Koronavirusla bağlı ŞOK SƏNƏD ÜZƏ ÇIXDI: Demə, mənşəyi...
"Assoşieyted Press" Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun mənşəyini müəyyənləşdirmək üçün infeksiyanın ortaya çıxdığı Çinin Uhan şəhərində apardığı araşdırmanın nəticələri yer alan sənədi əldə edib. Sənədi Cenevrə mərkəzli diplomatın sızdırdığı iddia olunur.
Publika.az xəbər verir ki, ÜST-nin Uhandakı istintaqı çərçivəsində səlahiyyət verdiyi komandanın tapıntıları böyük ölçüdə gözlənilən kimi idi və bir çox sualı cavabsız qoyurdu.
Bütün dünyanın nəfəsini tutaraq gözlədiyi hesabatın yayımlanması dəfələrlə təxirə salındı və Çin pandemiyanın məsuliyyətini üzərinə götürməmək üçün nəticələri təhrif etməyə çalışıb-çalışmadığına dair suallar gündəmə gəldi.
Bir ÜST rəsmisi ötən həftənin sonlarında qarşıdakı həftədə hesabatın yayıma hazır olacağını açıqladı. "Assoşieyted Press" də məhz bu məqamda sənədi ələ keçirdiyini elan etdi. Hesabatın yayımlanmadan əvvəl dəyişdirilib-dəyişdirilməyəcəyi bəlli deyil. Diplomat yayımlanmadan əvvəl sənədi göstərmək səlahiyyəti olmadığı üçün şəxsiyyətinin açıqlanmasını istəmir.
Hesabatda 4 ssenari olduğu bildirilir. Bunlardan ən əhəmiyyətlisi koronavirusla yarasalardakı virus arasında başqa bir vasitənin olmasıdır. Virusun laboratoriyadan sızdırılması ehtimalı isə çox aşağı dəyərləndirilir.
Koronavirusa olduqca bənzər bir növün yarasalarda aşkarlandığı bildirilən sənəddə bu tapıntılar arasındakı təkamül məsafəsinin bir neçə on il olduğu, bu da yarasalarla COVID-19 arasında "itkin" halqa olduğu, bu halqanın başqa bir heyvan olma ehtimalının yüksəkliyi vurğulanıb.
Hesabatda qeyd edilib ki, yarasadan insana birbaşa yoluxma ehtimalı mövcuddur. Ehtimallar arasında virusun insanlara dondurulmuş qida vasitəsilə keçməsi də var, amma bu, aşağı dərəcədədir. Hesabat "soyuq zəncir" qida məhsullarının virusun uzun məsafələrdə yayılmasına səbəb ola biləcəyini, amma pandemiyaya təkan verə biləcəyindən şübhələnildiyini ortaya qoyub.
AP-nin dərc etdiyi sənəddə koronavirus pandemiyasının 2019-cu ilin dekabr ayında Uhandakı dəniz məhsulları bazarında başlayıb-başlamadığı mövzusunda dəqiq bilgi yer almayıb. Şəhərdə aşkarlanan yoluxmaların daha yüngül ola biləcəyi və bunun koronavirus ilə əvvəlki yoluxmalar arasında bağlantını təmin edə biləcəyi bildirilib.
Hesabat mətnində "bu səbəbdən pandemiyanın kökündə Huanan dəniz məhsulları bazarının rolu və ya virusun bazara necə girdiyi haqqında hazırda konkret nəticə əldə olunmur" ifadələri qeyd edilib.
AP hesabata istinad edərən panqolinlərdə koronavirusa olduqca bənzər viruslar tapıldığını bildirib və eyni zamanda, vizonların və pişiklərin koronavirusa həssas olduğunu, daşıyıcı ola biləcəklərini vurğulayıb.
Diqqətçəkən məqamlardan biri isə koronavirusun insandan insana tənəffüs yolu infeksiyası olaraq başlama ehtimalının çox aşağı olması və bir çox mütəxəssisin bu mövzuda həmfikir olmasıdır.
Uhandakı araşdırmanı idarə edən ÜST mütəxəssisi Peter Ben Embarek verdiyi açıqlamada hesabatın son şəklini aldığını, tərcümələrin aparılmasından sonra növbəti bir neçə gün ərzində ictimaiyyətə açıqlanacağını deyib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri bu ilin yanvar ayında koronavirusun mənşəyini müəyyənləşdirmək üçün Çinə getmiş və orada təxminən 1 ay boyunca analizlər aparmışdı.
Zümrüd









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Yod çatışmazlığı təhlükəlidir
Nanə yağı təzyiqi aşağı sala bilər
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər