Limfa düyünləri niyə böyüyür?

Limfa düyünləri niyə böyüyür?Limfa düyünləri oval və ya yumru formada olan törəmələrdir. Onların ölçüləri 1 mm-dən 2 sm qədər ola bilər. Limfa düyünləri orqanizmin immun sisteminə aiddir. Onlar mikrobların, infeksiyaların və xərçəng hüceyrələrinin yayılmasına maneə yaradır. Bu düyünlərdə xüsusi hüceyrələr limfositlər yaranır ki, onlar orqanizm üçün yad və təhlükəli maddələr və hüceyrələrin məhv edilməsində aktiv şəkildə iştirak edir.

Orqanizmdə bir neçə limfa düyünləri qruplarlı mövcuddur. Belə ki, limfa düyünlər dirsək büküşündə, qoltuq altında, diz büküşündə, qasıq nahiyəsində yerləşir. Boyun nahiyəsində yerləşən limfa düyünləri baş və boyunu infeksiya və şişlərdən qoruyur.

Qarın və döş boşluqlarında çoxlu sayda limfa düyünləri var. Limfa kapilyarları bütün orqanlarda var.

Bədənin hər hansı yerində limfa düyünlərin böyüməsi və iltihabı bu yerdə problemin olmasından xəbər verir. Adətən limfa düyünün böyüməsinin səbəbi infeksiya, bəzi hallarda isə şiş olur.

Limfa düyünün düyününəsi və iltihabı "limfadenit" adlanır. Limfadenit irinli ola bilər. İrinli limfadenitin əsas simptomları limfatik düyünün böyüməsi və ağrılı olması, bu yerdə olan dərinin qızarması, bədən hərarətinin yüksəlməsi, ümumi zəiflik. Vaxtında müalicə olunmadıqda (cərrah müalicə edir) irinli limfadenit ağır fəsadlar verə bilər. Bu zaman limfatik düyünün qişası yırtılır və burada yığılmış irin ətrafdakı toxumalara yayılır. Buna fleqmona deyilir.

Uşaqlarda limfa düyünləri daha tez-tez hallarda böyüyür. Bəzən uşaqlarda limfa düyünləri uzun müddət ərzində böyümüş vəziyyətdə qalır. Əksəriyyət hallarda bu heç bir ciddi problemin göstəricisi deyil və uşaqların immun sisteminin qeyri-yetkin olduğundan irəli gəlir. Lakin hər halda uşaqda limfa düyünləri keçirilmiş xəstəlikdən sonra 1 ay ərzində böyümüş şəkildə qaldıqda onu pediatra göstərin.

Kəskin respirator infeksiyası, tonzillit, diş absesi (irinli iltihab), uşaq infeksion xəstəlikləri (məxmərək, qızılca, su çiçəyi, parotit) və digər infeksion, bakterial xəstəlikləri zamanı limfa düyünləri böyüyür və iltihablaşır. Bu zaman böyümüş limfa düyünləri yumşaq və əllədikdə bir qədər ağrılı olur.

İnsan sağaldıqdan sonra limfa düyünləri adətən öz normal ölçülərinə qayıdır.

Limfa düyünlərin uzun müddət ərzində böyümüş vəziyyətdə qalması insanda brusellyoz, listerioz, mononukleoz kimi xəstəliklərin və QİCS-infeksiyanın əlaməti ola bilər.

Bəzi hallarda böyümüş limfa düyünü xərçəng xəstəliyinin əlaməti ola bilər.

Şiş xəstəlikləri zamanı xərçəng birbaşa limfa düyünləri zədələyə bilər və ya digər orqanlarda inkişaf edən xərçəng limfa düyünlərə metaztaz edir.

Limfa düyünlərin şiş xəstəlikləri arasında ən tez-tez rast gəlinən limfoqranulematoz və limfosarkoma xəstəlikləridir. Bu xəstəliklər zamanı limfa düyünlər 3-4 sm kimi və daha artıq böyüyür, bərk və əlləmə zamanı ağrısız olur.

Döş və qarın boşluğu limfa düyünlərin xərçənglə zədələnməsini müəyyən etmək kifayyət qədər çətin olur.

Limfa düyünlərin metastatik zədələnməsi müxtəlif xərçəng xəstəlikləri zamanı qeyd oluna bilər. Şiş hüceyrələri limfanın axını ilə limfa düyünlərinə düşərək, burada çoxalmağa başlayır ki, nəticədə limfa düyünləri böyüyür.

Daha tez-tez hallarda limfa düyünlərinə süd vəzi xərçəngi, melanoma, qalxanvari vəzi xərçəngi, dil və qırtlaq xərçəngi, düz bağırsağın xərçəngi, ağ ciyərin xərçəngi metastaz verir. Bu zaman böyümüş limfa düyünü bərk və ağrısız olur.

Qasıq limfa düyünlərin böyüməsi melanoma, vulva xərçəngi, düz bağırsağın xərçəngi baş verir. Qoltuğaltı nahiyəsində limfa düyünlərin böyüməsinə süd vəzi xərçəngi, melanoma, limfoqranulematoz və s. səbəb ola bilər. Boyunun limfa düyünləri qalxanvari vəzi xərçəngi, qırtlaq xərçəngi, dil xərçəngi, limfoqranulematoz zamanı böyüyə bilər.

Beləliklə, böyümüş limfa düyünləri çox ciddi xəstəliyin simptomu ola bilər. Bu səbəbdən özünüzdə böyümüş limfa düyünü aşkar etdikdə mütləq həkimə müraciət edin.

Sağlamlıq     Baxılıb: 2159   Tarix: 06 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

turlar.az

yay geyimləri 2026 yaz geyimleri 2026 adlarin menasi limon maskasi yemək cennet almasinin hazirlanmasi elm bilik haqqinda atalar sözləri kosmetika faydalı məsləhətlər vətən novruz bayramina aid hakista hakisdalar kondom nedir