Rok və Pop musiqisi

Rok və Pop musiqisiBu anlayışın əhatə etdiyi müxtəlif cərəyanlar musiqinin ümumi məzmunu, üslub cəhətləri, hətta ifaçıların zahiri görünüşü ilə bir-birindən xeyli fərqli olsalar da, onların bünövrəsi, mənşəyi eynidir; hamısı blüzdən gəlir. Bu janr 50-ci illərin ortalarında görkəmli gitaraçılar Bi Bi Kinq, Maddi Uoters və başqalarının səyləri nəticəsində geniş tanınır və rok-n-roll adlı cəld, dinamik musiqi üslubunun yaranmasına təkan verir. Rok-n-roll üslubuna o dövrün istedadlı musiqiçiləri Çak Berri, Litl Riçard və nəhayət, əfsanəvi Elvis Presli geniş şöhrət qazandırırlar. Rok-n-rolla müraciət etmiş ilk ağ ifaçı, "rok-n-roll kralı" Elvis Presli bu musiqinin ecazkar daxili enerjisini duyub, onu öz heyranedici kompozisiyalarında məharətlə əks etdirmişdir.

REKORDLAR..
The Beatles qrupunun 15 albomu dünyanın nüfuzlu hit-paradlarında birinci yeri tutmuşdur.

60-cı illərin əvvəllərində "The Beatles" dahi ingilis qrupunun meydana çıxması ilə rok musiqisinin tarixində yeni mərhələ başlanır. Bu məşhur kvartetin gözəl, melodik mahnıları ona dünya şöhrəti qazandırır; qrupun üzvləri Con Lennon və Pol Makkartni rok musiqisinin ən tanınmış bəstəkarları sırasına daxil olurlar. The Beatles qrupunun son, "Sgt.Pepper" albomu isə rok musiqisinin sadə əyləncə vasitəsindən musiqinin ciddi, müstəqil növünə çevrilməsini qabarıq şəkildə nümayiş etdirir. 1970-ci ildə fəaliyyətini dayandır-mış The Beatles əbədi olaraq dünya musiqisinin tarixinə ən məşhur rok qrupu kimi daxil olub. 1980-ci ildə Con Lennonun fanatik pərəstişkarı tərəfindən qətlə yetirilməsi XX əsr musiqi aləmində baş ver-iş ən faciəli hadisələrdən biridir.
60-cı illərdə meydana çıxmış başqa bir rok qrupuThe Rolling Stones öz mahnılarında ictimai duruma qarşı etiraz motivləri ilə, insanların mənəvi azadlığı uğrunda ehtiraslı çağırışları ilə, eləcə də musiqidə melodiyaya deyil, ritmik cəhətlərə üstünlük verilməsi ilə The Beatles qrupundan çox fərqlənirdi. Bu iki qrup ətrafında birləşmiş pərəstişkarlar bir-birilə rəqabət aparan sanki iki cinaha ayrılmışdı. Onu da qeyd edək ki, bütün hit-paradlarda The Rolling Stones müntəzəm olaraq The Beatles-dən sonra ikinci yeri tuturdu. The Beatles və The Rolling Stones-dan savayı, digər ingilis qrupları — The Who, The Kinks, The Animals və başqalarının qazandıqlan şöhrət rok musiqisində "Britaniya basqını" deyilən orijinal anlayışın meydana çıxmasına səbəb olur.

Təqribən həmin zamanlar ABŞ-da təşəkkül tapmış folk-rok cərəyanının banisi Bob Dilan, eləcə də The Burds, The Eagles, Creedence qrupları rok musiqisində diqqəti əsasən xalq mahnılarının tətbiqinə yönəldirlər ("folk" "xalq" deməkdir). ABŞ-m ağ əhalisinin musiqisi sayılan folk-rokla yanaşı, blüz və zəncilərin kilsə mahnılarını bir-birinə qovuşduran soul üslubu meydana çıxır. "Soul" sözünün mənasına müvafıq olaraq ("könül") bu üslub, doğrudan da, könülləri oxşayan məlahətli, lirik ovqatlı, özü də "ənənəvi" rok alətlərinin -elektrik-gitara və barabanların cüzi istifadə edilməsi ilə fərqlənən mahnıların yaranmasına səbəb olur. Rok musiqisinin ən sabit üslublarından olan soul müasir dövrdə də öz əhəmiyyətini itirmir. Ceyms Braun, Stivi Uander, Rey Çarlz, Dayana Rossun qoyduğu ənənələr Uitni Hyüston, Merayya Kerri, Selin Dion və digərləri tərəfindən layiqincə davam etdirilir. Rok musiqisinin 60-cı illərın sonunda başlanan yeni mərhələsi dahi Amerika gitaraçısı Cimmi Hendriksin adı ilə bağlıdır. Gitaranın yeni, ona qədər məlum olmayan ifa imkanlarını kəşf etmiş və "gitara kralı" adı qazanmış Cimmi səhnədə çox qısa müddət çıxış etsə də (1970-ci ildə o, faciəli surətdə həyatdan getmişdir), müasir rok musiqisinin inkişafına ciddi təsir göstərmişdi.

REKORDLAR...
Rolling Stones rok qrupları arasında ən çox — 39 qızıl diskə layiq görülmüşdür; Chicago qrupu ən çox platin diskin (17); Pol Makkartni isə kişi müğənniləri arasında ən çox — 13 platin diskin sahibi olmuşdur.

Çox keçmir ki, yeni və bəlkə də ən geniş yayılmış hard-rok (yəni "ağır rok") üslubu meydana çıxır: onu təmsil edən Led Zeppelin, Deep Purple və Black Sabbath qrupları rok musiqisi sahəsində çox yüksək zirvələr fəth edirlər. Ağır blüzü xalq musiqisinin xüsusiyyətləri ilə birləşdirmiş Led Zeppelin təxminən on il ərzində ABŞ-ın və Avropanın ən nüfuzlu hit-paradlarında müntəzəm olaraq birinci yeri tutur. Led Zeppelin-in daimi tərəf-müqabili Deep Purple qrupu ağır roku klassik musiqi ilə əlaqələndirməyə səy göstərir. 1976-cı ildə fəaliyyətini dayandıran Deep Purple 80-ci illərin ortalarında böyük uğurla yenidən səhnəyə qayıdır. Nəhayət, Black Sabbath qrupu olduqca ağır, hətta belə demək mümkünsə, qatı musiqi üslubuna meyl göstərir. Sonradan qrupun repertuarına gözəl lirik balladalar da daxil olur. Black Sabbath-ın rəhbəri, məşhur vokalçı Ozzi Osborn sonradan qrupdan ayrılır, karyerasını solo ifaçılığı istiqamətinə yönəldir və böyük uğurlar qazanır. Black Sabbath isə öz fərdi üslubunu tədricən itirir və çoxsaylı hard-rok qruplarının birinə çevrilir.

70-ci illərdə The Beatles-dən təkan almış soft-rok deyilən (yəni "mülayim, sakit rok") bir cərəyan da formalaşır. Onu təmsil edən gözəl bəstəkar və pianoçu Elton Conun lirik balladaları dünya şöhrəti qazanır, onun "Goodbye, yellow brick road" albomu isə rok musiqisinin qızıl fonduna əbədi daxil olur. 70-ci illərdə İngiltərədə yaranmış, özündə rok və klassik musiqinin əlamətlərini birləşdirmiş art-rok, yəqin ki, rok musiqisində ən mürəkkəb cərəyandır. Genesis, Yes, King Crimson, Emerson Lake and Palmer qruplarının ali musiqi təhsili almış, klassik musiqiyə mükəmməl bələd olan üzvləri mürəkkəb quruluşlu, genişmiqyaslı kompozisiyalar yaradırlar. Art-rok üslubunda işləyən qruplar həmçinin klassik əsərlərin məharətli rok-işlənmələrini də tətbiq edirlər.

Klassik musiqi ilə rokun bir-birinə yaxınlaşdırılması 70-ci illerin mühüm bir sənət tapıntısına -rok-opera janrının formalaşmasına gətirib çıxarır. Entoni Lloyd Uebberin "Jesus Christ-Superstar" və The Who qrupunun yaratdığı "Tommy" əsərləri rok-operanın ən məşhur nümunələridir.

REKORDLAR...
Pink Floyd qrupunun "Dark Side of the Moon" albomu (1973) 741 həftə ərzində hit-paradlardan düşməmişdir.

Rok-musiqinin tarixində elə qruplar da var ki, onlar heç bir cərəyanın çərçivəsinə sığmır. Söhbət ilk növbədə Pink Floyd, The Doors, Queen və Jethro Tull qruplarından gedir. Pink Floyd 60-cı illərin ortalarında İngiltərədəki bədii kolleclərin tələbələri tərəfindən yaradılmış, sonra isə dünyanın ən populyar rok qrupuna çevrilmişdir. Onların "Dark Side of the Moon" albomu ABŞ-da 200 ən yaxşı albomun siyahısında özünə möhkəm yer tutmuşdur. Qrupun şah əsərlərindən biri tənhalıq, qarşılıqlı anlaşılmazlıq probleminə həsr olunmuş "The Wall" rok-operasıdır. Pink Floyd həmçinin səs, işıq, animasiya və kino effektlərinin istifadəsi ilə hazırlanmış möcüzəli şou konsertləri ilə məşhurdur. 60-cı illərdə Los-Ancelesdə yaranmış The Doors qrupunun musiqisi dərin fəlsəfı məzmunu ilə, bir qədər də bədbin xarakteri ilə seçilir. Həmin qrup gənclər tərəfindən böyük məhəbbətlə, fanatikcəsinə qarşılanır; onun lideri, 1971-ci ildə dünyasını vaxtsız dəyişmiş Cim Morrison isə o zamankı gənclərin bir növ pərəstiş obyektinə çevrilir. 70-ci illərin ən məhsuldar qruplarından biri Jethro Tull blüz, rok və ingilis xalq melodiyalarını qovuşduraraq özünəməxsus bir bədii üslub yaradır. Jethro Tull musiqisinin ən əlamətdar xüsusiyyəti fleyta alətinin incə, şəffaf tembrindən fəal istifadə olunmasıdır. 1972-ci ildə İngiltərədə təşkil olunmuş Queen qrupu lirik ballada, hard-rok və operetta ənənələrini özünəməxsus tərzdə əlaqələndirmişdir. Qrupun yaraşığı, onun rəhbəri və solisti Freddi Merkürinin zəngin, ifadəli səsi və gözəl aktyorluq qabiliyyəti qrupun ifa etdiyi kompozisiyalara xüsusi təsir gücü aşüayırdı. 1981-ci ildə Freddinin AIDS-dən vəfat etməsi Queen qrupunun parlaq karyerasına son qoyur.

70-ci illərin ikinci yarısında rok mürəkkəb dövrünü yaşayır. Dünyanın aparıcı qrupları böhran vəziyyətinə düşür, dinləyicilər arasında daha sadə və yaxud qalmaqalçı musiqiyə maraq oyanır. Bir tərəfdən disko, digər tərəfdən isə pank-rok cərəyanları yaranır.

Diskonun əsas xüsusiyyətləri gitara, barabanlar və digər "canlı" alətlərin sintezatorlarla əvəz olunması və musiqinin həmişə eyni tempdə — bir dəqiqəyə 112 zərbə düşmək şərtilə səslənməsidir. "Disko kraliçası" amerikalı müğənni Donna Sammer, İsveçrənin ABBA, İngiltərənin Bec Yees, Yamayka mənşəli musiqiçilərdən ibarət Boney M qrupları diskonun ən parlaq təmsilçiləridir. 80-ci illərin əvvəlində diskonun bir qədər yeknəsəq və "şirintəhər" xarakterinə etiraz əlaməti olaraq pank-rok üslubu meydana çıxır. Musiqinin nəzəri əsaslarından heç xəbərləri olmayan, çalmağı, oxumağı heç əməlli-başlı bacarmayan panklar kəskin, qeyri-melodik, "təcavüzkar" musiqi ifa edirlər. Bu cərəyanı təmsil edən Sex Pistols qrupunun müğənnisinin köynəyindəki "Mən Pink Floyda nifrət edirəm" yazısı qrupun mövqeyini açıq-aşkar bildirirdi. Lakin pank-rok çox keçmir ki, nyu-veyv ("yeni dalğa") cərəyanı ilə əvəz olunur. Nyu-veyvə aid olan bir qrup ifaçı 60-cıların rok-n-roll ənənələrini canlandırmağa çahşır (U-2); digər musiqiçilər elektron musiqi alətlərini geniş tətbiq edirlər (Depeshe Mode, Duran Duran, Pet Shop Boys); nəhayət, bir çox sənətkar Yamayka musiqisinin "reqqi" üslubuna müraciət edir (Bob Marli, Police). Yeri gəlmişkən, Police qrupunun solisti Stinq sonradan solo ifaçı kimi dünya şöhrəti qazanır. "Nyu veyv"lə bərabər, "hevi metal" ("ağır metal") üslubu da yaranır. Hard-rokun yeni mühitdə davamı olan hevi metal sanki Deep Purple, Led Zeppelin və Black Sabbath-ın yaşa dolmuş pərəstişkarları tərəfindən ifa olunur, lakin musiqinin səs keyfiyyəti daha da ağırlaşır, templər isə sürətləndirilir. Metallica, Iron Maiden və Megadeth qruplarının kompozisiyaları onlara dünya şöhrəti gətirir.

80-ci illərdəki rok və pop musiqisinin nəzərəçarpan xüsusiyyətlərindən biri də videoklip industriyasının yaranmasıdır. Bu dövrdən etibarən mahnı qısa musiqili film — videoklip vasitəsilə də təqdim oluna bilər. Məşhur MTV fırmasının 1982-ci ildə gecə-gündüz fasiləsiz kommersiya kanalının açılması videokliplərin istehsalına mühüm təkan verir. Sözsüz, videoklip hər bir mahnıya xüsusi yaraşıq vermək, onu kiçik bir tamaşaya çevirmək məqsədi güdür. Lakin əfsuslar olsun ki, bəzən böyük ustalıqla çəkilmiş videokliplər səviyyəsiz, bəsit mahnıların, istedadsız müğənnilərin süni şəkildə ucaldılmasına gətirib çıxarır və bu, müasir şou-biznesin mənfi tərəflərindən biridir. 80-ci illərin rok və pop musiqisində daha bir xüsusiyyət də nəzərə çarpır. Qrupların əvəzinə ayrı-ayrı solistlər meydana çıxıb geniş rəğbət qazanırlar.

REKORDLAR...
Maykl Cəksonun 47 milyon nüsxəsi satılan "Thriller" albomu (1982) dünya rok və pop musiqisinin ən populyar albomu hesab olunur.

Maykl Cəkson, Madonna, Prins, Tina Törner, Brüs Sprinqstin və başqalarının albomları misli görünməmiş tirajlarla istehsal olunur. 80-ci illərdə maraqlı bir üslub — musiqinin müşayiəti ilə sürətli ritmik danışıq prinsipinə əsaslanan hip-hop (və ya rep) üslubu meydana çıxır. ABŞ-ın böyük şəhərlərində qara əhalinin yaşadığı məhəllələrdə yaranmış hip-hop üslubunun ulduzları da əsasən qaradərili ifaçüar — Em Si Hammer, Ays Kyub və Tupak Şakurdur.

90-cı illərin əvvəlində pank-rokun xüsusiyyətlərini canlandıran "qranc" üslubu yaranır. Onun lideri ABŞ-ın Nirvana triosu dünyanın ən tanınmış rok qrupları sırasına daxil olur. Tezliklə "qranc" "brit-pop" və ya "brit-rok'laəvəz olunur. Oasis, Blur kimi qruplar The Beatles-in və ümumiyyətlə, klassik rokun ənənələrini yenidən canlandırır, onların sənətinin tükənməz imkanlarını bir daha nümayiş etdirirlər.

Rok və pop musiqisinin geniş panoramını nəzərdən keçirərkən biz əsasən ABŞ və İngiltərənin bu sahədəki nailiyyətlərinə üz tutduq. Bu da təbiidir — rok və pop musiqisinin beşiyi sayılan həmin ölkələr bu günədək də onun aparıcı təmayüllərini müəyyən etməkdədir. Lakin dünyanın digər qitələrində də populyar musiqinin özünəməxsus növləri yaranıb dünya musiqisi xəzinəsinə daxil olmuşdur.

Belə ki, 70 — 80-ci illərdə İtaliya estrada musiqisi geniş şöhrət qazanır. Adriano Çelentano, Toto Kutunyo, Rikardo Folyi, Riki e Poveri qrupunun ifasında səslənən mahnılar incə mülayim xarakteri və xüsusən də zəngin melodik üslubu ilə ingilis-dilli pop musiqisindən sanki „yorulmuş" dinləyicilərin ruhunu oxşayır.

Fransada da gözəl mahnı sənəti meydana çıxır. 40- 50-ci illərdə məşhur şansonye ("şanson" fransızca "mahnı"dır) Moris Şevalye və Edit Piafın, 70 -80-ci illərdə isə Mirey Matye və Co Dassenin adları dünya estrada musiqisinin salnaməsinə yazılır və burda layiqli yerlərini tuturlar. Romantik balladaların misilsiz təfsirçisi Xulio İqlesias ABŞ auditoriyasını fəth etmiş, ümumdünya şöhrəti qazanmış ilk ispan müğənnisidir. Belə bir nailiyyət bənzərsiz səs tembri olan yunan Demis Russosun da payına düşüb. ABŞ-ın Meksika mənşəli musiqiçisi Karlos Santana Afrika və latın Amerikası ritmlərini, eləcə də blüz, caz və rok elementlərini özündə birləşdirən "latin-rok" adlı maraqlı bir üslubun təməlini qoyur və və beləliklə də latındilli ifaçıların 90-cı illərdə qazandıqları böyük uğurlar üçün zəmin yaratmış olur.

Biz müasir rok və pop musiqisinin bir növ ümumi "xəritə"sini təqdim etdik. Onu da qeyd etməliyik ki, musiqinin bu növü daim qızğın mübahisələr doğurur, müxtəlif rəylərin toqquşmasına, hətta qalmaqallara səbəb olur. Lakin artıq danılmaz bir həqiqətdir ki, musiqi xəzinəsini bir sıra görkəmli sənətkarlarla və bədii cərəyanlarla zənginləşdirmiş rok və pop musiqisi dünya mədəniyyətinin ayrılmaz və dəyərli bir hissəsidir.

Ayrı-ayrı kompozisiyalar:

The Beatles — "Yesterday"
The Rolling Stones — "Satisfaction"
The Eagles — "Hotel California"
Led Zeppelin — "Stairway to Heaven"
Deep Purple — "Smoke on the Water"
Queen — "Bohemian Rhapsody"
Con Lennon — "Imagine"
Adriano Çelentano — "Süzanna"
Toto Kutunyo — "İtalyano"
Mirey Matye — "Çao, bambino, sorri"
Co Dassen — "Salüt"
Xulio İqlesias — "Nostalgy"
Demis Russos — "Goodbye, my love"

Albomlar:

The Beatles — "Sgt Pepper"
Deep Purple — "In Rock"
Pink Floyd — "The Wall"
Maykl Cəkson — "Thriller"
U-2 — "The Joshua Tree"Dire Straits — "Brothers in Arms"

Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi
Müəllif Aida Hüseynova

Maraqlı     Baxılıb: 2712   Tarix: 21 iyun 2014
f Paylaş

Oxşar xəbərlər

.

Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO

Dövlət İmtahan Mərkəzi Azərbaycanda özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahan sualında müğənni Hissin mahnısının sözlərinin yer alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

.

Prezident təqaüdünə layiq görülən tələbələr - ADLAR

Prezident İlham Əliyevin "2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" Sərəncamına əsasən, bu təqaüdə layiq görülən 102 nəfə

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMA

Erməni tarixinin təxəyyül məhsulu, illüziyalar və saxtakarlıqdan ibarət olması artıq faktdır. Ermənilər bunu etiraf etmir, hər vəchlə sübut etməyə çalışırlar ki, sən demə, "Great Armenian Highland", yəni "Böyü

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Ağasıoğlunun 30 ildir üzərində işlədiyi kitab

Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun 30 ildir üzərində işlədiyi doqquz cilddən ibarət "İslamöncəsi Türk Tarixi" adlı ensiklopediya elmi ictimaiyyətə təqdim olunub. -

.

Repetitorların qiyməti yüksəldi: 1 fənn üzrə 200 manat

Yeni tədris ili valideynlərin qayğılarını artıb. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onları

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində Fizika üzrə 2022-ci il Nobel mükafatı qaliblərinin adları açıqlanıb. APA-ya istinadən bildirir ki, qaliblərin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib. Fizik

turlar.az

sonxeber.az qadin dunyasi kosmetoloq hamilelikde qidalanma şef master hamiləlik testi zirinc faydalari sevinc tofiqqızı qizlar novruz bayramina aid hakisdalar yemekler aydin sani tanisliq