Nevroloqa nə zaman müraciət edilməlidir? - HƏKİM YAZIR

Nevroloqa nə zaman müraciət edilməlidir? - HƏKİM YAZIRNevroloqlar baş ağrıları, yuxu pozulmaları, dağınıq skleroz, epilepsiya, neyropatik ağrı, demensiya, Parkinson xəstəliyi, sinir-əzələ xəstəlikləri, digər hərəkət pozulmaları və periferik sinir sisteminin zədələnmələrinin diaqnostikası və müalicəsi ilə məşğul olur.
Bir nevroloq tərəfindən qiymətləndirilməli olan 6 əlamət haqqında məlumat verəcəyəm.
1. Başağrıları
Hamımız kompyuter ekranına çox uzun müddət baxmaqdan, yüksək səs, yuxusuzluq və sinus infeksiyası səbəbilə müxtəlif müddətlərdə və müxtəlif şiddətdə başağrıları yaşayırıq. Ağrılı olsa da, əksər başağrıları müvəqqətidir. Reseptsiz satılan ağrıkəsicilər vasitəsilə rahatlama əldə edirik.
Aşağıdakı vəziyyətlərdə isə nevroloqa müraciət edin:
- Ağrınız çox şiddətlidirsə və həyatınızda ilk belə ağrı ilə üzləşmisinizsə
- Hər gün başağrısı üçün dərman qəbul edirsinizsə
- Yuxudan adətən başağrısı ilə oyanırsınızsa
- Başağrılarınız görmə dəyişiklikləri, başgicəllənmə, ürəkbulanma və ya hətta tutma kimi digər nevroloji simptomlarla müşahidə olunursa (qusmaya başlasanız və ya huşunuzu itirsəniz dərhal həkimə müraciət edin).
- Başağrılarınız şiddətlidir və işığa, kəskin qoxulara və ya yüksək səslərə qarşı həssaslıq ilə müşayət olunur ki, bu da miqrenin əlaməti ola bilər.
Əgər miqreniniz varsa, nevroloq bunun qarşısını almaq üçün tətikləyiciləri, o cümlədən stressi və müəyyən qidaları müəyyən etməyə və tutmaların qarşısını almağa kömək edə bilər.
Nevroloqa nə zaman müraciət edilməlidir? - HƏKİM YAZIR2. Yaddaş pozulmaları
Əgər yaddaş problemləri gündəlik işlərinizə və ya həyat fəaliyyətinizə təsir edirsə, bu nevroloqa müraciət etmək üçün səbəbdir. Əgər aşağıdakı əlamətlərlə qarşılaşırsınızsa nevroloqa müraciət edin:
- Danışmaqda çətinlik
- Şəxsiyyətdəki dəyişikliklər
- Çaşqınlıq və ya dezoriyentasiya
- Tez-tez yaddaş pozulmaları
- Məlumatların təkrarlanması və ya eyni sualın bir neçə dəfə verilməsi
Qeyd etmək lazımdır ki, bütün yaddaş problemləri demensiya və ya Alzheimer xəstəliyi ilə əlaqəli deyil. Bəzi dərmanlar, tiroid problemləri, zəif yuxu və ya yorğunluq, menopauza, xoşxassəli və ya xərçəng şişləri, stress və ya narahatlıq və spirt istifadəsi də daxil olmaqla bir çox şey yaddaş problemlərinə səbəb ola bilər. Nevroloq yaddaş itkisinə səbəb ola biləcək bütün potensial amilləri nəzərdən keçirəcək.
Nevroloqa nə zaman müraciət edilməlidir? - HƏKİM YAZIR3. Vertiqo və ya balans problemləri
Başınızın gicəllənməsi və ya diskonfort hissi ac qalmanız, istivurma və ya yuxusuzluğunuzun nəticəsində ola bilər. Lakin səbəblər aradan qaldırdıqdan sonra bu əlamətlər bərpa olunacaq. Ancaq bəzi başgicəllənmə növləri davamlı narahatliq yarada bilər.
Sadalayacağım əlamətlər nevroloqa müraciət etməniz üçün əsasdır:
- Sizin və ətrafınızdakı ətrafınızdakı əşyaların fırlanması hissi ( vertiqo)
- Balans itkisi və ya qeyri-sabitlik (tarazlıq)
- Heç bir aydın səbəbi olmayan halsızlıq və ya başgicəllənmə
- Eşitmə və ya görmə itkisi, qulaqlarınızda cingilti, qulaq ağrısı və ya ürəkbulanma da daxil olmaqla digər simptomlarla müşayət olunan vertiqo və ya tarazləq pozulması
Bu simptomlar sizin həyat fəaliyyətinizə, o cümlədən iş qabiliyyətinizə təsir edə bilər və nəticədə öz-özünə bərpa olunsa belə nevroloq tərəfindən qiymətləndirilməlidir.
Başgicəllənmə və ya tarazlıq problemləri çox vaxt daxili qulaq (vestibulyar) problemlərlə əlaqəli olsa da və həyat üçün təhlükə yaranmasa da, diaqnoz müalicə üçün önəmlidir. Bu, həm başgicəllənmənin və tarazlığın pozulmasının təkrarlanmasının qarşısını ala bilər, həm də vəziyyətin pisləşməsindən qoruya bilər.
Səbəb ürək-damar xəstəliyi, akustik nevrinoma, kəllə-beyin travması və ya Parkinson xəstəliyi kimi ciddi bir vəziyyətdirsə, düzgün istiqamətləndiriləcək və ya müalicəyə başlanılacaq.
Nevroloqa nə zaman müraciət edilməlidir? - HƏKİM YAZIR4. Qıcolma və tutmalar
Tutma haqqında düşünəndə ilk ağlımıza yerdə uzanan insanın qıcolma halı təsəvvür edilir. Aşağıdakı əlamətlər olarsa nevroloqun araşdırması vacibdir:
- Şiddətli titrəmə
- Bədənin, xüsusən də qolların və ayaqların qeyri-iradi sərtləşməsi
- Donmuş baxışlar
- Tutmadan sonra çaşqınlıq və ya oriyentasiyasının pozulması
- Bağırsaq və ya məsanəyə  nəzarətinin itirilməsi
- Səbəbi bəlli olmayan bayılma 
- Şüurun itməsi
Testlər tutmanın səbəbinin epilepsiya və ya meningit, şəkər səviyyəsinin enməsi, böyrək və ya qaraciyər çatışmazlığı, insult və ya beyində damar anormallıqları kimi səbəblərin olub-olmadığını müəyyən edə bilər.
Nevroloqa nə zaman müraciət edilməlidir? - HƏKİM YAZIR5. Uyuşma və zəiflik
Bir çox səbəblərə görə qollarınızda, əllərinizdə, ayaqlarınızda uyuşma və ya qarışqa gəzməsi kimi bir hissi hiss edə bilərsiniz. Eynilə yorucu bir məşqdən sonra və ya qrip kimi bir virusunuz olduqda əzələlərinizdə zəiflik hiss ede bilərsiniz.
- Qəfildən yaranan və ya bədənin bir tərəfində baş verən uyuşma və ya zəiflik 
- Davamlı (həftələr və ya aylar ərzində)  və ya uyuşma
- Xroniki əzələ zəifliyi və ya əzələ gücünün sürətli azalması
- Yemək, yazmaq və ya digər gündəlik fəaliyyətləri yerinə yetirmək qabiliyyətinizə təsir edən zəif tutma
- Ayağın sallanması və ya pəncənizin ön hissəsini qaldırmaqda çətinlik çəkirsinizsə
- İnsult və ya travmadan sonra davamlı uyuşma və ya zəiflik
- Sinir ağrısı və ya yanma kimi digər nevroloji simptomlarla müşayət olunan uyuşma və ya zəiflik
Nevroloqa nə zaman müraciət edilməlidir? - HƏKİM YAZIR6. Yuxu problemləri
Aşağıdakılardan hər hansı biri ilə qarşılaşırsınızsa, nevroloqa müraciət edilməlidir:
- Tam bir gecə yuxusundan sonra gün ərzində davam edən yorgunluq
- Fürsət düşdükcə yuxuya getmək
- Yuxuya getmədə çətinlik və ya yuxu müddətindəkabus şəklində narahatlıqlar
- Yuxuda xoruldamalar və ya tez-tez nəfəs durmaları
- Alzheimer xəstəliyi, epilepsiya, hərəkət pozulmaları və ya sinir-əzələ pozulmaları kimi nevroloji diaqnozlardan sonra müşahidə edilən yuxu pozulmaları
Yuxu problemlerindən araşdırılması ən önəmli olanı REM yuxu pozulmasıdır. REM yuxu pozulması zamanı şəxs yuxuda təpikləyir, qışqırır, döyüşür. REM yuxu davranış pozulması Parkinson xəstəliyi, Levi cisimcikli demensiya və Multisistem atrofiya  kimi xəstəliklərin ilkin göstəricisi ola bilər.Adətən bu yuxu pozulması Parkinson xəstəliyindən 15-20 il əvvəl yaranır. 
Nevroloq olaraq biz həmişə simptomlarınızın əsas səbəbini tapa bilməsək də, sonradan baş verə biləcək ağırlaşmaları aradan qaldıra bilərik və xəstəliyin simptomlarının geriyə inkişafına köməklik edə bilərik.
Nevroloq Sevinc Mir Seyid
Milli.Az

Xəbərlər     Baxılıb: 1188   Tarix: 09 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

gözəllik məhsulları yaz geyimleri 2026 hamilelikde qidalanma asiq qadin sayti 2026 ayaqqabı modelləri vaginal təmizlik kosmetika lakonizm qz eviyçun hakışta ariqlamaq olumu qiz evi ucun