Həkim pandemiyadan qurtulmağın yollarını açdı

Həkim pandemiyadan qurtulmağın yollarını açdıQorunmaq, qorunmaq, yenə də qorunmaq! Ən yaxşısı yoluxmamaqdır! Bu, müdrik adamların işidir. Hansılar ki, stereotiplərə təslim olmur, məsafə saxlayır, əllə görüşmür, öpüşmür, qucaqlaşmır, yas yerlərinə getmir, qonaqlıqlardan çəkinir, dezinfektantlardan istifadə edir və filtrsiz N95 maskası geyinir. Yoluxduğu halda özünü izolyasiya edir, Həkimə müraciət edir, lazımi müalicələri edir, panikaya düşmür.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış radioloq, Azərbaycan Həkimləri Birliyinin sədr müavini Aydın Əliyev bildirib. O qeyd edib ki, yoluxma sayını azaltmaq üçün ilk növbədə ictimai nəqliyyatda sıxlığın qarşısını almaq lazımdır:
"Dövlət tərəfindən yoluxan şəxs aşkar edilirsə, onun birgə yaşadığı və işlədiyi şəxslər dərhal müayinəyə cəlb edilməli, izolyasiya edilməli və əgər şikayətləri varsa, lazımi qida və dərman vasitələrilə təmin edilməlidirlər! İctimai nəqliyyatda, marketlərdə sıxlıqlar var! Bunu aradan qaldırmaq lazımdır! Heç olmasa biz üzərimizə düşəni və qaydalara əməl etməliyik! Bu həyat, bu ömür bizimdir, özəldir, ona qiymət verək! Bacardıqca qorunmalı və yoluxduğumuz halda lazımi tədbirləri görməliyik! Yaxşı həkimlərin məsləhətinə qulaq asaq, əməl edək!"
Həkim əlavə ki, 5G ətrafında yayılan inanclara inanmaq olmaz:
"İnsanları öldürmək istəyirlər, mason, Bill Qeytsin oyunudur kimi ifadələr işlədən mənasız, məntiqsiz, tibbdən xəbəri olmayanların sözünə qulaq asmayaq! Bunu deyənlər bizim qayğımızı çəkməyəcək, yoluxanda bizi müalicə etməyəcək!
Bəziləri deyir ki, 2 milyardlıq Çində necə bitdi pandemiya? Çünki Çində çox sərt karantin tətbiq edildi! Biz buna dözmərik! Yoluxanlar və onların kontaktda olduğu şəxslər dərhal izolyasiya edildi, test edildi, lazımi qida və dərmanla təchiz edildi! Test analizi müsbət çıxanların bütün kontaktda olduğu şəxslər test edilməli, lazımi qida vasitələri ilə təmin edilərək izolyasiya edilməlidir!
Düzdür, əksər insanlar xəstəliyi yüngül keçirir, amma o yüngül keçirənlərin yoluxdurduğu yaşlı, şəkərli diabetli və yanaşı digər xəstəlikləri olan insanların xəstəliyi necə keçirəcəklərini bilmirik, yəni sosial məsuliyyətimizi dərk etməliyik! Dünya təkcə bizdən ibarət deyil! Digərlərini də düşünməliyik! Mütləq peyvənd etdirək! Peyvənd ölümün qarşısını demək olar ki, alır".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 4847   Tarix: 29 mart 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

turlar.az

qadın geyimi qadin sayti makiyaj instagram yay paltarlari 2026 çanta içi doldurulmuş badımcan turşusu blincik hazirlanma qaydasi kosmetika irem derici ariqla arxadan olmaq sirin qogal mikayıl abdullayev