İmmunitetiniz güclüdürmü?-Test

İmmunitetiniz güclüdürmü?-TestYanvar ayı mülayim keçsə də, sinoptiklər üzümüzə gələn fevral ayının kifayət qədər şaxtalı olacağını bildirirlər.Təbii ki, soyuq hava özü ilə "soyuqdəymə" də gətirəcək.

Biz istəməsək də, mövsümi xəstəlik virusları baş qaldıracaq. Testdən keçməklə orqanizminizin həmin mövsümi viruslara nə dərəcədə dayanıqlı olduğunu öyrənə bilərsiniz.

1. Yuxusuzluq sizi tez-tezmi narahat edir?

Hə-2, yox-0

2. Səhərlər hətta zəngli saatınızın səsinə belə oyanamaqda çətinlik çəkirsinizmi?

Hə-2, yox-0

3. İsti-soyuq duş qəbul etməkdənsə, artıq 5-10 dəqiqəni yataqda qalmağa üstünlük verirsinizmi?

Bəli-2, yox-0

4.Orta hesabla gündə 6-7 saat və ya daha çox yatırsınız?

Hə-0, yox-2

5. Oturaq işdə çalışırsınız?

Hə-2, yox-0

6. Başgicəllənməniz olururmu, baş ağrıları sizi narahat edirmi?

Hə-2, yox-0

7. Təmiz havada az olursunuz?

Hə-2, yox-0

8. Küçədə olarkən isti paltar və isti ayaqqabı geyinmənizə baxmayaraq, əl və ayaqlarınız soyuqdan donurmu?

Hə-2, yox-0

9. İdmanı sevir və müntəzəm olaraq idman zallarına gedirsinizmi?

Hə-2, yox-0

10. Gördüyünüz müəyyən işlər ağır olmasa da, ürəyinizin tez-tez vurduğunu hiss edirsinizmi?

Hə-2, yox-0

11. Siqaret çəkirsinizmi?

Hə-2, yox-0

12. Qida rasionunuzda hər zaman meyvə-tərəvəzlər olurmu?

Hə-0, yox-2

13. Nadir hallarda stressə düşürsünüz?

Hə-0, yox-2

14. Orqanizminizin möhkəmləndirilməsi ilə ciddi məşğul olursunuzmu?

Hə-0, yox-2

15. Rasional qida rejiminə əməl etməyə çalışırsınızmı?

Hə-0, yox-2

16. Çəkiniz normaya yaxındırmı?

Hə-0, yox 2

17. Ağır iş günündən sonra dincəlməyə vaxtınız olurmu?

Hə-0, yox-2

18. Son zamanlar əsəbi olmusunuz və əvvəllər əhvalınızı yüksəldən məqamlar artıq maraqsızlaşıb?

Hə-2, yox-0

19. Yorğun olmadığınz anlarda qəfil yorğunluq hiss etdiyiniz vaxtlar olurmu?

Hə-2, yox-0

20. Xroniki xəstəlikləriniz varmı?

Hə-2, yox-0

Balları hesablayın və nəticələrlə tanış olun

40-26 bal: Siz çox güman ki, risk qrupuna daxilsiniz, lakin təşvişə düşmək lazım deyil. Həyat tərzinizi dəyişməyi düşünsəniz pis olmaz. Daha çox hərəkətdə olmağa çalışın! Piyada gəzin. Səhərləri heç olmazsa yüngül idmanla başlayan. Stressə səbəb ola biləcək situasiyalardan uzaqlaşmağa çalışın. Düzgün qida rejiminə əməl edin.

Yüngül masajın köməyi ilə damarlarınızı möhkəmləndirin. Əl və ayaqlarınızı ,xüsusilə də uzun gəzintilərdən sonra masaj fırçası və ya dəsmal ilə ovuşdurun. Bu damarlarda qanın sürətlə hərəkət etməsinə, qan dövranının yaxşılaşması isə öz növbəsində soyuğu yaxşı keçirməyə kömək edir. Həkimlə məsləhətləşdikdən sonra qrip əleyhinə vaksin qəbul edin.(Həkim məsləhəti mütləqdir. Çünki vaksinlər bəzən allergiyaya səbəb ola bilir-red.)

24-12 bal: "Öz Sağlamlığının qayğısına qalmayan adam, alətlərini heç vaxt alətini itiləməyən ustaya bənzəyir" fikri sizə aiddir. Bununla yanaşı, ilin məhz qış fəslində özünüzə diqqət yetirməniz mütləqdir. Profilaftika üçün xalq təbabətində istifadə olunan qartopu çiçəyi (digər adı viburnum və ya kalina- gərginliyin azalmasına kömək edir) itburnu, çaytikanı( immunitetin artırmaq xüsusiyyətlərinə malikdir), limon, quşüzümü, bal və əlbəttə ki, ənənəvi soğan və sarımsaqdan istifadə edin. Həkimin məsləhəti ilə lazımi peyvəndləri yaddan çıxarmayın. Unutmayın: Xəstəliyin qarşısını vaxtında almaq onu müalicə etməkdən asandır!

10-0 bal: Əmin ola bilərsiniz ki, orqanizminiz soyuqdəymə tipli xəstəliklərin öhdəsindən gələ biləcək. Sağlam həyat tərziniz və profilaftik tədbirləri vaxtlı-vaxtında yerinə yetirməniz xəstəlikləri sizdən uzaqlaşdıracaq. Soyuqdan qorunmağa və lazımsız yerə insanların çox olduğu ictimai yerlərə getməkdən çəkinin.

Ailə və Uşaq     Baxılıb: 2536   Tarix: 30 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

turlar.az

sac duzumleri qadin dunyasi sade makiyaj sekilleri geyim və aksessuarlar xanımlar zire yagi sac ucun həzm orqanları kosmetika əqrəb uşaq şeirləri intim dieta zehmet ve zinet