KÖP, QAZ, QICQIRMADAN 5 DƏQİQƏDƏ XİLAS OLACAQSINIZ!
Köp və meteorizm çox xoşagəlməz simptomlardır. Müasir insanların bir çoxları müxtəlif həzm pozulmalarından, o cümlədən, köp və meteorizmdən əziyyət çəkir.
Daim köp və meteorizmdən əziyyət çəkirsinizsə, bu hər hansı xəstəliyin (əsasən həzm sistemi xəstəliyinin) simptomu ola bilər. Bu halda həkimə müraciət edib lazım olan müayinələrdən keçmək lazımdır.
Lakin bəzən sağlam insanlar da tez-tez köpdən əziyyət çəkir. Bunun səbəbi düzgün olmayan qidalanma və həyat tərzi ola bilər.
Sizə köpün profilaktikasının 5 sadə qaydasını təqdim edirik:
1. Yeməkdən dərhal sonra oturmayın. Bu həzm proseslərini pozur ki, nəticədə köp əmələ gəlir. Yeməkdən sonra bir qədər gəzin.
2. Asan mənimsənilən karbohidratların (un məmulatları, konfet və s. şirniyyatlar) həddindən artıq miqdarda qəbulu bağırsaqlarda qıcqırmaya və nəticədə köpə səbəb olur.
3. Streslərdən uzaq olun. Xroniki streslər həzm proseslərini pozur.
4. Yeməyi yaxşı çeynəyin, yemək zamanı danışmayın.
5. Qazlı içkilərdən və saqqızdan imtina edin
SaqlamHeyat.az
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür