Öd kisəsi əyilməsi. Səbəb və əlamətləri

Öd kisəsi əyilməsi. Səbəb və əlamətləriSon zamanlar uşaq, gənc və yaşlı insanlara USM müayinədə tez-tez öd kisənin əyilməsi diaqnozu qoyulur.

Çoxu buna adi hal, ya anadangəlmə patologiya kimi yanaşsa da əslində öd kisəsi sonradan da əyilə bilər. Nadir hallarda olsa da öd kisəsinin əyilməsi çox ağır fəsadlara səbəb ola bilir - öd kisəsinin yırtılmasına, peritonitə və s. Bu səbəbdən bu patologiyanı vaxtında aşkar etmək və müalicəyə başlamaq çox vacibdir.

Öd kisəsi əyilməsinin səbəblərini təqdim edirik:

1. Xolesistit kəskin və xroniki forma aldıqda öd kisəsinin divarlarında distrofik dəyişiklik yaradır

2. Kisədə daşlar - orqanın deformasiyasına səbəb olur

3. Öd durğunluğu

4. Ağır fiziki iş, yük qaldırmaq, peşəkar idmanla məşğul olmaq

5. Öd kisəsi və yollarında bitişmələr

6. Orqanda iltihabi proseslər

7. Qeyri-sağlam qidalanma, yağlı qidaların həddindən artıq miqdarda istehlakı

8. Anadangəlmə, genetik

Yalnız anadangəlmə əyrilik patologiya hesab olunmur və öd kisəsinin funksiyasına heç bir təsir etmir. Adətən anadangəlmə əyrilik özünü heç bir simptomla büruzə vermir.

Xəstəliyin əlamətləri:

- Sağ qabırğaaltı nahiyəsində ağrılar

- İştahın azalması

- Ürəkbulanması, qusma (əsasən çox yağlı qidalardan sonra)

- Həzmin pozulması

- Ağızda acı dad

- Yeməkdən sonra mədədə ağırlıq.

Əgər öd kisəsi əyilməsi xroniki iltihab nəticəsində yaranıbsa, insanın ümumi halına da mənfi təsir göstərir. Pasiyentlər adətən dəridə bozumtul rəng, ağızda acılıq, tərləmədən şikayətlənirlər.

Bu simptomlar sizdə varsa, mütləq həkimə müraciət edin.

Bəzən öd kisəsi əyilməsi özlüyündə keçib gedir, bəzən isə öd kisəsi boynunun iltihabı ilə nəticələnir.

Müalicəsi:

Diaqnoz USM, KT və bəzi analizlərlə qoyulur. Öd kisəsində mövcud xəstəliklər dərman terapiyası ilə müaicə təyin edilir, bəzi hallarda isə fizioterapiya və ya idman hərəkətləri ilə öd kisəsi deformasiyası aradan qaldırılır. Əgər öd kisəsi tamamən funksiyasını itiribsə, bir hissəsi iltihablaşıb və öd şirəsi mədəyə axırsa, o zaman əməliyyatla öd kisəsi çıxarıla bilər. /medicina.az

Sağlamlıq     Baxılıb: 2289   Tarix: 07 avqust 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

turlar.az

gözəllik məhsulları toy gecesi gelinlikler vetene aid bayatılar prostat erzaqlar qadın parfumeriya kosmetika vətən haqqında bayatılar veten haqqinda atalar sozleri haxisda efsane nizami gəncəvi