Quru soğan pəhrizi

Quru soğan pəhriziÇoxlarının yeməkdən seçib ayıraraq yemədiyi soğanın insan sağlığına çox böyük xeyri var. Soğan istifadə olunması vacib olan qida məhsulları arasında mühüm yerlərdən birini tutur. Soğan bədən gücünü artırır, ürək-damar xəstəliklərinin profilaktıkasına yaxşı təsir göstərir, sinirləri sakitləşdirir, xərçəngdən qoruyur, qadın xəstəliklərində mühüm rol oynayır, vitamin və minerallarla zəngindir. Bundan başqa, bir çox xəstəliyə qarşı alternativ müalicə olaraq istifadə olunan tərəvəzdir.

Yeməklərin baş tacı, salatlara ləzzət qatan soğan şəfalı bitkidir. Qoxusu xoş olmasa da, faydalarını saymaqla bitmir. Soğan arıqlamağa da kömək edir. Lakin soğan pəhrizində soğanın özü deyil, suyu istifadə olunur. Arıqlamaq üçün hər vasitəyə əl atan qadınlar heç bir nəticə əldə edə bilməyiblərsə, soğan pəhrizi ilə daha tez arıqlaya bilərlər.

Qaynadılmış soğan suyu pəhrizi

Bu resepti verməzdən əvvəl deyək ki, soğan suyunun başqa faydalarını da hiss edəcəksiniz. Erkən klimaks keçirən qadınlar üçün rahatlaşdırıcı təsirlərə malik olduğu kimi, depressiya, stress və yay yorğunluğunu, xroniki yorğunluq və yuxusuzluq kimi problemlərin də aradan qaldırmasında soğan suyunun böyük rolu var. Soğan qanda şəkərin miqdarını və təzyiqi aşağı salır. Soğan həm toxluq hissi aşılayır, həm həzmi asanlaşdırır, həm də bağırsağı təmizləyir. Bir sözlə, soğan piylənmənin bir nömrəli düşmənidir.

İri bir soğanın qabıqlarını soyub, onu 4 bərabər parçaya bölüb əvvəlcədən qaynadılmış xlorsuz suya (2 stəkan) qoyuruq. Qapağını bağlayıb qaynamağını gözləyirik. On 10 dəqiqə qaynadıqdan sonra qazanda soğan suyu təxminən bir stəkan qalmalıdır. Su boz rəngdə olacaq. Soğan suyu səhər və axşam yeməklərdən əvvəl içilir. Bu əməliyyatı 5-7 və ya 15 gün davam etdirə bilərsiniz. 15 gündən çox istifadə etmək olmaz. Təzə hazırladığınız soğan suyunu isti halda içmək lazımdır.

Quru soğan pəhrizi

2 ədəd iri soğanı soyduqdan sonra suyunu çıxarın. 1 stəkan soğan suyunu günorta yeməyindən əvvəl için. Soğan suyu metabolizmanı sürətləndirərək artıq yağları tez zamanda əridir və orqanizmdən xaric edir.

Saç tökülmə probleminiz varsa, soğan suyu bu problemi də aradan qaldırır. Soğanda olan kükürd baş dərisini bəsləyir və saçların parlamasını təmin edir.

Soğan şorbası pəhrizi

Soğan şorbası təbii antibiotik hesab olunur. Bunun üçün 6 ədəd soğan və yanında soğanın yarısı qədər 2 çeşid tərəvəz, limon və ədviyyat lazımdır. İstəsəniz yağsız ət də əlavə edə bilərsiniz. Yağdan istifadə isə qətiyyən olmaz. Bütün ərzaqları şorba şəklində bişirin. Bu pəhrizi 3 gün ərzində saxlayın və yediklərinizə fikir verin.

Gözəllik və Moda     Baxılıb: 3007   Tarix: 25 iyun 2014
f Paylaş

Oxşar xəbərlər

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

turlar.az

gelinlikler kosmetoloq makiyaj etmek qaydalari yay geyim 2026 vətən bayatıları sızanaqlara qarşı maska yarpizin faydalari kosmetika veten haqqinda bayati burcler qiz adlari qu quşu layla