Qırmızı kələm

Qırmızı kələmQırmızıbaş kələm digər kələm növlərindən yarpaqlarının rənginə görə fərqlənir. Bu kələmin yarpaqlarının rəngi göy-bənövşəyi rəngdə olur. Bunun səbəbi isə onun tərkibində xüsusi maddə - antosianın olmasıdır. Bu kələmin əsas xüsusiyyətlərindən biri də qırımızıbaş kələmin yanlız dairəvi formada yetişməsidir. Bu rəngdə olan kələmin başqa ölçüdə olanı yoxdur. Qırmızıbaş kələm 160 gün müddətinə böyümə prosesini başa çatdırır. Onun yarpaqları rəngli və daxilində ağ zolaqlar olan bəzəklərdən ibarət olur. Bu kələm yumru, bəzən uzunsov konusvari, çəkisi isə 1 - 3,2 kq-a qədər olur. Kələmin boyunun uzunluğu isə 8-12 sm arasında dəyişə bilir. Bu ölçü kələmin növündən asılı olaraq dəyişə bilir. Kələmin toxumları dairəvi, qəhvəyi bəzəkli olur. Qırmızıbaş kələm soyuğa davamlıdır. Onun böyüməsi üçün 15-17* tempratur belə yetərli sayılır. Yetişmiş kələm qısamüddətli -5 - 7* soyuğa davam gətirə bilir. Qırmızıbaş kələmin soyuğa və istiyə qarşı davamlı olmasının səbəbi onun kök sisteminin dərinliklərə dəqər uzana bilməsidir. Amma, havanın çox isti olması kələmin tez çiçəkləməsinə səbəb olur. Bu bitki çox istisevər bitkidir. Onu gölgəlikdə yetişdirdikdə yarpaqlarının rəngi yaşıl-bənövşəyi olur və 2-3 həftə gec yetişir. Bu zaman onun yarpaqları da arzuolunan formada böyümür. Buna görə də qırmızıbaş kələmi bol günəşli və su olan yerlərdə yetişdirmək daha məqsədəuyğun sayılır.
Qırmızıbaş kələmin də vətəni ağ kələminki kimi Aralıq dənizi sahilləri hesab edilir. Kələmin bu növü oradan Qərbi Avropa ölkələrinə yayılıb. XVII əsrlərin əvvəllərindən kələmin bu növü Rusiyada becərilməyə başlayıb.
Qırmızı kələmın Tərkibi:
- Zülallar - 0,8 qram
- Yağlar - 0, 2 qram
- Karbohidratlar - 5, 1 qram
- Su - 91 qram
- Kalori - 26 kKlal
Qırmızı kələmin tərkibi zülallar, liflər, fermentlər, fitonsidlər, şəkər, dəmir, kalium, maqnium, C, B1, B2, B5, B6, PP, H vitaminləri ilə zəngindir. A vitamini və karotinin də çox olduğu bu tərəvəzin tərkibindəkilər digər kələmlərdə olduğundan 4 dəfə artıqdır. Onun tərkibində olan antosian insan orqanizminə daxil olduqda kapilyarların möhkəmliliyini artırır və onların fəaliyyətini yaxşılaşdırır. Qırmızı kələm orqanizmdən radiasiya zəhərlənməsini xaric edir və ağqanlılığın əmələ gəlməsinin qarşısını alır. Tərkibində kaliumun, maqniumin, dəmirin, fermentlərin, fitonsidlərin çox olması qırmızı kələmin orqanizm üçün nə qədər faydalı olduğunu sübut edir. Bu bitkinin yarpaqları qidalandırıcı maddələr və vitaminlərlə çox zəngindir. Tərkibindəki fitonsidlər vərəm xəstəliyinin sağalmasını sürətləndirir. Qədim zamanlarda qırmızı kələmdən yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri zamanı geniş istifadə edilib. İndi də kəskin və xroniki bronxit xəstəlikləri zamanı xalq təbabətində qırmızıbaş kələmdən istifadə edilir. Arterial təzyiqdən əziyyət çəkən xəstələrin qida rasionuna hər gün qırmızı kələm əlavə eləmələri məsləhət bilinir. Çünki, kələmin tərkibindəkilər arterial təzyiqin aşağı düşməsinə yardım edir. Qırmızı kələm damarların divarının möhkəmliliyini artıraraq onların fəaliyyətini yaxşılaşdırır. Yemək yeyən zaman qırmızı kələm yemək qırmızı şərabı əvəz edir. O dəridəki yaraların sağalmasını, ödün axmasını sürətləndirir, sarılıq xəstəliyi zamanı yeyilməsində çox fayda var.
Qırmızı kələmdən qida sənayesində də geniş istifadə edilir. Onun həm yarpaqlarından, həm də şirəsindən müalicə məqsədilə istifadə edilir.
Qırmızı kələmin şirəsi qan damarlarının möhkəmləndirməklə qanın normal axının təmin edir. Bu səbəbdən də kapilyarların zəifləməsi və qanaxma zamanı onu içməkdə fayda var.
Qırmızı kələmnın Ziyanı
Tərkibində çətin həzm olunan liflərin miqdarının çox olduğuna görə mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə qırmızı kələmdən az istifadə etmək məsləhət görülür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1558   Tarix: 18 noyabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

toy makiyaji sekilleri qaşların formalari yay geyimləri 2026 bürclər qis geyimleri vetene aid bayatılar pirojna reseptləri kosmetika yutube bayati anabaci aslan gözəllik