Məşhur alimdən koronavirusla bağlı QORXUNC PROQNOZ: Payızda yenidən...
Avropada koronavirusun üçüncü dalğası tezliklə başlaya bilər. Əgər kifayət qədər insan vaksinasiya olmazsa, məhdudiyyətlər payızda geri dönə bilər.
Publika.az xəbər verir ki, bu sözləri Robert Kox İnstitutunun rəhbəri, professor Lotar Viler BMT-nin Cenevrə ofisində keçirilən Xarici Müxbirlər Birliyinin mətbuat konfransında söyləyib.
"Başqa ölkələrə münasibət bildirmək istəmirəm, rəqəmləri hamımız görə bilərik. Almaniyaya gəlincə, bizdə artıq üçüncü dalğa başlamaq üzrədir. Açıq siqnallarımız var. Təması azaltmaq və maska daxil olmaqla sağlamlıq tədbirləri qüvvədə qalır", - ekspert bildirib.
Vilerin sözlərinə görə, ölkələr bu qaydalara maksimum əməl etməlidir ki, minlərlə insanın həyatını xilas edə bilsinlər. Əsas məsuliyyət əhalinin üzərinə düşür. Alim qeyd edib ki, bütün əhalini qısa müddətdə peyvəndləmək lazımdır.
Robert Kox İnstitutunun rəhbəri peyvəndin xüsusən Almaniyada xəstəliyin ağır hallarını azaltdığını, yaşlı insanlara təsir göstərdiyini əlavə edib.
Aytən Məftun /publika.az









Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto