Hər zaman "uşaq qalmağın" sirri nədir?
"İçimizdəki o saf, sevinən uşağı qoruyub saxlamaq həyatı daha rəngli və gözəl yaşamağımıza imkan verir".
Bu sözləri psixoloq Ülviyyə İlqar Milli.Az-a açıqlamasında deyib.
O, hər zaman "uşaq qalmaq" barədə danışıb:
"Hər şeyə heyran qalmaq, gülməyə səbəb axtarmaq, inciklikləri tez unutmaq kimi faktorlar uşaqlıq enerjisi ilə bağlıdır. Lakin hər zaman uşaq kimi qalmaq da bizə zərər verə bilər. Çünki həyat yalnız oyundan, fantaziyadan və "mən istəyirəm"lərdən ibarət deyil.
Yetkinlik məsuliyyət götürmək, sərhədlərini bilmək, başqasının hisslərini nəzərə almaq və qərarların nəticəsini daşımaq bacarığıdır. Həqiqətən böyümək isə daxili uşağı boğmaq yox, onu bir tərəfində saxlayaraq, digər tərəfində həyatı çiyinləyib aparmaqdır".
Ekspert uşaq kimi qalmağın sirləri barədə isə bunları söyləyib:
"Uşaq qalın, lakin həyatının bütün sahələrində uşaq olmayın. Daxilinizdəki uşağın gülüşünü qoruyarkən, böyüyən tərəfinlə sərhəd qoyun. Həyatın çətinliklərini uşaqlıq sadəlövhlüyü ilə yox, yetkinliyin anlayışı ilə qarşılayın".
Ülviyyə İlqar fikirlərini belə əsaslandırıb:
"Çünki həddindən artıq uşaq qalmaq qərarsızlıq, məsuliyyətdən qaçmaq və emosiyaların əsiri olmaq deməkdir. Həddindən artıq yetkin olmaq isə bəzən ruhsuzlaşmaq, bəzən də həyatın rəngini itirmək deməkdir.
Ən gözəli isə bu ikisinin harmoniyasıdır. Daxilinizdəki uşağı sevin. Lakin unutmayın ki, onu idarə etmək də sizin əlinizdədir".
Milli.Az









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Hər gün üzüm yesək, nə olar?