Koronavirus həqiqətləri: Vaksinlər xərçəngə səbəb ola bilərmi?

Koronavirus həqiqətləri: Vaksinlər xərçəngə səbəb ola bilərmi?Koronavirus əleyhinə peyvəndlərin klinik tədqiqatlarında göstərildiyi kimi, əks təsirlər ən çox inyeksiyadan sonrakı 1-3 gün ərzində görünür. Bu əlamətlərə inyeksiya yerində qızartı, ağrı, şişkinlik və ya indurasiya daxildir. Hərarət, baş ağrısı, əzələ və oynaq ağrılarının olması da mümkündür. Əlavə reaksiyalar isə nadir hallarda qeydə alınır.
Bu yaxınlarda Amerika istehsalı olan "Moderna" peyvəndi vurduran bəzi xəstələrdə vaksinasiyadan 4-11 gün sonra meydana gələn dəri iltihabıyla əlaqədar hesabat yayımlanıb. Bildirilib ki, ağırlaşmalar antihistaminiklər və hormonal antiinflamatuar məlhəmlərlə asanlıqla aradan qaldırılıb. Bununla birlikdə, bəzi insanlar koronavirus əleyhinə peyvəndlərin mənfi təsirlərinin olacağından hələ də narahatdır.
Publika.az xəbər verir ki, əczaçılığın inkişafı üzrə mütəxəssis, biomühəndis, kimya üzrə fəlsəfə doktoru, "İnbio Ventures" fondunun elmi ekspertiza rəhbəri İlya Yasnov vaksinlə bağlı ən çox narahatlıq doğuran fərziyyələrə münasibət bildirib.
Koronavirus həqiqətləri: Vaksinlər xərçəngə səbəb ola bilərmi?Mütəxəssis "kp.ru"ya verdiyi müsahibəsində koronavirusun peyvəndlərdəki genetik parçalarının insan genomuna daxil olaraq gözlənilməz nəticələrə səbəb olacağı iddialarına belə cavab verib:
"Əgər RNT koronavirus parçaları olan mRNA peyvəndlərindən danışırıqsa (buraya "Pfizer" və "Moderna" peyvəndləri daxildir), onlara COVID-19-un törədicisinin genetik maddəsi daxil olmur. "Sputnik V" və "AstraZeneca" kimi, adenovirus vektor peyvəndləri isə genetik fraqmentlərini hüceyrələrin nüvələrinə daşıyırlar. Lakin nə koronavirus, nə də adenovirus insan DNT-sinə inteqrasiya etmə qabiliyyətinə sahibdir.
Yəni belə bir "əməliyyat" üçün hansısa mexanizm yoxdur. Ümumiyyətlə, hazırda bilinən və yayılmış çox az sayda infeksiya agenti genoma inteqrasiya edə bilir. Bunlardan ən məşhuru HİV-dir. Mövcud məlumatlara görə, bu, koronavirusa xas deyil".
Koronavirus həqiqətləri: Vaksinlər xərçəngə səbəb ola bilərmi?Daha sonra ekspert yeni növ - mRNA peyvəndləri və adenovirus vektor peyvəndlərinin xərçəngin inkişafına səbəb olması barədə yayılan fərziyyələrin əsassız olduğunu qeyd edib:
"Nəzəri olaraq, peyvəndlərin komponentləri insan DNT-sinə daxil edilərsə, bu, mümkün olardı. Ancaq bu, mümkün deyil. Üstəlik, məlumdur ki, adenoviral vektorlar ilk dəfə təcrübə üçün 20 ildən çox əvvəl istifadə edilib. O vaxtdan bəri adenovirusun tətbiqi ilə onkoloji xəstəliklərin inkişafı arasında əlaqənin təsdiq olunduğu hadisə qeydə alınmayıb.
Hər halda COVID-19 vaksinlərindəki adenoviral hissəciklərin dəyişdirildiyini və çoxalmağa qadir olmadığını anlamaq vacibdir. Həm bu elementlər, həm də peyvənd zamanı antikorların istehsal olunduğu koronavirus fraqmentləri immun sistemimiz tərəfindən tez və geridönməz şəkildə məhv edilir. Odur ki, xərçəng əleyhinə peyvəndlərin uzunmüddətli əks təsirləri praktik olaraq istisna olunur. Ümumiyyətlə, peyvənddən sonrakı reaksiyalar həftə yarımdan iki həftəyə qədər görünməyibsə, daha uzunmüddətli nəticələrin olması ehtimalı azdır. Bəli, dünyada COVID-19-a qarşı kütləvi peyvənd kampaniyaları bu yaxınlarda başlayıb, ancaq elmi və tibbi ədəbiyyatda peyvəndin uzunmüddətli mənfi təsirlərindən biri belə qeyd olunmayıb".
İlya Yasnov bildirib ki, peyvəndlərin otoimmun xəstəliklərin inkişafına səbəb olması barədə fikirlər peyvənd əleyhinə dairələrdə geniş yayılıb:
"Lakin heç bir elmi araşdırma bu əlaqəni təsdiqləməyib. Peyvənd əleyhdarları bəzi elmi işlərə istinad edirlər, əslində kiçik və zəif aparılmış bir araşdırma olduğu ortaya çıxır, bu nəticələrə elmi baxımdan etibar etmək üçün səbəb yoxdur".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2138   Tarix: 11 mart 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

turlar.az

qaşların formalari yay kolleksiyasi kosmetoloq mütləq bilməlisiniz ancelinacoli yalan haqqinda atalar sözləri süfrə mədəniyyəti kosmetika mikayıl abdullayev qadin saglamlig fitat ziyafet geyimleri novruz bayrami