Hündürboy görünmək üçün bunları edin
Əlbəttə ki, hündür boy hər kəsə qismət olmur. Qadınların çoxu bunu özünə kompleks edir, bəziləri gözəlliyini alçaq boyu ilə də vurğulaya biləcəyini düşünür, digərləri isə boyunu hündür göstərməyin yollarını axtarır. Bunun ilk ağıla gələn yolu hündür dabanlı ayaqqabı geyinməkdir. Lakin bununla yanaşı, geyimlərinizlə də hündür boylu təəssüratı yarada bilərsiniz. Aile.lent.az boyunun kifayət qədər hündür olmadığını düşünənlər üçün çıxış yollarını təqdim edir.
V yaxalı koftalar
Sinə dekolteniz nə qədər dərindirsə, bədəninizin yuxarı hissəsi bir o qədər uzun və incə görünəcək. Bununla bərabər, dekolte və koftalarınızın boynunun V şəkilli olması da işinizə yarayacaq.
Monoxrom
Tək rəng geyinmək şaquli bir xətt yaradaraq, gözü yanıldacak və sizi daha uzun boylu göstərəcək.
Kapri geyinməyin
Cins şalvarlar sizin üçün qısa təəssüratı yaradır. Biləklər qıçların ən incə hissəsi olduğu üçün sizi incə də göstərir. Ancaq şalvarınızın boyu çox əhəmiyyətlidir. Qətiliklə kapri geyimlər seçməyin. Yalnız biləyinizin görünməsi kifayətdir.
Şalvarın ayaqlarını qatlamaq
Normal boydakı şalvarlarınızın ayaqlarını 1-2 dəfə qatlayın. Bu şərtlə ki, yalnız biləkləriniz görünsün. Bu da sizi hündür göstərəcək.
Balağı enli şalvarlar
Aşağıya doğru getdikcə enlənən şalvarlar qıçlarınızın daha uzun olması təəssüratını verəcək. Lakin bu şərtlə ki, şalvarın beli göbəkdən yuxarı olsun. Bu halda koftanızın şalvarın başladığı yerdə bitməsi lazımdır.
Qısa ətək
Əgər boyunuz qısadırsa, ətəyinizin boyu ya çox uzun, ya çox qısa olmalıdır. Lap qısa ətəklər artıqlaması ilə bədəni nümayiş etdirdiyi üçün daha uzun qıçalara sahib olduğunuz təəssüratını yaradacaq.
İti uclu ayaqqabılar
Əgər hər gün dikdaban ayaqqabı giyinmək istəmirsinizsə, o zaman özünüzə bir cüt iti uclu ayaqqabı alın. Bu forma qıçlarınızı daha uzun göstərəcək.
Çantaları kiçildin
Akssesuarlarınızı bədəninizə görə seçməyə diqqət edin. Məsələn, böyük çantalardan xilas olmağa başlayın. Çantalarınızın kiçik olması da sizin boyunuzun hündür olmasına təsir edir.
Lent.az













8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Survivor 2027'nin kapitanları onlar oldu
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto