Professordan koronavirusla bağlı mühüm xəbərdarlıq: Hərbçilərlə təmasda ola bilərlər...

Professordan koronavirusla bağlı mühüm xəbərdarlıq: Hərbçilərlə təmasda ola bilərlər..."Son günlər müşahidə olunan epidemioloji vəziyyətin pisləşməsi halı pandemiya ilə mübarizə tədbirlərinə etinasız yanaşma, məsələnin diqqətdən kənarda qalması və vətəndaş məsuliyyətsizliyi ilə bağlıdır".
Publika.az-a açıqlamasında professor, həkim-cərrah Adil Qeybulla belə deyib.
O qeyd edib ki, Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib: "Bu gün Azərbaycan həyati əhəmiyyətli işlə məşğuldur, torpaqlarımız işğaldan azad edilir. Ancaq bununla yanaşı, arxa cəbhədə olan vətəndaşlarımız da görülməsi vacib olan tədbiri diqqətdə saxlamalıdırlar. Bunun üçün əhali ilə maarifləndirici tədbirlər mütəmadi aparılmalıdır. Hətta döyüş yerlərində, əsgərlərin istirahət etdiyi məkanlarda, hərbi hissələrdə belə karantin davranışlarına ciddi əməl edilməlidir. İnsanlar müəyyən səbəblərə görə hərbçilərlə təmasda ola bilərlər. Buna görə də hərbi hissələrdə son dərəcə diqqətli olmaq lazımdır".
A.Qeybulla bildirib ki, məktəblərə ciddi nəzarət olunmalı, o cümlədən insanların kütləvi toplaşma yerlərində, qapalı məkanlarda nəzarət gücləndirilməlidir: "Bu gün Avropada ikinci dalğa müşahidə edilir, bəzi şəhərlərdə karantin elan edilib. Dünyada pandemiya ilə bağlı sərt tədbirlər görüldüyü halda, biz bir qədər məsuliyyətsiz yanaşırıq. Bu səbəbdən də son günlər artım müşahidə olundu. Ölkəmizdə hələ birinci dalğa bitməyib. Virusla mübarizə tədbirlərinə bir qədər səthi yanaşan kimi infeksiyaya yoluxma artır, tez-tez dəyişən epidemioloji vəziyyət müşahidə edilir. Bu baxımdan da sözügedən məsələ ilə bağlı maarifləndirmə tədbirləri artırılmalı, karantin davranışlarına ciddi əməl olunmalıdır".
Professorun sözlərinə görə, payızda respirator xəstəliklər ənənəvi olaraq yayılır: "Koronavirusla digər respirator xəstəliklərin müştərək əlamətləri var- qızdırma, halsızlıq, öskürək və s. Bu səbəbdən də karantin davranışlarına əməl etmək- sosial məsafə gözləmək, maska taxmaq, əlləri dezinfeksiya etmək həm də bu xəstəliklərdən qorunmağa kömək edir. Pandemiyanın son zəngi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən çalınana qədər qeyd edilən tədbirlərə əməl olunması zəruridir".
Akqabay Mıradov

Sağlamlıq     Baxılıb: 1982   Tarix: 14 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

turlar.az

makiyaj etmek qaydalari hamilelikde qidalanma gelinlikler qışa hazırlıq badımcan qonaq otagi dizayni müalicəvi bitkilər eşq və məhəbbət kosmetika həmidə dolca qızlıq pərdəsi novruz bayramı sağlamlıq