Naringi haqda bilmədiklərimiz...

Naringi haqda bilmədiklərimiz...Bugün sizə cəmiyyətimizdə adətən Yeni il ilə assosiasiya olan çox dadlı və xoş ətirli xeyirli meyvə haqda danışacayıq.
İlk olaraq bu meyvənin növləri haqda 1178- ci ildə Çin əlyazmalarında rast gəlinir. Avropada isə bu meyvə xeyli gec, XVIII əsrin ortalarına təsadüf edir. Bu qədər dadlı olan bu məhsulun həmçinin çox xeyirli xüsusiyyətləri vardır.
Naringi və C vitamini.
Digər sitrus meyvələri kimi naringi də C vitamini ilə çox zəngindir. C vitamini də bildiyimizə görə sinir sisteminə müsbət təsir göstərir, dəmirin yaxşı mənimsənilməsinə imkan yaradır, soyuqdəymə xəstəlikləri zamanı mübarizə aparmasında kömək edərək, insan orqanizminə çox yaxşı təsir götərir. Bundan əlavə o, antioksidantlarla çox zəngin olub,orqanizmin qocalma prosesini gecikdirir.
Siqaret çəkənlər üçün naringi.
Tərkibində C vitamininin miqdarının çox olması, onu xüsusilə siqaret çəkən insanlar üçün çox xeyirli sayılır. Belə ki, C vitamini toksik maddələrin təsirini azaldır və həmçinin orqanizmin oksigen aclığına olan müqavimətini artırır.
Uşaqlar üçün çox xeyirlidir.
C vitaminindən əlavə, naringi həmçinin D və K vitaminləri ilə zəngindir. Tərkibində olan D vitamininin çoxluğu onu uşaqlar üçün daha da xeyirlui edir, belə ki onları raxit xəstəliyindən qoruyur.
Naringi damarların elastikliyinə müsbət təsir göstərir.
Məhz tərkibində olan K vitamini bu funksiyada köməkçi olur.
Naringinin tərkibində A və B vitamini.
Naringi B qrup vitaminləri ilə zəngin olaraq, xüsusilə B1, B2 və A provitamini vurğulanılır. Bildiyimizə görə isə B qrup vitamini - həzm sisteminə müsbət təsir göstərir, ürək və sinir sisteminin işini normallaşdırır və həmçinin insanın əqli bacarığını artırır.
Tərkinidə olan B2 vitamini görmə qabiliyyətini yaxşılaşdırır, dırnaq, dəri və saçları qoruyur. Bu səbəbdən sağlam və gözəl olmaq istəyirsinizsə gündə 2-3 ədəd naringi yeyin.
Vitaminlərdən əlavə bu meyvə kalsiy, maqniy və kaliy kimi xeyirli maddələrlə zənginidir.
Lakin unutmaq lazım deyil ki, bu meyvə digər sitrus meyvələri kimi güclü allergen sayılır. Bu səbəbdən allergiyası olan insanlar ehtiyyatlı olmalıdırlar.
Meyvənin qabığı da həmçinin çox xeyirli sayılıb, xalq təbabətində aktiv istifadə olunur. Belə ki, onun tərkibi efir yağları, orqanik turşular, A və C vitaminləri ilə zəngin sayılır. Naringinin qabığı - diareya, bronxit zamanı , sinir sisteminə olan müsbət təsiri, stress və depressiya zamanı göztərdiyi köməyə görə xalq təbabətində tez-tez istifadə olunur.
Bəs hansı hallarda naringi sizə ziyanlı təsir edə bilər?
Naringi - mədə və onikibarmaq bağırsaq yarası, yüksək turşulu qastrit zamanı, bağırsağın iltihab xəstəlikləri, həmçinin hepatit və nefrit zamanı qadağan edilir.
Bu meyvəni yeməklə siz, həm gözəl dad və ətiri ilə həzz alacaqsınız, həmçinin orqanizminizin möhkəmləndirilməsi və tonusda saxlanılmasına səbəb olacaqsınız.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2339   Tarix: 07 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

turlar.az

toy gecesi geyim necə seçməli qis geyimləri 2026 yaglarin faydasi olum haqqinda maraqli faktlar elm haqqında atalar sözleri idmandan sonra ne yemek lazimdi kosmetika narin faydasi saglam qidalanma öpüşme qiz evi haxista hakışdalar