Oyun oynayım, böyüyüm

Oyun oynayım, böyüyümOyun oynamaq uşaqların ən əyləncəli məşğuliyyəti olmaqla bərabər, həm də onların fıziki, zehni, pisixoloji inkişafına kömək edir. Ona görə də onların yaşına uyğun oyuncaqlar almağa çalışın. Uşaqlar lap körpə vaxtından oynamağa maraq göstərirlər. Onlar əylənmək üçün oyun oynayırlar. Südəmər uşağın oynaması üçün ən yaxşı yer manejdir. Uşaq oyuncağı əlindən salıbsa əli ilə manejin şəbəkəsindən tutub özü onu yerdən götürə bilir. Həmçinin şəbəkə uşağı yıxılmağa və ya manejdən çıxmağa qoymur. Uşaq iməkləməyə və yeriməyə başlayanda isə manej ona darısqallıq edir. Bu zaman ona otağın bir guşəsində yer ayırmaq lazımdır. Guşədə təmizliyə ciddi verilməli, əgər yerdə xalça varsa hər gün silinib, təmizlənməlidir. Uşaq artlq 9-12 aylığında olarkən bağda və qum meydançasında oynamağa daha çox can atır. Hava isti olanda, xüsusilə yay aylarında uşağı tez-tez bayıra çıxartmaq, qum topasının, ya da yaşıl otun üzərində oturdub oynatmaq lazımdır.

Günəş şüalarının uşağa təsir etməməsi üçün günorta onu bağın kölgəli guşəsinə çəkib altına adyal sərmək lazımdır ki, uşaq ağzına bir şey apara bilməsin. Ilin çox fəslini uşaq evdə keçirdiyindən, çalışmaq lazımdır ki, evdə onun oynaması üçün sağlam şərait yaradasınız. Oyun və oyuncaq uşağın həm xarici mühiti tanımasına, həm də zehni, fiziki, pisixoloji və sosial inkişafını təmin edir. Ayrıca uşaqlar və böyüklər arasında ən yaxın anlaşma da oyun zamanı yaranır. Uşaq oyuncaqlarla oynaya-oynaya böyüyür. Ancaq bir şeyə diqqət edin ki, hər oyuncaq uşağınız üçün yararlı olmaya bilər. Oyuncaq uşağın başını qatmaq üçün deyil , bir şeyi öyrənmək baxımından çox əlverişlidir. Uşaq oynadığı sevimli oyuncağından ləzzət almağı bacarmalıdır. Ona görə də uşağınıza alacağınız oyuncaqlara diqqət edin, hansı ayda hansı oyuncağın uşaq üçün əlverişli olduğunu düşünün. Yeni doğulan uşaq dünyaya gəldiyi ilk gündən etibarən sosial həyata qarışır, bəzi xüsusiyyətləri ortaya çıxır. Əwəl-əwəl səsinizi, sonra üzünüzü tanımağa başlayır.

Qısa bir vaxt ərzində sizinlə təmasa keçər. Altıncı həftəsindən sonra üzünüzə gülümsəməyə başlayar. Uşağın ilk oyuncağı onun öz əlidir. O, əlinə baxır və əlilə oynamağına sevinir. Birinci həftələr ona başqa oyuncaqlar lazım deyil. İstədiyi qədər əlləri ilə oynaya bələr. Ona görə də çalışın əllərinin hərəkəti həmişə sərbəstolsun. İkinci ayından sonra uşağın əlinə oynamaq üçün bir şey vermək olar. Onun yanına baş yaylığı boyda əlvan parça qoymaq olar. Uşaq əlvan rəngi görəndə sevinir, uzun müddət yaylığa baxıb həvəslə oynayır. Üzünü ona sürtür, yaylığın ucunu ağzına alır və buraxır. Ona hələ başqa oyuncaq lazım deyil. Uşaq əlində bir şey tuta bildikdə ona rezin və plastik kütlələrdən düzəldilmiş oyuncaq verin. Bir şərtlə ki, hər gün oyuncaqlartəmizlənsin. Üçüncü aydan etibarən dəyişik səslər çıxarır. Bu vaxt onunla danışmaq, səsini təkrar etmək onun üçün ənl əyləndirici dəqiqə, ən yaxşı oyundur. Üçüncü aydan sonra uşağın üzünə yaxın məsafədə, çarpayısının baş tərəfındə musiqili, hərəkətli, dönən oyuncaqların asılması körpəyə xoş ovqat bəxş edir. Dörd ayından körpə ətrafdakıların diqqətini öz üzərinə necə çəkəcəyini yaxşı bilir.

Uşaqlar 5-6 aylıq olarkən başqa uşaqlara maraq göstərməyə başlayar və bu duruma sevinərlər. Xüsusite güzgüdə özlərinə baxmaqdan həzz alarlar. Ancaq güzgüdəkinin özləri olduğunu fərq etməzlər. Mütəxəssisləril dediiyinə görə bu dönəm uşaqların görmə, hiss etmə qabiliyyətlərinin inkişaf etməsi vaxtıdır. Altı ayından sonra uşaq ətrafındakı hər şeyə dərin maraq göstərir, "sağ ol"- dedikdə əllərini yellədir. Yanındak uşaqlarla oynayır. Öz varlığını artıq hiss edən uşaq yad adamları görəndə ağlayır, üzünü çevirir. Yeddinci ayında otaqda tək qalarsa qışqırar, ağlayar, ancaq zaman keçdikdə tək qalmağına alışar, öz-özüns oynayar. Bu ayda olan uşaqlar üst-üstə qoyulan oyuncaqlara, kublara, səsli və işıq saçan oyuncaqlara sonsu! maraq göstərirlər. Ayrıca bu ayda uşaqların dişi çıxdığından onlar ağızlarını kəşf edərlər. Yəni damaqları acışdığından əllərinə keçəni çıxacaq diş yerlərinə sürtürlər. Əlinizi özünə tərəf çəkib dişləyər, bununla özlərin sakitləşdirərlər. İməkləyən uşağın ən çox xoşladığı topdur. Bu vaxt ona rəngli taxta kubiklər və plastik kütlədən düzəldilmiş içiboş cürbəcür qutular, qısa dəstəkli taxta qaşıq, qab-qacaq da (balaca qazanlar,kasalar) vermək olar. Uşağa elə oyuncaq vermək lazımdır ki, bunlar onun əlini kəsməsin və o bunları uda bilməsin.

Uşağın biryaşı tamam olandan sonra ona əlvan rəngli, şəkilli balaca kitablar (mətinsiz) verməkolar. Uşağın həmişə oyuncağı olmalıdır. Oyuncaqlar uşağa şeylərlə rəftar etməyi öyrədir. Oyuncaqlar uşağa ətrafdakı mühitlətanışolmaq üçün lazımdır. Oyun vaxtı uşaqda əməyə məhəbbətyaranır. Yeriməyə təzə başlayan zaman uşağınızın əlindən tutub az müddətli gəzintiyə çıxmanız, nərdivanla enib- qalxmanız onun fiziki inkişafının artmasına ğətirib çıxardacaqdır, həm də o, bunun bir oyun olduğuna alışacaqdır. Bir yaşından etibarən elə oyuncaq almalısınız ki, uşağın nitqinə kömək etsin, eyni zamanda uşağın ayağa durub yeriməsində oyuncaqlar onu ürəkləndirsin. 2-3 yaşından sonra uşaq başqa uşaqlarla rahatca oynaya bilir. Oyuncaqlardan xəyal etdiyi oyunları icad edir və uzun zaman bu oyuna davam edir. Bu yaş dönəmi uşaqlığın ən yaramaz anlarıdır. Bu yaşda onlar hər şeyin onların istədiyi kimi olmasını tələb edərlər.

BUNLARA DİQQƏT EDİN!

*Oyuncaq alarkən fıkirləşin ki, bunlar uşağınızı tək əyləndirmək üçün deyil, həm də fıziki, zehni inkişaflarını da yaxşılaşdıracaqdır.

* Alacağınız oyuncaq uşağınızın yaşına uyğun olmalıdır. Çünki çox sadə

və bəsit oyuncaqlar onun bezməsinə, qarmaqarışıq oyuncaqlar isə onu çaşqınlığa, özünə qarşı inamsızlığa gətirəcəkdir.

*Oyuncağın rəngi və keyfıyyəti də çox önəmlidir. Uşağınızın oyuncaqları onun uda bilməyəcəyi böyüklükdə olmalıdır. İti ucları olan oyuncaqlar almayın. Yaxşı qavranılabiləcək oyuncaqlar uşağın zehi inkişafına köməkedəcəkdir.

*Çox oyuncaq uşağın çaşqınlığına səbəb olar.

*Uşaqlar adətən əlinə keçən şeyləri ağızlarına aparırlar. Buna görə, uşağınızın zəhərlənməməsi üçün kimyavi boya və maddələrlə düzəldilən oyuncaqlar almayın.

Ailə və Uşaq     Baxılıb: 3039   Tarix: 12 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

geyim və ayaqqabılar yay geyimləri 2026 geyim dəbləri hicab yay donları uşağın cinsiyyəti 2026 un geyimleri kosmetika bir arzum var vətən haqqında bayatılar dostluq vətən həsrəti vətənə aid bayatı