Lyamblioz zamanı xalq təbabəti

Lyamblioz zamanı xalq təbabətiHazırda xüsusilə uşaqlar arasında tez-tez təsadüf olunan qurd xəstəliklərinin yayılması artmaqdadır. Bunun səbəbləri, yaranma şəraiti haqqında çoxları bilir. Əsas məsələ profilaktika və müalicədir. Adətən lyamblioz müalicəyə çətin tabe olan xəstəliklərdən sayılır. Mütləq mütəxəssis nəzarəti altında antiparazitar dərmanların qəbul edilməsi vacibdir. Lakin əsas müalicəyə əlavə olaraq xalq təbabəti vasitələrindən istifadə edilməsi xəstəliyin həm profilaktikasına, həm də müalicəsinə kömək edə bilər. Ən çox istifadə edilən vasitələr aşağıdakılardır:
- 300 q təmizlənmiş balqabaq tumları əzilir (yaşıl örtüyü qalmaq şərtilə), alınan sıyıq bankaya tökülür, üzərinə 1\4 stəkan su və 100 q bal əlavə edilir, qarışdırılır. Səhərlər 1 saat ərzində az-az yeyilir, 3 saat sonra işlədici dərman qəbul edilir.
- 1 litr qaynar suda yulafın təmizlənməmiş dənləri dəmlənir, mayenin 1\4 buxarlanana kimi sobada saxlanılır, sıxılır, süzülür. Dəmləmə gündə 3-4 dəfə 2 stəkan içilir. Müalicə kursu 1 aydır.
- 2 x.q. adaçayı, çobanyastığı, istiotlu nanə, dağtərxunu, dazıotu, minyarpaq, solmazçiçək və qarğıdalı saçaqları qarışdırılır. 1 x.q. xırdalanmış kütləni 1 stəkan qaynar suda dəmlənir, 5 dəq. su hamamında qızdırılır, soyudulur, süzülür. Dəmləmədən 1\4 stəkan gündə 3 dəfə 20-30 dəq. yeməkdən əvvəl qəbul edilir. Kurs 7-10 gündür. Sonra 1 ay fasilə edib, yenidən təkrar etmək olar.
Hər gün yeməkdən 30 dəq. əvvəl 1 ç.q. alma sirkəsi və ya 1\2 stəkan pörtlədilmiş kələm qəbul etmək məsləhətdir.
Ümumiyyətlə, turş meyvələr və göyərti (məsələn, turş alma və s.)xeyirlidir. Salatlara isə kətan və ya xardal yağı əlavə etsəniz daha çox fayda görərsiniz. Çalışın ki, qida rasionunuzda həmişə düyü dəmləməsi və qaragilə kiseli olsun.

Sağlamlıq     Baxılıb: 2733   Tarix: 06 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

kosmetik vasiteler sac duzumleri yaz geyimleri 2026 sağlamlıq varikozun mualicesi ud hindi faydalari qadın aksesuarları kosmetika ariqla suni mayalanma burclerin uyumu kahfe kali atalar sözləri