Koronavirus niyə sətəlcəmdən daha çox öldürür? - Amerikalı mütəxəssis bütün detalları açdı

Koronavirus niyə sətəlcəmdən daha çox öldürür? - Amerikalı mütəxəssis bütün detalları açdıCOVID-19-un səbəb olduğu sətəlcəm vaxtında aşkar edilmir və buna görə virusa yoluxmuş şəxslərin həyatını xilas etmək mümkün olmur.
Publika.az xəbər verir ki, bunu 30 ildir süni tənəffüs aparatı mütəxəssisi işləyən Riçard Levitan "New York Times" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, koronavirusun səbəb olduğu sətəlcəm normal sətəlcəmdən daha uzun müddət simptom büruzə vermir. Buna görə erkən diaqnoz qoyulmur və xəstələrin vəziyyəti ağırlaşır: "Bəzi xəstələrin rentgen müayinələrində sətəlcəm olduğu görünür və qanda oksigen səviyyəsi aşağı olur. Buna rəğmən, bu xəstələrin tənəffüslə bağlı heç bir şikayəti olmur. Çünki koronavirus başlanğıc mərhələdə "səssiz hipoksiya" adlandırdığımız oksigen çatışmazlığına gətirib çıxarır. Buna səssiz deməyimizin səbəbi isə özünü çox gec göstərməsidir".
R.Levitan normal sətəlcəm ilə koronavirusun fərqini belə izah edib: "Sətəlcəm insanın ağciyərlərindəki hava kisəciklərini maye və iltihabla dolduran bir infeksiyadır. Normal qaydada bu xəstəliyə yoluxan insan döş qəfəsində narahatlıq, ağrı, nəfəsalmada çətinlik hiss edir. Lakin COVID-19 sətəlcəmi başladığında xəstələrin oksigen səviyyəsi düşsə də, nəfəssiz qalmırlar. Nəfəssiz qalanda isə oksigen səviyyəsi tamamilə enmiş olur və sətəlcəm diaqnozu qoymaq üçün artıq gec olur. Normal insanın dəniz səviyyəsində oksigen miqdarı 94-100% olur. Lakin koronavirus xəstələrində bu göstərici 50%-ə qədər düşür. Çox xəstə 1 həftə qızdırma, öskürək, ürəkbulanma və yorğunluq hiss edir, amma tənəffüs çatışmazlığı ilə xəstəxanaya gəldikləri gün iş işdən keçmiş olur. Deməli, sətəlcəm günlər əvvəl başlayır, amma xəstənin bundan xəbəri olmur".
Mütəxəssis qeyd edib ki, koronavirus ağciyərdəki "surfaktan" adlanan səthi maddəni ifraz edən hüceyrələrə hücum edir. Bu maddə hüceyrələrin nəfəsdən nəfəsə açılıb qapanmasını təmin edən həyati əhəmiyyətə sahibdir. Ağciyərə infeksiya düşəndə isə hava kisəciklərinə hücuma keçir və oksigen səviyyəsinin düşməsinə gətirib çıxarır.
Zümrüd

Sağlamlıq     Baxılıb: 1939   Tarix: 26 aprel 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

yaz geyimleri 2026 qadin sayti yay geyimləri 2026 hakışta xınayaxdı sözləri qan qruplari haqqinda melumat bizim mətbəx atalar sözləri kosmetika novruza aid hakışta 8 mart namiq qaraçuxurlu qadin saglamlig vicdan