Makiyajda bu səhvlərə yol verməyin
Səhv makiyaj edərək gözəlliyinizə kölgə salmayın!
Sizə yaraşan, üzünüzə uyğun olan və üzünüzün ən gözəl cizgilərini ortaya çıxaran bir makiyajla bütün günü özünüzdən əmin bir şəkildə keçirə bilərsiniz. Tez-tez edilən makiyaj səhvlərini bilməniz bunlara mane olmaqda işinizə yaraya bilər
Üzünüzün rəngiylə boynunuzun rəngi fərqli tonlardadır
Səhv: Tonal kreminizin tonunu səhv seçmisiniz.
Çarəsi: Əvvəlcə kosmetika satılan mağazaya gedib bir neçə fərqli tərkibli və rəngli tonal kremləri sınayın. Ən yaxşı ton çəkərək dəriyə yaydığınız zaman dərinizin rəngiylə qarışıb yox olan tondur.
Eyelineriniz gözlərinizi kiçik göstərir
Səhv: Eyelineri həm üst, həm də alt kirpiklərin dibinə qalın şəkildə sürtmüsünüz.
Çarəsi: Göz makiyajında üst kirpik diblərinə diqqət yetirsəniz, istədiyiniz iri göz təsirini əldə edə bilərsiniz. Qələmi və ya eyelineri daxildən xaricə doğru diqqətəçarpan bir xətt formasında çəkin. Alt kirpik diblərini rəngləyərkən qələmi çox basmayın, sərt xətləri pambıq və ya fırçayla paylaşdırmaqla yumşaldın.
Dodaqlarınızın ətrafında dairəviləşmə olur
Səhv: Ya dodaq qələminizin rəngi çox tünddür, ya da dodaq boyanız dodaq qələmindən daha tez silinir. Bu səbəblə də dodaqlarınızın kənarı qələmlə çəkilmiş, amma içi boş bir şəkildə qalır və bu da çox pis görünür.
Çarəsi: Dodağınızın öz rənginə yaxın rəngdə olan dodaq qələmini xaricdən içəri doğru çəkin. Bunu düzgün formada etmək üçün əvvəl sol kənardan başlayıb ortaya gəlin, daha sonra eyni əməliyyatı sağ tərəflə də təkrarlayın. Daha sonra eyni əməliyyatı alt dodağınıza tətbiq edin. Sonra boyadığınız bölgənin içini yenə dodaq qələmiylə doldurun. Beləcə, üstə dodaq boyasını da sütdüyünüz zaman boyanın dodaqlarınızdan silinməsi həm daha gec, həm də bərabər şəkildə olacaq.
qadin.net









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Survivor 2027'nin kapitanları onlar oldu
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto