Kürəkdə çıxan sızanaqlardan xilas edən təbii üsul
Bir çox insanın sadəcə üzündə yox, kürək, bel, ombasında da sızanaqlar çıxır.
Bu sızanaqlardan xilas olmaq elə də asan deyil. Üstəlik, belə sızanaqlar çox vaxt böyük olur və ağrı verir.
1. Dəniz duzu ilə şəfa tapın!
Vannanı isti su ilə doldurub içinə 2-3 stəkan dəniz duzu tökün və həmin suda 20-30 dəqiqə dincəlin. Əgər dəriniz yağlıdırsa, vannadan çıxdıqdan sonra heç nəyə ehtiyacınız olmayacaq. Ancaq dəriniz qurudursa, qurulandıqdan sonra nəmləndirici krem çəkin. Bu duz vannası sayəsində 1 həftə ərzində sızanaqlardan xilas olacaqsınız. Əgər hamamda vannanız yoxdursa, alternativ üsula əl ata bilərsiniz. 1 stəkan dəniz duzunu eyni miqdarda su ilə qarışdırıb təmiz sprey şüşəsinə doldurun. Gündə iki dəfə bu suyu problemli bölgəyə sıxın.
2. Yulaf möcüzəsi
Sağlamlığımızın və gözəlliyimizin ən yaxşı dostu olan yulaf sızanaqlara qarşı da təsirli vasitədir. Yulaf əzməsi dərini nəmləndirir, sızanaqları aradan qaldırır, ölü hüceyrələri təmizləyir.
3 xörək qaşığı əzilmiş yulafı pambıq parçadan tikilmiş təmiz, daha öncə heç istifadə edilməmiş corabın içərisinə doldurun. Həmin corabı vannanın içərisinə atın. Corabı sıxaraq yulafın tərkbindəki maddələrin suya çıxmasını təmin edin. 20 dəqiqə bu suyun içərisində gözləyin. Daha sonra durulanıb qurulanın. Proseduranı hər gün təkrarlayın.
publika.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?