Saçların qeydinə qalmaq üçün faydalı maskalar

Saçların qeydinə qalmaq üçün faydalı maskalarSaçların qeydinə qalmaq üçün lazımlı maskalar

1. Parlaqlıq üçün - Saçı şampunla yuduqdan sonra bir fincan limon suyu ya da sirkəni saça töküb, masaj edərək yaxşıca yeridin. Sonra saçı yaxalayın. Saç kremi çəkin və yaxalayın. Bu saçdakı bütün çirki aparacaq və parlaqlıq verəcək. Bu üsulu 2 həftədən tez təkrarlamayın.

2. Kakao yağı ilə müalicə - Kakao maskası rəngli saçlara tətbiq edilir. İçində su qaynayan böyük qazanın içinə kiçik qab qoyun. Yarım fincan günəbaxan yağı, 1 yemək qaşığı kakao yağını, bir yemək qaşığı susuz lanolini ikinci qabın içində əridin. Bütün bu yağlar əridikdən sonra qabı qaynar suyun içindən alın və yaxşıca qarışdırın. Bu qarışığı başınıza çəkin və 15-20 dəqiqə saxlayın. Ardından saçınızı yuyub yaxalayın. Bu maska tünd rəngli saçlara rəng və parlaqlıq verir.

3. Qidalandırıcı maska - 1 yumurta yarısı, 1 stəkan dəmlənmiş çay, 1 yemək qaşığı badam yağı və 2 damcı limon suyunu bir qabda qarışdırın. Saç diblərinə masaj edərək çəkin və yaxşıca qarışdırın. 10-15 dəqiqə gözləyib şampunla yuyun.

4. Protein müalicəsi - Yumurta ilə proterin müalicəsi bütün saç növləri üçün münasibdir. İki yumurtanı sındırın və və içinə yavaş-yavaş bir yemək qaşığı zeytun yağı, bir yemək qaşığı qliserin, bir yemək qaşığı sirkə əlavə edin. Saçı bir dəfə şampunla yuduqdan sonra bu maskanı çəkib 15-20 dəqiqə saxlayın. Saçı yaxşı yuduqdan sonra onlar daha parlaq və həcmli görünəcək.

5. İsti yağ müalicəsi - Qurumuş və korlanmış saça can vermək üçün ən yaxşı maska zeytun yağıdır. Saça parlaqlıq vermək üçün 2 yemək qaşığı zeytun yağını isidin. Bu maskanı yavaş-yavaş saç dərisinə yeridin. İsti suda islatdığınız dəsmalı sıxdıqdan sonra başınıza bürüyün. Dəsmal soyuduqdan sonra bu qaydanı 2-3 dəfə yenidən təkrarlayın ki, yağ baş dərisinə yaxşı hopa bilsin. Sonra saçı yaxşıca yaxalayın. Bu maska xüsusən də tez qırılan saçlar üçündür.

Gözəllik və Moda     Baxılıb: 6692   Tarix: 29 dekabr 2014
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

turlar.az

sac duzumleri toy makiyajlari qis geyimləri 2026 qadınlar və kişilər qaynar qazan ana haqqinda atalar sozleri faydalı məlumat kosmetika olumu statuslar bir arzum var narin faydasi ariqla