Qastrit nədir və onun səbəbləri?

Qastrit nədir və onun səbəbləri?Qastrit mədənin selikli qişasının iltihabıdır. Başqa sözlə, qastrit mədəni daxildən müdafiə edən örtüyün müxtəlif səbəblər üzündən zədələnməsidir.Qastritin əmələ gəlməsinin əsas səbəblərindən biri Helicobacter pylori adlanan bakteriyalardır.Requlyar olaraq ağrıkəsici dərmanların qəbulu, travmatik zədələnmələr, spirtli içkilərin qəbulu, emoisional gərginlik kimi faktorlar da qastrit törədir. Qastritlər kəskin və xroniki olmaqla iki qrupa bölünür. Müalicə edilməyən qastrit mədə xorasına gətirib çıxara bilir.
Səbəbləri

- Bakterial infeksiya. Təsqid edilmişdir ki, Helicobacter pylori infeksiyası mədənin selikli qişasını zədələyə bilir və qastritin əmələ gəlməsində böyük rolu var
- Qeyri-sterioid dərmanların (aspirin, ibuprofen və s.) uzunmüddətli qəbulu
- Həddən ziyadə alkoqol qəbulu
- Siqaret çəkmə
- Stress
- Ödün 12 barmaq bağırsaqdan geri mədəyə qayıtması
- Bədənimizdə gedən autoimmun proses mədəmizin selikli qişasına zədələyici təsir göstərərək onun iltihabını törədir
- Travmatik zədələnmə
- İsti qida və ya içki ilə yanma
- Cərrahi əməliyyatlardan sonrakı dövrdə qastrit yarana bilər

Əlamətlər

- Epqastral nayihədə, yəni döş sümüyünün altında olan ağrılar və ya diskomfort
- İştihanın azalması və ya itməsi
- Gəyirmə
- Ürəkbulanma
- Qusma
- Hərarət
- Yuxululuq
- Qanqusma

Diaqnoz necə qoyulur?

- Mədənin Rentgen müayinəsi selikli qişada zədənmənin olub-olmamasını üzə çıxarir
- Mədənin Endoskopik müayinəsi həkimə mədənin selikli qişasını görməyə və rentgen müayinəsinin müəyyən edə bilmədiyi zədələnməni aşkar etməyə imkan verir
- Helicobacter pylori infeksiyasının olub-olmaması fərqli üsullarla müəyyən edilə bilər: endoskopik müayinə zamanı götürülmüş mədə toxumasının histoloji müayinəsi, nəfəs testi, qan testi və nəcis testi.
Ağırlaşmaları
- Qastrit müalicə olunmazsa mədə xorasına gətirib çıxara bilər
- Xroniki qastritin bəzi formaları mədə xərçənginin əmələ gəlməsinə səbəb ola bilər.

Müalicəsi

Qastritin müalicəsinin əsas prinsipi qıcıqlandırıcı və zədələyici faktorların aradan qaldırılmasdır:
- Helicobacter pylori infeksiyasını aradan qaldırmaq üçün iki antibiotikin və proton nasosu inhibitoru adlanan dərmanlar birgə təyin edilir
- Antiasidlər (Almagel, Maaloks və s.) mədənin turşuluğunu neytrallaşdırır və onun zədələyici təsirini azaldır
- Turşu blokatorları adlanan dərmanlar həkiminiz tərəfindən təyin edilə bilər. Bunlara Cimetidine, Ranitidine, Nizatidine, Famotidine kimi dərmanlar aid edilir.
- Proton Nasosu İnhibitorları mədənin turşu ifrazını etibarlı şıkildə azalda biləcək yeni nəsil dərmanlardır. Bunlara Omeprazole, Lansoprazol, Rabeprazole kimi dərmanlar aid edilir
- Dərman müalicəsindən əlavə mədəni zədələyə biləcək faktorlardan – alkoqol qəbulundan, siqaret çəkmədən, stresdən, çox isti qidalar və içkilərdən çəkinmək lazımdır.
- Qastritdən əziyyət çəkən insanlar çox yağlı, istiotlu yeməklərdən qaçmaları məsləhət görülür

Sağlamlıq     Baxılıb: 7667   Tarix: 07 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

kosmetik vasiteler sac duzumleri yaz geyimleri 2026 sağlamlıq varikozun mualicesi ud hindi faydalari qadın aksesuarları kosmetika ariqla suni mayalanma burclerin uyumu kahfe kali atalar sözləri