MƏDƏ VƏ BAĞIRSAQ XƏSTƏLİKLƏRİ - hansı qidaları yeməlisiniz?!

MƏDƏ VƏ BAĞIRSAQ XƏSTƏLİKLƏRİ - hansı qidaları yeməlisiniz?!Mədə narahatlığı. Bunun ilkin mərhələsi mədə şirəsi ifrazının pozulması və mədənin turşuluğunun artması ilə başlayır

Mədə narahatlığı. Bunun ilkin mərhələsi mədə şirəsi ifrazının pozulması və mədənin turşuluğunun artması ilə başlayır. Müntəzəm surətdə ağır yeməklər yemək (ət, yağlı xörəklər, balıq, yumurta, pendir, tünd ədviyyələr və s.) mədənin işini çətinləşdirir. Mədə turşuluğunu müalicə etmək üçün, müxtəlif vasitələrdən istifadə edirlər. Əsas şərtlərdən biri qida rejimini tənzimlənməsidir. Meyvə ən yaxşı təbii vasitədir. Xəstələrə portağal şirəsi, üzüm şirəsi içmək məsləhət görülür. Üzüm şirəsi ğəbul edən müddətdə süd, pendir, yumurta, yağlı xörək və ət yeməkdən çəkinmək məsləhətdir. Ağrılar sakitləşəndən sonra mədə nahiyyəsinə isti kompres qoyur, hamamlanır və masaj edirlər.

Mədə-bağırsağa zərərli mikroorqanizmlərin sirayət etməsinin qarşısını almaq üçün, sarımsaqdan istifadə etmək olar. Lakin onu çox işlətmək olmaz. Sarımsaq, ümumiyyətlə qan təzyiqini tənzimləyir, soyuqdəyməyə qarşı bədənin müqavimətini artırır.
Zirə və dəfnə infeksiyaya qarşı faydalı bitkidir, onun işlənməsi mədəni təmizləyir, ağrıları sakitləşdirir. Xörəkdə kərəviz toxumu işlətmək, mədəni qüvvətləndirmək baxımından faydalıdır. Quşüzümü həzm prosesinə müsbət təsir göstərir. Bədmüşkdən çəkilən araq mə"dəni qüvvətləndirir. Bu baxımdan suda bişirilmiş rozmarin də faydalı hesab edilir.

Mədənin sağlamlığını qorumaq üçün qəhvəni az işlətmək lazımdır. Çox ət yeyənlər səhərlər limon şirəsi içməklə, mədə qıçqırmasının qarşısını ala bilərlər. Bunun üçün 20-30 qram kəklikotunu 1 litr qaynanmış suda dəmləyib süzür, ona bir qədər bal qatıb, yeməkdən sonra 1 fincan içirlər. Mədə üçün münasib yeməklərdən biri də kahıdır. Xörək yeyərkən kahıdan istifadə etmək lazımdır. Xörəkdən qabaq balı su ilə qatıb şərbət kimi içmək mədə şirəsinin ifrazına kömək edər.

Mədə ağrısı, turşuluğun artması və gizilti zamanı bağayarpağını azca suda qaynadıb, 15 dəq dəmə qoyduqdan sonra süzür, bal ilə azaçıq şirin edib işlədilir. Şirinbiyan həzm ağırlığı zamanı faydalı bitkilərdən biri hesab edilir. Gülünbaharın dəmləməsi mədə ağrısı və həzm pozğunluğu zamanı işlədilir. Yerkökü mürəbbəsi mədə zəifliyinə qarşı yaxşı dərmandır. Çödükotunun dəmləməsi də mədə zəifliyi zamanı işlədilir. Bu baxımdan süsənbər də eyni təsirə malikdir. Gülxətmi kökünün dəmləməsi mədə xorası üçün tövsiyə edilir. Mədə üçün faydalı meyvələrdən biri də heyvadır. Onu suda bişirib yemək məsləhətdir. Soğan və tərxun mə"də üçün faydalıdır, həm də infeksiyaya qarşı təsirlidir.

Ürəkbulanması. Ürəkbulanmaya qarşı kahı və ya onun gövdəsindən alınan şirə, turşməzə alma və heyva, sitruslar və limon şirəsi, təzə nanə işlədilir. Hil ürəkbulanmanı yatırır. Onu turş nar şirəsi ilə işlətmək daha təsirlidir. Istidən olan ürəkbulanması zamanı razyananı soyuq su ilə yemək yaxşı nəticə verir. Tənək yarpağının suyunu həmiləlik zamanı baş verən ürəkbulanmaya qarşı işlədirlər. Püstə yemək mədəni qüvvətləndirməklə, ürəkbulanmasını yatırır.

Mədə qazı və köpmə. Yerkökünün toxumu mədəyə qaz toplanmasının qarşısını alır. Limon qabığının dəmləməsi də bu təsirə malikdir. Razyana toxumunu dəmləyib, yeməkdən sonra içmək bu baxımdan faydalıdır. Soğan özü gec həzm olsa da, həzmə kömək etməklə mədəyə qaz toplanmasının qarşısını alır. Köpmənin qarşısını almaq üçün təsirli bitkilərdən biri də zirədir. Onu həvəngdə əzir, az miqdarda suda dəmləyib işlədirlər. Tərxun cövhərini şəkərlə qatıb işlətmək mədə köpünü qarşı təsirli vasitədir. Süsənbər, şüyüd, dəfnə yarpağı köpməyə qarşı işlədilə bilər. Çox innab yemək köpmə yaradır. Mədə köpünün əsas səbəblərindən biri həzmin pozulması və qidanın mədədə yaxşı həll olmamasıdır. Köpü olanlar yemək zamanı soyuq su içməkdən çəkinməlidir. Susuzlayanda turş meyvələrdən və qatıqdan istifadə etmək olar. Bu baxımdan nanə və başqa ətirli göyərtilər doğranmış doğramac yemək məsləhət görülür. Mədə zəifliyi həzmin pozulmasına və tez-tez köpməyə səbəb olur. Mədə köpünün qarşısını almaqdan ötrü mədəni qüvvətləndirmək lazımdır. Nar adətən köpmə yaradan meyvə kimi qiymətləndirilir. Yeməkdən sonra şirin nar qidanın mədədən daha tez bağırsaqlara keçməsinə kömək edir, öd ayrılmasını tənzimləyir. Şirin nar daha az köp verir və bu çox çəkmir. Lakin turş nar mədədə çox qalır və köp yaradır. Odur ki, yaşlılar, mədə və qara ciyərində soyuqluq və iltihab olanlar turş nar işlətməkdən çəkinməlidirlər.
Mədəni möhkəmləndirmək üçün gül mürəbbələrindən istifadə etmək yaxşı nəticə verir. Bunların hazırlanma üsulu mürəbbələr bölməsində izah edilmişdir. Bal ilə hazırlanan mürəbbənin əhəmiyyəti daha çoxdur.

Mədəni qüvvətləndirmək üçün işlənən təbii vasitələrdən biri də əzvaydır. Bu baxımdan faydalı olan bitkilərdən çüğunduru (onun buxarda bişirilmişi ləbləbi adlanır və çox xeyirlidir), kərəviz, yerkökü və bataqlıq süsənini də göstərmək olar.
Mədə köpünün səbəblərindən biri də soyuqdəymədir. Belə hallarda istilik verən qidalarla yanaşı, mə"dəni isti saxlamalı, bədəni isti saxlayan paltar geymək lazımdır.

Mədə ağrısı. Xörəkdə darçın işlətmək faydalıdır. Bu, soyuqdan baş verən ağrı üçün münasibdir. Bu zaman, ənbəri yağla qataraq pambığa hopdurub, mədə nahiyəsinə məlhəm kimi qoymaq lazımdır. Şirin zeytun yağı da mədə ağrısını sakitləşdirir. Bal mədə üçün çox xeyirlidir. Mədə ağrısı soyuqdəymədən baş verərsə, zirəni bir gecə-gündüz sirkədə qaynadıb, sonra zəncəfil, sədəfotu qurusu, sirkə və təbii boraksın hərəsindən 24 q götürülüb, həmin məlhəmin 240 q-lı ilə qarışdırıb döyür, təmiz bala qatıb istifadə edirlər. Nanə suyunu turş nar şirəsinə qatıb içdiklə hıçqırmanı kəsir. Bunun üçün ən sadə vasitə soyuq sudur. Hıçqırma isti və kəskin yeməklərdən baş verərsə, badam yağını isti suda qarışdırıb içmək məsləhətdir.

Mədə pozulması və qəbizlik. Bu zaman tünd çay içmək, bərk bişirilmiş yumurta, qatıqla nanə yemək lazımdır.
Suda bişmiş düyü həlimi qəbizlik xassəsinə malik olduğundan, ishala tutulanlar düyü həlimində bişirilən şorba yeyə bilərlər. Ümumiyyətlə, düyü mətədil xassəyə malikdir. Bu zaman bir ovuc zoğal axtasını 0.5L suda bir az da şəkər qatmaqla qaynadır, alınan şərbəti mədə pozulması zamanı işlədirlər. Heyva da bu baxımdan faydalıdır, onun bişirilmiş şirəsindən istifadə edirlər. Belə olduqda quru nanəni çay ilə qatıb, dəmləyərək işlətmək olar. Başqa vasitələrdən limon şirəsi, darçın, turş nar şirəsi və ya nar qabığının dəmləməsi də təsirlidir. Mədə pozlunluğu olanların tez-tez qatıq yeməyi və bal işlətməyi, qatıq süzməsinə nanə qatıb, bəzən sarımsaq da doğrayıb, çörək ilə yeməyi məsləhətdir. Buna qaraqınığın dəmləməsi yaxşı kömək edir.

Qəbizlik, həzmin pozulması, orqanizmin bir sıra üzvlərinin fəaliyyətinin pisləşməsinə səbəb olur. Belə alamlar qida rejiminə diqqət yetirməli, tez-tez hamamda çimməli, yeməyi yaxşı çeynəməlidirlər. Bundan əlavə oturaq həyat tərzindən hərəkətə keçmək və işləmək lazımdır. İnək və keçi əti, şirniyyat, noxud, lobya, pendir, şabalıd qəbizlik yaradır. Belələrinə üzüm mövsümü zamanı üzüm yemək faydalı vasitələrdən biridir. Başqa vaxtlarda isə onun şirəsini işlətmək olar. Bununla yanaşı qara gavalıdan da istifadə edirlər. Həmçinin bu məqsədlə zeytun yağı işlətmək əlverişlidir. Xörəkdən sonra portağal yemək həm xörəyin həzminə kömək edir, həm də bağırsaqların işini asanlaşdırır, qəbizliyi aradan qaldırır. Portağalı uşaqlar üçün də tövsiyə etmişlər. Qəbizliyi olanlar ərik, yemiş, turşəng və turşəngdən bişirilmiş şorba yeyə bilərlər. Tərəvəzlərdən yerkökü və çuğundur mədənin yumşaqlığı üçün faydalı hesab edildiyindən, ət xörəkləri hazırlayarkən bunlardan istifadə etmək vacibdir. Hazırlayərkən bunlardan istifadə etmək vacibdir. Bəzən isə yerkökünün özündən şorba hazırlayırlar.

Yeralması mədə və bağırsaqların fəaliyyətini tənzimləməklə, qəbizlik yaranmasının qarşısını alır. Həmçinin kahı da olduqça faydalı qida məhsuludur. Mədə yumşaqlığını təmin etmək üçün xörəyə kahı, kərəviz, yerkökü, kələmin çiçəyini doğrayıb qataraq yeyirlər. Bu baxımdan faydalı meyvələrdən biri əncirdir. Onu süddə bişirib, səhərlər yemək məsləhətdir. Mədə bərkliyi olanlar müntəzəm olaraq, axşamlar və ya xörəkdən sonra sulu şirin alma yesələr, mədə və bağırsaqların fəaliyyəti qaydasına düşər. Bu zaman albuxaradan və quru alçadan da istifadə etmək yaxşıdır. Bəzən onları suda isladıb sonra qaynadır və şirəsini acqarına və ya yatmazdan qabaq işlədirlər.
Gənəgərçək yağı yaxşı yumşaldıcı kimi istifadə olunur. Onun istifadə miqdarı 45 q-dır. Səhərlər kərə yağı işlətmək də yumşaldıcı kimi təsir göstərir. Yumşaldıcı xassəyə malik olan bitkilərdən gəvən, güncüd, şirinbiyan və s.-ni göstərmək olar.

Mədə iltihabı. Bu zaman yetişmiş armud, şaftalı, ərik və sumaq yemək məsləhətdir. Hindqozunu suda qaynadaraq, onu şəkər ilə qatıb yeyirlər. Gərəkli dərmanlardan biri də zirinc və limon şərbətidir. Susuzluğa qarşı biyan cövhəri işlətmək lazımdır.
Mədə şişi və mədə xorası. Xiyar və təzə keşniş suyu mədə şişini sağaldır. Kitrə və kərəviz toxumunu bala qatıb yemək təsirli dərmanlardan sayılır. Mərcimək, nar qabığı və qızılgülü balda qaynadaraq təpitmə qoymaq bu baxımdan çox faydalıdır. Mədə şişi zamanı, çox gərəkli sayılan dərmanlardan biri bu qayda üzrə hazırlanır: mərsin yarpağı və heyvanın suyunu çıxarır, bunu alma, gülab, səndəl və gül yağından düzəlmiş mum ilə qarışdırır, sonra qoyun dərisini həmin məhlula batırıb mədə nahiyəsinə qoyurlar. Mədə şişi susuzluq, ürək bulanması və temperaturla olarsa, qarına heyva tumunun yağını sürtmək məsləhətdir. Mədəyə qan sızılıb laxtalanarsa, dovşan qursağı və ya üzüm sirkəsi işlətmək faydalıdır. Bu baxımdan nanə suyunu şəkərlə qatıb içmək də yaxşıdır. Həmçinin çəpiş qanını sirkə ilə qatıb bir qədər qaynadır və 3 gün nahar zamanı içirlər.

Mədə bəlğəmi. Yarpız suyu içmək mədəni bəlğəmdən yaxşı təmizləyir. İsti suyu qurtum-qurtum içmək, quluncan şərbəti limon şirəsi və darçın işlətmək də məsləhətdir. Bağırsaq üçün işlədilən vasitələr. Qırx yaşına çatdıqdan sonra mədə və bağırsağın həzmətmə qabiliyyəti azaldığından, onların qayğısını daha çox çəkmək lazımdır. Qaz yaradan və ağır həzm olunan yeməklərdən pəhriz saxlamaq, bunun əvəzində göyərti, tərəvəz və meyvəni daha çox işlətmək faydalıdır. Bunlar həzmə kömək edir. Həyatımızın qoruyucu olan bağırsaqlara diqqətlə qayğı göstərməyi yaddan çıxarmayın. Əgər xəstə özündə qəbizlik müşahidə edirsə, tərkibində nişasta olan yeməkləri, əsasən xəmir xörəkləri, dənli bitkilər və qağları az işlətməlidir. Bağırsaqlarda qaz yığılması və köpməyə qarşı 10 günlük üzüm rejimi yaxşı tədbirdir. Bağırsaq iltihabı və şişməsi zamanı üzüm suyu işlədirlər. Bunun üçün bir neçə gün ərzində bir neçə dəfə, 1 fincan üzüm şirəsini, ertəsi gün isə bütöv limonun və ya yarısının şirəsini bir neçə dəfə içirlər. Bu əməliyyatı bir müddət davam etdirirlər. Bu zaman həmçinin 2–3 qabıqlı almanı doğrayıb 15 dəq 1L suda qaynadır, bir qədər şirinbiyan əlavə edib işlədirlər. 3 çay qaşığı kətan toxumunu 1L qaynar suda dəmləyib, nazik bağırsağın işləməsi zamanı istifadə edirlər. Bağırsaq iltihabı və şişi olanlar ispanaq işlətməkdən pəhriz saxlamalıdırlar. Dəfnə yarpağı bağırsaq və mədənin gigilyenası baxımdan çox faydalıdır. Bağırsaqlara mikrobların nüfuz etməsinin qarşısını almaq üçün hələ qədimdən qatıq və ayrana kəklilotu və ya nanə qatışdırıb yeyərmişlər. Badyan və cirə, soğan və sarımsaq bağırsaqların gigiyenası üçün faydalıdır. Bağırsaq iltihabı zamanı sitruslardan da istifadə edirlər.

Bağırsaq ağrıları və xora olarsa, yerkökündən istifadə edirlər. Bağırsaqların fəaliyyəti zəifləyərsə, alça və qara gavalıdan istifadə etmək lazımdır. Axşamlar yeməkdən əvvəl, 10–12 quru alça və ya gavalını yarı bölüb suda isladır, 1 saatdan sonra onu həmin suda qaynadır, 3 dəfə suyunu isti su ilə dəyişir və hələ soyumamış, xörəkdən qabaq içirlər.

Sağlamlıq     Baxılıb: 54094   Tarix: 26 noyabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

turlar.az

sonxeber.az sac duzumleri toy gecesi reseptler hamileliyin ilk elameti aybasi qara qaragat evdarlıq kitabı baldiza aid haxisda qiz burcu zəhmət vusale elizade baldiza aid hakisda