Öskürəyi tamamilə aradan qaldıran - SADƏ VASİTƏ
Öskürək zamanı müalicəvi kompreslər çox yaxşı kömək edir. Kompreslər döş qəfəsinə və belin yuxarı hissəsinə (bronxların proyeksiyasına) axşam yatmazdan əvvəl qoyulur. Xəstə bu kompreslə yatmalıdır. Yüksək hərarət zamanı kompresdən istifadə olunmur. Həmçinin xəstədə kompresdə istifadə olunan maddələrə qarşı allergiyanın olub-olmadığına fikir vermək lazımdır. Sizə ən sınanmış kompresləri təqdim edirik: - 1 xörək qaşığı üzüm sirkəsi, 1 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı kamfora yağı qarışdırılır, qalın pambıq əskiyə çəkilir və xəstənin döş qəfəsinə və belin yuxarı hissəsinə qoyulur. Üstündən yun şərflə bağlayın və bu kompreslə yatın. - 1 ç.q. bal + 1 ç.q. xardal + 1 x.q. bitki yağı. Yuxarıda göstərilən qaydaya uyğun istifadə olunur. - 1 x.q. adi xörək duzu 1 stəkan isti suda əridilir, soyudulur (ilıq olmalıdır). Bu suda pambıq parça isladılır, bədənə qoyulur, qalın yun şərflə bərkidilir. sağlamolun.az









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarazirə hər dərdin çarəsi olan bitki
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Elgizin yeni verilişinin adı bəlli oldu
Məşhur rəssam vəfat etdi
Polat Alemdar' oğulları ilə