Gözlərinizi qripdən qoruyun

Gözlərinizi qripdən qoruyunBu zaman gözdə qizartı, sulanma ola bilər

Soyuq və ayaz havaların hakim olduğu, bədən müqavimətimizin düşdüyü bu günlərdə sıx tutulduğumuz soyuqdəymə yalnız bizi yataqlara salmaqla keçinmir, gözdə infeksiyalara da səbəb olur.
Soyuqdəymə ilə birlikdə gözdə qızartı, yanma, batma, göz qapaqlarında şişkinlik, işıq həssaslığı və sulanma kimi simptomlar da ortaya çıxa bilər. Soyuqdəymə dediyimiz vəziyyət keçirilməkdə olan viral bir üst tənəffüs yolu infeksiyası deməkdir. Öskürək, boğaz ağrısı, burun axıntısı və bəzən hərarətlə seyr edir. Bu simptomlar immunitet sistemimizin viruslara verdiyi bir növ cavabdır. Gözdə isə bu viruslar qızartı, sulanma, yanma, batma, göz qapaqlarında şişkinlik, işıq həssaslığı kimi əlamətlərə səbəb ola bilər. Əksər vaxtlarda soyuqdəymə keçdikdə bu əlamətlər yox olur. Bəzən bu viral infeksiya ilə birlikdə bakterial infeksiyalar da görülə bilər. Bu kimi vəziyyətlərdə müalicəyə ehtiyac yaranır.
Soyuqdəymə boyunca əllərin tez-tez yuyulması və gözlə təmasın mümkün qədər azaldılması və ağır göz makiyajından qaçılması lazımdır. Qeyd edək ki, soyuqdəymə yoluxucu xəstəlikdir. Yəni göz infeksiyası da asanlıqla ətrafımızdakılara keçə bilər. Əlləri yumaq, ortaq əşya istifadə etməmək, gözlərə təmasdan qaçınmaq yoluxmanı azalda bilər. Bu dövrdə kontakt linza istifadə edilməməlidir. Üç gün davam edən və keçməyən sulanma, yanma, batma şikayətlərində isə bir göz həkiminə müraciət edilməlidir. Gözdə yaranan infeksiyalar antibiotik və ya damla kimi dərmanlarla müalicə edilə bilər, ancaq erkən müdaxilənin böyük əhəmiyyət daşıdığını unutmamaq lazımdır.

Sağlamlıq     Baxılıb: 3409   Tarix: 01 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

kosmetik vasiteler sac duzumleri yaz geyimleri 2026 sağlamlıq varikozun mualicesi ud hindi faydalari qadın aksesuarları kosmetika ariqla suni mayalanma burclerin uyumu kahfe kali atalar sözləri