Menstrual dövrdə faydalı olan qidalar
Menstrual dövrdə müşahidə olunan stressi və ağrıları azaltmaq üçün şokolad yerinə aşağıdakı qidalara üstünlük versəniz, bu dövrü daha rahat keçirə bilməyinizə faydalı olar.
Balıq, toyuq:
Bədəndə dəmir itkisi olacağı üçün balıq, toyuq kimi qidalar qəbul edərək dəmir səviyyəsini yüksək tutmaq önəmlidir.
Taxıl:
Taxıllar qadınlarda estrogen səviyyələrini tənzimləyir. Tərkibindəki liflər qan şəkərindəki qeyri-tarazlıqların qarşısının alınmasında yardımçı olur.
A vitamini:
Kartof, ispanaq, kök kimi qidaların tərkibində olan A vitamini yağlı dərini nizamlayaraq civzələrin əmələ gəlməsinin qarşısını alır.
C vitamini:
Meyvələrin tərkibində olan C vitamininin stress səviyyəsini nizamlayaraq ruh halını yaxşılaşdırdığı qeyd edilir. Bu da menstrual dövrdən əvvəlki stressi azaldır.
B6 vitamini:
Qanda hemoqlobinin yaranmasını təmin edir və sinir sisteminin nizamli fəaliyyətinə yardımçı olur. Qoz-fındıq, yumurta, yulaf kimi qidaların tərkibində vardır.
Saglamolun.Az
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
İllər sonra Bakıdadır