yəni onların qayğısına qalmaq, xüsusi məhlullarda saxlamaq və vaxtlı-vaxtında təmizləmək kimi. Əlbəttə ki, onlara toxunmazdan əvvəl əllər təmiz yuyulmalıdır, gözə su düşəndə, dənizdən çıxanda linzalar dərhal çıxarılmalı, bundan sonra təmizlənməli və yenidən istifadə edilməlidir".

Hazırda istifadə olunan linzaların böyük əksəriyyəti silikon hidrogel linzalarıdır ki, bunlar oksigenin göz qişasına keçməsini təmin edir. Həkim Qafar Tağıyev isə bildirir ki, linza istifadəçilərində gec-tez göz xəstəlikləri əmələ gəlir. Çünki kontakt linzaların keyfiyyəti artsa da, gözdə konyunktivit qorxusu azalmır.

Qafar Tağıyev: "Linza yad cisim olduğundan ona düzgün qulluq olunmadıqda, hətta bəzən lazımi qulluq göstərildikdə belə, az da olsa, kontakt linzalar gözü zədələyir və gec-tez konyuktivitə - gözün ön qişasının iltihabına gətirib çıxara bilir".

Bütün bunlara baxmayaraq, insanlar asanlıqla linzadan qurtula bilmir. Odur ki, linza istifadəçilərinə gözlərində quruluq, allergiya və qızarma hiss etdikdə, mütləq həkimə müraciət etmələri məsləhət görülür.

Sağlamlıq     Baxılıb: 2137   Tarix: 30 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

turlar.az

toy makiyaji sekilleri makiyaj etmek qaydalari maskalar artiq cekiden azad olmaq elm haqqinda atalar sozleri orucluqda cinsi əlaqə daban agrilari kosmetika opusme xanim az itburnu layla yumurta