Qadınların qəhvə rəngli ləkə kabusu
Dəri bir qadının ən gözəl paltarıdır deyirlər. Buna görədir ki, qadınlar dəri gözəlliklərinə əhəmiyyət göstərirlər. Ancaq bəzən dəri gözəlliklərini kölgələyən vəziyyətlər ortaya çıxa bilir. Qəhvəyi dəri ləkələri də bunlardan biridir.
Qadınlarda qəhvəyi dəri ləkələri tez-tez rast gəlinən bir problemlərdən biridir. Bunun səbəbi bədənimizdə melanin piqment deyilən maddənin yığılmasıdır. Bu pigmentlerin yığılması nəticəsində dərinin müxtəlif yerlərində qəhvəyi ləkələr meydana gəlməyə başlayır. Bu problemlə ümumiyyətlə həssas dərilərdə,əsasən də yay aylarında üzləşirlər. Yay aylarında günəşə məruz qalan sinə, kürək, qol və üz kimi bölgələrdə qəhvəyi ləkələr çox təəssüf ki, özünü göstərir.
Qadınların dəri gözəlliklərini kölgələyən bu qəhvəyi dəri ləkələrinin müalicəsi mümkündür. Ləkələrin müalicəsi böyüklüklərinə görə planlaşdırılır və tətbiq edilir. Əgər yüngül ləkələr mövcuddursa, dəri kimyəvi peeling köməkliyi ilə soyularaq ləkənin yox edilməsini təmin edə bilər. Əgər ləkələr daha böyük və daha dərindirsə bu səfər lazer ilə soyma əməliyyatı həyata keçirilir.
Təkrar bu ləkələrin meydana gəlməməsi üçün,bu şəxs müalicədən sonra yay aylarında günəşə məruz qalmamalı, əgər zəruri olaraq çölə çıxmaları lazımdırsa şapka, günəş qoruyucusu kimi məhsullarla dərilərini qorumaları lazımdır. İstifadə etdikləri dəri qoruyucularının yüksək faktorlu olması qorumanın təsirli olması baxımından əhəmiyyətlidir. Bu ləkələrin meydana gəlməməsi və meydana gəldikdən sonra tez bir müddətdə müalicə edilməsi vacibdir. Əks halda dəri xərçənginə səbəb olacaq nəticələr ortaya çıxa bilər.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq