Narkomaniya-ağ ölüm

Narkomaniya-ağ ölümİngilis kral ailəsi 18-ci əsrin sonlarına yaxın sürətli varlanmanın yeni mənbəyini kəşf etdi. Bu kəşf tiryək alverindən ibarət idi. Əvvəllər İngiltərədə tiryəkdən ancaq kübarlar istifadə edirdilər. Lakin hakim dairələr tədricən dərk etməyə başlayır ki, narkotiklər təkcə külli miqdarda kapital gətirmir, o həm də həmin kapitalı əldə saxlamaq üçün gözəl vasitədir. Belə ki, narkotik maddələrin sayəsində gənclərin aşıb-daşan ehtiraslarını "zərərsizləşdirmək" və onları başqa səmtə yönəltmək mümkündür. Belələrini bundan sonra artıq ədalətli cəmiyyət quruculuğu deyil, daha ucuz narkotiki haradan əldə etmək məsələsi düşündürəcəkdir.
Üstəlik narkotikə qurşanan adamın psixologiyası da tez korlanır. Hətta insan ətraf aləmə, onun gerçəkliklərinə qarşı laqeyidləşir və narkotiklərdən asılı vəziyyətə düşür. Bu əksmədəniyyət öz-özünə, kortəbii şəkildə yaranmayıb.Gənclərin və yeniyetmələrin həmin mədəniyyətin orbitinə cəlb olunması aşağıdakı ardıcılıqla baş verir; Onlar, ən əvvəl, özlərini azad məhəbbətin ağuşuna atırlar, "azad məhəbbət" deyilən şey isə əxlaqsızlıq, mənəvi pozğunluqdan başqa bir şey deyildir, lakin bundan sonra əmələ gələn əzablı xəcalət hissi depressiyaya səbəb olur. Amma bu cür depressiyaları gizlətmək, ört basdır etmək lazımdır. Ona görə də "uymaq", "həzz almaq" ehtiyacı baş qaldırır.Əcnəbi tədqiqatçıların fikrincə, bir çox yeniyetmələr il ərzindəki təsadüfi əlaqələrdən sonra narkotiklərin dadına baxır. Sonra isə hər şey "plan"üzrə gedir. "Həzz" aləmindən qayıdan kimi, real həyat istər-istəməz ürək bulandırır. Bu zaman onu yalnız bir şey, yenidən "uyub"öz aləminə qapılmaq arzusu düşündürür. Nisbətən yüngül narkotiklərdən ağır narkotiklərə keçid bu cürdür. Bundan sonra isə fiziki və mənəvi düşkünlük yaranır.Narkomanlığa qurşananlar etiraf edirlər ki, hər şey elə anaşa çəkməkdən başlayır. Güman edilir ki, bu, çox da zərərli deyil. Əslində isə anaşa olduqca zərərli narkotik maddədir. Ondan ləzzət alan, nəşələnən kəs sonra daha ağır narkotiklərə -marixuanaya, heroinə,tiryəkə, kokainə meyllənir və bununla da həyatını puç edir; doğmalarını, yaxınlarını itirir, fəaliyyətsizləşir, təhsilini yarımçıq qoyur, yaddaşı zəifləyir, təfəkkürü kütləşir. Düşdüyü tələdən çıxmaq üçün, o, mütləq həkimə müraciət etməli, müalicə olunmalıdır. Əks təqdirdə məhvə, diri-diri ölməyə məhkumdur. İndi o da bəlli olur ki, narkotik maddələri əsasən əhalisi sıx olan müsəlman ölkələrində, eləcə də Latın Amerikası və Asiya ərazisində (xüsusilə Mərkəzi və Cənub-Şərqi Asiyada) yayılması da təsadüfi deyilmiş.
Keçən əsrin 80-cı illərində narkomanlara o qədər nadir hallarda təsadüf olunurdu ki, həyatda çoxları onları heç vaxt görməmiş, yaxud necə olduqlarını təsəvvür edə bilmirdilər. 1980-cı illərin ortalarından başlayaraq narkotik əksmədəniyyət ölkəmizə üz tutmağa başlayır. Acı təəssüf hissi ilə qeyd etmək istərdik ki, bu gün Azərbaycan həmin zəncirin əsas və əhəmiyyətli halqalarından birini təşkil edir. Ölkəmizin Avropa ilə Asiyanın qovşağında yerləşməsi, Şərqdən Qərbə, Şimala və əks istiqamətə ən qısa yol üzərində mühüm strateji məntəqə olması, onun tranzit ölkə kimi əhəmiyyətini daha da artırır.
Təbiidir ki, belə bir vəziyyət Azərbaycanda da narkomanlığın, narkotik maddələrin ticarətinin vüsət almasına əlverişli şərait yaradır.
Qeyd edilməlidir ki, son illər cinayət törədən şəxslərin tərkibi də xeyli dəyişmişdir. Əvvəllər narkotik vasitələrlə bağlı cinayətlər xüsusi kontingent, yəni narkotiklərə meylli şəxslər tərəfindən törədilirdisə, indi bu növ cinayətlər müxtəlif təbəqəli şəxslər tərəfindən həyata keçirilir. Təhlillər göstərir ki, narkotiklərlə bağlı cinayətlərdən məsuliyyətə cəlb ounmuş 1707 şəxsdən 439-u gənclər (25.7%), 56-ı qadınlar (3.3%), 1612-i (94.4%) isə əmək qabiliyyətli işləməyən və oxumayan vətəndaşlar təşkil etmişlər. Keçən il ərzində həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən 245 kq narkotik vasitələr (34.6 kq tiryək, 150 kq marixuana, 13.3 kq heroin, 38.4 kq həşiş) götürülmüşdür. Narkotiklərin satışı ilə bağlı 740 fakt aşkar edilmişdir ki, bu da 2004-cü illə müqayisədə Bakı şəhərinin səhiyyə qurumlarında qeydiyyatda olmuş 4830 narkomanın beynalxalq təcrübəyə istinadən narkotiklərə olan illik tələbatı 579 kq-dan artıq etdiyi halda, qanunsuz dövriyyətdən cəmi 578qr narkotik vasitə çıxarılmışdır ki, onlardan da 72,4%-i yüngül təsirə malik narkotik maddə (marixuana) olmuşdur.
Dünya statistikasına görə, hazırda 40 mln-dan çox adam narkomaniyadan əziyyət çəkir, hər il bu səbəbdən 6 mln adam həlak olur, xəstələrin 8-10% i müalicə edilə bilir. Rəsmi məlumatlara əsasən, Azərbaycanda 18 min narkotik istifadəçisi var. Tədqiqatlara görə reallıqda ölkəmizidə bu və ya digər formada narkotikdən istifadə edənlərin sayı 300 mindən çoxdur. On il əvvəl narkomanlar 25-39 yaş həddini əhatə edirdilərsə, bu gün artıq 13-14 yaşlı yeniyetmələr də narkotik maddənin tamını dadıblar. Beləcə uşaqlar tədricən narkotik qəbul etməyə öyrəşir. Sonralar Qiçs və hepotit kimi ağır yolxucu xəstəliklərə tutulurlar.
Narkomaniya təkcə xəstənin özünə deyil, bütün cəmiyyətə böyük ziyan vuran sosial xəstəlikdir. Əgər hər kəs bütün ətrafına diqqət və qayğı göstərərsə, onun gələcək rahatlığını təmin etmək mümkündür. Odur ki, valideynlər, müəllimlər, dost-tanışlar, qohum-qonşular narkotik vasitələrdən istifadə edənlərin dərhal üzə çıxarılmasına və stasionar müalicəyə göndərilməsinə köməklərini əsirgəməməlidirlər.
Narkoman cinayətkar deyil, cinayətin qurbanıdır. Narkomaniya rüşeymdə boğulsa, narkotik maddələrin alış-verişi yığışdırılsa, qurbanlar da olmaz. Əsas hədəf narkotik vasitələrin satışıdır. Bu gün yuxuya gedənləri ayıltmaqdan ötrü həyəcan təbili çalınmalıdır. Bunun üçün hamı vahid cəbhədə birləşib "ağ ölüm"lə mübarizəyə qalxmalıdır.
Fidan Gözəlova
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1130   Tarix: 31 may 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

kosmetoloq toy makiyaji sekilleri qadin dunyasi ana və uşaq qadin.az aciq zedelenmeler yaralar toyuq buglamasi kosmetika yemekler cinsi vətənə aid bahar qiz adlari