Qocalmanın qarşısını alır, qəbizliyi aradan qaldırır

Qocalmanın qarşısını alır, qəbizliyi aradan qaldırırZeytun bitkisi Zeytunkimilər (Oleaceae) fəsiləsinin Zeytun (Olea) cinsinə, Avropa (Europaea) növünə aiddir. Bitkinin 80-dən çox növü məlumdur. Zeytun dünyanın tropik və subtropik ölkələrində geniş yayılıb. Zeytunun vətəni Aralıq dənizi ölkələri hesab edilir. Azərbaycanın, xüsusilə də Abşeronun torpaq-iqlim şəraiti zeytunun becərilməsi üçün çox əlverişlidir. Qeyd edək ki, zeytun istehsalının 65 %-i məhz Abşeronun payına düşür. Azərbaycanda daha geniş yayılan zeytun sortlarına Azərbaycan zeytunu, Şirin zeytun, Qara zeytun, Armudu zeytun, Buzovna zeytunu, Bakı zeytunu, Nikita-1, Nikita-2 və Krımı daxildir.
Zeytun quru subtropik iqlim bitkisidir.
Publika.az-ın xəbərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, bitkinin inkişafı və məhsuldarlığı üçün əsas ekoloji şərait istilik və işıqdır. Quraqlığa davamlılığı ilə fərqlənir. Şaxtaya isə nisbətən az davamlıdır. Yaxşı su və hava keçirmə qabiliyyətinə malik olan torpaqlarda zeytun bitkisi normal böyüyə bilir. Zeytun bitkisi may-iyun aylarında çiçək açır. Sortundan asılı olaraq zeytunun meyvələri texniki yetişkənlik dövrünə (yaşıl zeytun) oktyabrda, botaniki yetişkənliyə (qara zeytun) isə noyabrda başlayır. Hava şəraitindən asılı olaraq isə meyvələrin yetişməsi yanvarın yarısınadək davam edir.
Zeytunun meyvələri təzə halda çox acı olduğu üçün yeyilmir. Zeytuna acılıq verən isə onun tərkibindəki Oleouropeinin olmasından irəli gəlir. Emal olunduqda bu acılıq itir. Qida məqsədilə bitkinin meyvəsindən həm zeytun yağı alınır, həm də konservləşdirilmiş halda istifadə olunur ki, bu məhsullar da əksər inkişaf etmiş ölkələrin iqtisadiyyatında əhəmiyyətli dərəcədə yer tutur.
Hansı məqsəd üçün istifadə edilməsindən asılı olaraq, zeytunun meyvələri müxtəlif yetişkənlik dövründə yığılır. Belə ki, konserv hazırlamaq üçün meyvələr yaşıl rəng aldıqda – texniki yetişkənlik mərhələsində yığılır. Yağ almaq üçün isə meyvələr tamamilə yetişdikdən sonra dərilir. Qeyd edək ki, tam yetişmiş meyvələri də duzlamaq mümkündür. Konserv hazırlamaq, duzlamaq məqsədilə yığılan meyvələr ehtiyatla dərilməlidir ki, zədələnməsin və əzilməsin. Zədələnmiş meyvənin saxlanması çətinləşir və asanlıqla xarab olur. Zeytunun meyvəsini təzə halda uzun müddət saxlamaq olmaz. Yığıldığı andan emala verilənə qədər məhsulun saxlanma müddəti belədir: yaşıl zeytun - 18 saat, konservləşdirilmə üçün dərilmiş qara zeytun - 24 saat, yağ istehsalı üçün nəzərdə tutulan qara zeytun - 8 sutka. Həmçinin istər yaşıl, istərsə də qara zeytun örtülü və ventilyasiya edilən otaqlarda 20 C-dən 150 C-dək temperaturda saxlanmalıdır.
Zeytunun meyvəsinin rəngi bitkinin sortundan deyil, onların yetişmə dərəcəsindən və yığılma texnologiyasından asılıdır. Bitkinin meyvələri yetişməsinin müxtəlif mərhələlərində yığılır. Təbii yetişmiş meyvələr nadir hallarda tamamilə qara olur. Yalnız dəmirin oksidləşməsi ilə rənglənmiş, dəmir qlükonat və ya dəmir laktat şəklində əlavə olunan zeytunlar mürəkkəb kimi qara olur. Təbii zeytunun rəngi çox parlaq olmur. Yalnız Haliliki və Castelvetrano növləri parlaq yaşıldır. Təbiətdə meyvəsi tünd-qəhvəyi rəngli olan zeytunun Tasus növüdür. Qeyd edək ki, bu üç növ çox tez-tez saxtalaşdırılır. Daha doğrusu, keyfiyyətsiz zeytun bir çox kimyəvi əlavələrlə boyanır.
Zeytun bitkisinin meyvələrinin tərkibi 6 % zülal, 9 % lif, 23 % su, 56 % yağ, şəkər, karotin, A, B, C, E vitaminləri, kalium, kalsium və qlükozidlərlə zəngindir. Meyvələrin tərkibində olan C və E vitaminləri antioksidant sayılır. Həmçinin yarpaqlarından alınmış dəmləmə və spirtli duru ekstrakt ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə oluna bilər. Tərkibindəki vitaminlər kompleksi sinir sisteminə müsbət təsir edir, gərginliyi aradan qaldırır, həmçinin gümrahlıq verir. Zeytun istehlakı yaşlı insanların sümük toxumasını möhkəmləndirir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, yaddaşı gücləndirir. Tərkibindəki doymamış yağ turşuları həzm prosesini ləngidir. Belə ki, yeməkdən əvvəl zeytun istehlak etməklə iştahınızı azalda bilərsiniz.
Zeytunun meyvələrindən alınan yağın keyfiyyəti və miqdarı bitkinin sortundan, becərilmə şəraitindən, yetişmə dərəcəsindən, eləcə də emal üsulundan asılıdır. Bitkinin meyvəsindən alınan zeytun yağı üç yerə ayrılır: tibbi, yeyinti və texniki zeytun yağı. Tibbi zeytun yağı əsasən trioleindən ibarət rəngsiz və şəffaf yağdır. Zeytun yağının texniki sortu isə sabunbişirmə sənayesində istifadə olunur. Yeyinti zeytun yağı orqanizm üçün olduqca faydalıdır. Tərkibi olein, linol, palmitin və stearin turşularının qliseridlərindən ibarət sarımtıl rəngli, duru, zəif qoxuya və xoş dada malik yağdır. Zeytun yağının soyuq qəlyanaltılara əlavə olunması sağlamlıq üçün olduqca əhəmiyyətlidir. Zeytun yağının tərkibində olan süzülməmiş yağ turşuları (stearin, olein) qanda xolesterinin miqdarını aşağı düşürərək qocalmanın qarşısının alınmasına müsbət təsir göstərir. Zeytun yağının tərkibində olan antioksidantlar isə xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır, dəri və bağırsaq xərçənginin inkişafını ləngidir, qəbizliyi aradan qaldırır, mədənin selikli qişasını bərpa edir. Konservləşdirilmiş zeytunun da qida əhəmiyyəti böyükdür.
Zeytunun meyvələrinin istehlak dəyəri onun iriliyindən, lətli hissəsinin tumuna nisbətindən asılıdır. Meyvə nə qədər lətli olarsa, bir o qədər qiymətlidir. Ona görə də alarkən kiçik çəyirdəkli zeytunlara üstünlük verilməlidir, çünki bu tip məhsullar təbii yetişdirilmiş sayılır. Keyfiyyətli zeytun təravətli və təzə olmalıdır, rəngi solmuş, büzüşmüş məhsulu almaqdan çəkinməlisiniz.
Zeytun ev şəraitində adətən duzlu suda saxlanılır. Bu zaman maye zeytunu tamamilə örtməlidir. Əks halda meyvə tez xarab olacaqdır. Lakin duzlu suda da uzun müddət qaldıqda zeytun boşalır və ya yumşalır. Duzlu su bitki yağı ilə əvəz edilə bilər (az miqdarda zeytun yağı istifadə etmək daha yaxşıdır). Duza qoyulmuş zeytun bütöv, çəyirdəksiz və ya çəyirdəkli, doğranmış və ya ədviyyatlarla doldurulmuş halda satılır. Çəki ilə alınmış zeytun soyuducuda və mütləq şüşə qablarda saxlanmalıdır. Zeytuna bir neçə dilim limon və ya limon suyu əlavə edilərsə, şirəsini və təravətini daha yaxşı saxlayar. Zeytun nəm barmaqlarla və ya nəm bıçaqla bankadan çıxarılmamalıdır. Bu halda duzlu suya daxil olan su oksidləşmə prosesini sürətləndirəcək və zeytun tez xarab olacaqdır.
İstehlakçılar zeytun konservlərini alarkən xüsusilə diqqətli olmalıdırlar. Belə ki, məhsulun qablaşdırılmasına baxmaqla da bir sıra nöqsanları – qapağın şişməsi və ya boşalması, hermetikliyin pozulması və s. müəyyənləşdirmək mümkündür. Etiket üzərindəki məlumatlar da diqqətlə oxunmalıdır. Məlumatların aydın şəkildə yazılmaması, yararlılıq müddətinin göstərilməməsi həmin məhsulun keyfiyyətinə ciddi şübhələr yaradır. Məhsulun özü yoxlanarkən meyvələrin eyniölçülü, ləkəsiz və zədəsiz olmasına, rənginin isə təbii rənginə yaxınlığına, dad-tamının özünəməxsusluğuna diqqət yetirilməlidir. Həmçinin kiflənmə müşahidə edilməməlidir. Konservləşdirilmiş zeytunun keyfiyyəti, dadı, qoxusu düzgün saxlanmadıqda da dəyişikliyə məruz qala bilir.

Sağlamlıq     Baxılıb: 1384   Tarix: 27 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

geyim və ayaqqabılar qadin sayti hamiləlik balıq və dəniz məhsulları geyim kombinasiyalari intim münasibətləri adət ənənələr kosmetika maraqlı efsaneler gəncə vidyolar hakistalar