Hıçqırığın qarşısını necə almalı

Hıçqırığın qarşısını necə almalıRus təbabətçiləri hıçqırığı kəsmək üçün belə edirlər: xırda-xırda doğranmış dəfnə və albalı yarpaqlarının hərəsindən 10qr götürüb bir stəkan qaynar suda dəmləyib süzürlər.Ondan gündə bir neçə dəfə,hər dəfə də 20-25 damcı bir xörək qaşığı suya töküb içirlər.

Hıçqırığı kəsməyin ən qədim və sadə üsullarından biri də qurtum-qurtum soyuq su içməkdir.Bu sadə müalicə də hıçqırığı dəf edə bilər.

Zirəni soyuq suya töküb vam odda qaynadırlar.Ondan bir neçə dəfə qurtum-qurtum içmək olar.

Əgər hıçqırıq ara vermirsə onda bir qədər badam yağı ilə şəkər qarışdırın və əzin,onu qəbul etsəniz hıçqırıq kəsilər.

Şüyüdün gövdə və toxumunu qaynadıb qurtum-qurtum içmək olar.

Daha bir sadə üsul.Bir stəkan soyuq su için,amma bir qədər başqa formada.Belə ki suyu stəkanın özünüzə tərəf olan hissəsindən deyil,onu əks tərəfdən içmək lazımdır.Bunun üçün boyunu irəli uzatmaq və başı elə əymək lazımdır ki,çənə stəkanın içinə girsin.Bu sadə olsa da sınaqdan çıxarılmış üsuldur.

Allah şəfa versin.

Cinsi fəaliyyətin saxlanması və gücləndirilməsi məsələsi, qədimdə və orta əsrlərdə təbabət elmini diqqət mərkəzində dayanmışdır. Bu məsələdə əsas yer qadalanmaya verilir. Cinsi fəaliyyətin zəifləməsi orqanizmin tez qocalmasına, insanın ruhi və mə"nəvi cəhətdən tez düşməsinə səbab olur. Keçmiş təbiblərin fikrincə razyana və rəhvəni çox işlətmək cinsi fəaliyyəti zəiflədir, bunun əksinə olaraq darçın, istiot, əncir, kahı və püstə cinsi fəaliyyəti gücləndirir. hindqozunun içərisində olan süd kimi maye və yabanı kökdən hazırlanmış mürəbbə ğıcıqlandırıcı xassəyə malikdir. Balıq kürüsü yaxşı qida olmaqla yanaşı, cinsi fəaliyəti qüvvətləndirir. bu məqsədlə ləpəli meyvələrdən qoz və püstə, başqa bitkilərdən mərəçüyüd, səhləb, nanə, südlə bişirilmiş şalğam, səməni halvası və yetişməmiş buğdanı süddə bişirib yemək də yaxşı tə"sir göstərir.

Toyuğun içalatı, xaya, balıq və kürü, təzə yumurta, zəncəfil, mixək və başqa istilik gətirən ədviyyələr, cinsi fəaliyyətə müsbət tə"sir göstərən təbii vasitələrdir. Ancaq bunları həddən çox işlətmək olmaz.

Bal sağlamlığı möhkəmləndirməklə yanaşı, cinsi fəaliyyəti gücləndirir, onu tənzimləyir. Kabab və kükü, sərcə və bildirçin əti, kərə yağı və qaymaq, bir sıra mürəbbələr (albalı, cırhavuc, yerkökü, qabaq və qoz mürəbbələri), şəkər və kişmiş cinsi həvəsi gücləndirir. Bu zaman zirəni istiot və bal ilə və ya ağ xaşxaşı bal ilə işlətmək də faydalıdır.

Bir sıra qida maddələri, orqanizmi qüvvətləndirmək və cinsi fəaliyyəti artıqmaqla yanaşı, həm də sperma yaratmaqda mühüm əhəmiyyətə malikdir. Belə vasitələrdən beçə əti, beyin, badam, lobya, göy lobya və düyü həm uzun ömürlük, həm də çoxuşaqlılıq rəmzi kimi tanınmışdır. Noxud (düyü və ya darı ilə), südlü sayıq, çiyid içi və s. də buraya daxil edilir. Keçmişdə, cinsi həvəs oyatmaq üçün budların iç nahiyəsini şir piyi, qaplan qanı ilə sürtər, beli isə gicitkən toxumu, çöltərxunu kökündən alınan yağla yağlayarmışlar.

Yarıbişmiş yumurta və püstə ilə zəncəfil, yonca və gicitkən toxumu sperma yaratmaqla cinsi meyli artırır. Bədənin həssas yerlərini mixək şirəsi və ya təbii soda qatılmış bal ilə yağlamaq cinsi həvəs oyadır. 2q xardal toxumunu şərabla içmək, budun iç nahiyəsini onunla sürtmək cinsi həvəs oyadır. Bu baxımdan 2 q-dək mixəyi döyüb, südlə qataraq içmək də yaxşı tə"sir göstərir.

Sağlamlıq     Baxılıb: 1936   Tarix: 11 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

turlar.az

kosmetoloq yemek reseptleri toy makiyaji sekilleri balıq və dəniz məhsulları 2026 geyim kolleksiyasi muslim somen beautiful qadin dunyasi net kosmetika sac modelleri lakonizm azerbaycan ariqlamaq yemekler