Kimyaterapiyasız xərçəng müalicəsi

Kimyaterapiyasız xərçəng müalicəsiBelçikada Celyad adlı biotexnologiya şirkəti, hazırladıqları dərman sayəsində daha əvvəl heç bir müalicəyə müsbət cavab verməyən bir leykemiya (qan xərçəngi) xəstəsinin, kimyaterapiyaya ehtiyac olmadan yaxşılaşdırıldığını açıqladı. Belçikalı şirkətin açıqlamasına görə, bu, dünyada xərçəng müalicəsi baxımından bir ilkdir.
Şirkət xərçəng xəstələrində immun sistemini gücləndirən bir dərman üzərində işləyir. Bu dərmanla birlikdə xəstənin bədənindən hüceyrələr alınaraq, genetik olaraq dəyişdirilir.
Beləcə dərmanın xərçəng hüceyrələrini daha asan tanıyıb, onları ortadan qaldırması təmin edilir.
Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nikolas van Hoekenin verdiyi məlumata görə, dərman ABŞ və Belçikadakı xərçəng xəstələri üzərində sınandı. Bəzi xəstələrdə nəticə verməsə də, bir növ sümük iliyi xərçəngi olan akut miyeloid leykemiyaya (AML) sahib bir xəstədə müalicə müsbət nəticə verdi.
XƏRÇƏNGLİ HÜCEYRƏLƏR TAMAMİLƏ YOX OLDU
Daha əvvəl tətbiq olunan müalicələri nəticəsiz qalan xəstəyə aşağı dozada dərman verildi. Müalicədən sonra xərçəngli hüceyrələrin tamamilə yox olduğu müəyyən olundu.
Xəstəlik kimyaterapiyaya ehtiyac olmadan müalicə edildi. Van Hoeke, kimyaterapiyanın çox ağır bir müalicə üsulu olduğunu və insanların bundan qaçdığını ifadə edərək, hazırladıqları yeni dərman müalicəsinin bu baxımdan bir ümid olduğunu söylədi.
ABŞ-da hər il 20 min insana AML diaqnozu qoyulur. Xəstəlik, Avropada da tez-tez müşahidə edilən xərçəng növlərindən biridir.
Belçikalı şirkət hesab edir ki, dərmanın ilk sınaq mərhələsində müsbət nəticələrin əldə edilməsi ümid verici bir inkişafdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1155   Tarix: 31 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

kosmetoloq toy makiyaji sekilleri qadin dunyasi ana və uşaq qadin.az aciq zedelenmeler yaralar toyuq buglamasi kosmetika yemekler cinsi vətənə aid bahar qiz adlari