Heyva ilə piroqun asan HAZIRLANMA QAYDASI

Heyva ilə piroqun asan HAZIRLANMA QAYDASIHeyva piroqunun hazırlanma qaydasını təqdim edirik. Xüsusən də heyva sevənlər bu dadı çox bəyənəcək. Üstəlik hazırlanması da asandır.
Lazım olan ərzaqlar:
- 200 qr. yumşaq kərə yağı
- 1 stəkan şəkər tozu
- 5 yumurta
- 1 paket qabartma tozu
- 1 x.q. nişasta
- 1 stəkan un
- 2 orta heyva
- 1 qəhvə fincanı pudra şəkəri (bəzəməyi üçün)
Hazırlanması:
1. Heyvanı dilimlərə kəsin, az miqdarda suda şəkər tozu əlavə etməklə yumşalana qədər bişirin.
2. Otaq temperaturunda kərə yağı ilə şəkər tozunu çırpın.
3. 5 yumurtanı tək-tək əlavə edin.
4. Çırpmağa davam etdiyiniz bu qarışıma qabartma tozu, nişasta və un əlavə edin. Bu qarışımı yağlanmış formaya tökün.
5. Üzərinə heyva dilimlərini düzün.
6. Əvvəldən isitdiyiniz sobada 175 dərəcədə təxminən 45 dəqiqə bişirin. Piroq soyuyandan sonra pudra şəkəri səpin.
Nuş olsun!

Mətbəx     Baxılıb: 3705   Tarix: 25 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Bulqur salatı (Kısır)

Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərin

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Pendirli, göyərtili fəsəlinin resepti - Video resept

Tərkibi:. 600qr un (200qr-lıq stəkanla 4stəkan dolu 5 ci stəkanın 3 ). 400ml ilıq su 2 stəkan. 8 qram yaş maya (quru 1 silə çay qaşığı). İçliyi üçün:. 250qr ağ pendir. hərəsindən 1 dəstə- keşniş,şüyüd, göy soğan və yarı

.

Yumurtalı ət ruleti (foto resept)

Tərkibi:. Farş- 500 q. Soğan- 1 ədəd. Sarımsaq- 1 diş. "Best cow" kərə yağı- 50 q. Şüyüd- 1 dəstə. Yumurta- 3 ədəd. Duz-istiot. Hazırlanması:. Soğanı xırda-xırda doğrayıb kərə yağında ızarana qədər bişiririk. Soğanı

.

Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq

Yumşaq qat-qat xəmirdən müxtəlif cürə yeməklər hazırlaya bilərsiniz. Qeyd edək ki, qat-qat xəmir mağazalarda hazır satılır. İstəsəniz evdə də hazırlaya bilərsiniz. Tezliklə qat-qat xəmirin resepti də saytımızda hazır olacaq

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

Asan Və Ləzzətli: 300 Kaloridən çox Olmayan 7 Yemək

Karnabahar gratin. Kalori - təxminən 250 kalori. Tərkibi:. Gül kələmi - 1 ədəd. Süd - 0,5 l. Krem - 100 ml. Sarımsaq - 3 diş. Sərt pendir - 100 q. Kərə yağı - 25 q. Dadmaq üçün duz. Zövqə görə üyüdülmüş ağ istiot. Pişirm

turlar.az

həkim məsləhəti kosmetik vasiteler gozel gorunmek bulka reseptləri seksin növləri gənc ana sabir haciyev kosmetika xeyanet oglan evi hakistalar hekaye janri atalar sozleri