Saçların mezoterapiyası

Saçların mezoterapiyasıArtıq saç problemi təkcə yaşlı yox, cavan insanlarda da üzə çıxır. Müasir günümüzdə 30 yaşı olmayan, amma keçəlləşən insan görmək mümkündür. Xoşbəxtlikdən bu problem uzun müddətdir ki, Həkimlərə məlumdur. Elm bu problemdən necə qurtulmağın yollarını da bilir. Bu məqalədə ən effektiv prosedurlardan sayılarn saçların mezoterapiyasından bəhs edəcəyik. Bu prosedur necə və nə vaxt həyata keçirilir, hansı problemlər zamanı təyin edilir və hansı əks göstəriciləri var.
Mezoterapiya dəri örtüyünə müxtəlif faydalı maddələrdən hazırlanmış preparatların iynə ilə yeridilməsidir. Həkim isə bu zaman hər pasientə uyğun olaraq fərdi qaydada preparat hazırlayır. Bu isə pasientin dəri və saç probleminə uyğun olaraq ideal komponentləri seçməyə imkan yaradır, bununla yanaşı pasientin orqanizmində mənfi reaksiyalara səbəb olmur. Prosedur bir neçə inyeksiya vasitəsilə aparılır. Bunun nəticəsində isə başın dərisinə 1-3 millilitr preparat yeridilir. Bu sistemi yaradan həkim isə məsələ ilə bağlı "Bir az, nadir hallarda, lazımi yerə" frazasını işlədib.
İyənin yeridilmə dərinliyi, iynələr arasındakı məsafəni nəzərə almaq lazımdır, əks halda inyeksiya alınmayacaq. Bundan əlavə, inyeksiyadan əvvəl lazım olan maddəni həkim özü hazırlamalıdır. Bu səbəbdən də proseduru ancaq və ancaq peşəkar həkim-komsetoloqlara həvalə etmək lazımdır. Məsələn, kosmetoloji klinikada. Amma prosedurdan əvvəl mütəxəssislə məsləhətləşmək lazımdır.
Mezoterapiya seanslarının əks-təsirləri:
-Xroniki xəstəliklərin kəskinləşməsi;
-Hamiləlik və laktasiya;
-Dərmanın yeridildiyi yerdə iltihab prosesi;
-Autoimmun xəstəlikləri;
-Bədxassəli şişlərin yaranması;
-Mezokokteylin tərkibindəki maddələrə qarşı allergiya;
-İnfeksiya xəstəliklərinin kəskinləşməsi.
İlk iş olaraq həkim mezokokteyl hazırlayır.
Mezokokteylin tərkibinə vitaminlər, amin turşuları, mikroelementlər, bəzi turşu növləri daxil ola bilər. Preparat hazır olduqdan sonra həkim dəriyə 4 millimetr dərinliyində inyeksiya edir. Bütün prosedur adətən 40 dəqiqədən çox olmur. Bundan əlavə, prosedurdan sonra dəriyə hansı qulluğun edilməsi ilə bağlı həkim məsləhətinə də əməl etmək lazımdır.
Bir çox hallarda ümumi məsləhətlərə riayət etmək lazımdır:
-İlk bir neçə gün başınızı islatmayın;
-Hamama getməyin, günəş vannası qəbul etməyin.
Mezoterapiya üçün göstərişlər aşağıdakılardır:
-Kəpək;
-Bir neçə prosedurdan sonra saçların xarab olması (kimyəvi boyama vəs.);
-Alopesiya;
-Erkən keçəlləşmə;
-Erkən saç ağarması;
-Saç uclarının qırılması;
-Sistem xəstəlikləri (psoriaz, qotur).
Bundan əlavə, dərinin mezoterapiyası saç əkilməsi üçün keçiriləcək əməliyyat üçün hazırlıq kimi də göstərilə bilər.
Bir neçə seansdan sonra müsbət nəticələr özünü göstərməlidir. Bundan əlavə, maksimal nəticə əldə etmək üçün isə tam kurs müalicə götürmək lazımdır. Kursun müddəti isə problemə uyğun olaraq, pasientin fərdi xüsusiyyətlərinə görə mütəxəssis tərəfindən təyin edilir. Bir çox hallarda 4-9 seans təyin edilir. Seanslar isə 1-2 həftədən bir keçirilir.
Bakıda saçların mezoterapiyası bir çox klinikalarda həyata keçirilir. Doctortap.Az saytında siz müstəqil olaraq klinika və həkim kosmetoloqu seçə bilər, həkim məsələhətinə yazıla bilər və bu prosedur barədə tam məlumat əldə edə bilərsiniz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1142   Tarix: 31 may 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

kosmetoloq toy makiyaji sekilleri qadin dunyasi ana və uşaq qadin.az aciq zedelenmeler yaralar toyuq buglamasi kosmetika yemekler cinsi vətənə aid bahar qiz adlari