Saçlarınızın uzanması üçün cəmi 3 addım
Saçlarınızın uzanmasını istəyirsinizsə bu üsullardan istifadə edin:
Xardal maskası
Xardal dərini isidərək "yandıran" hiss yaradır və saç soğanağına qan axınını təmin edir.
İstifadəsi: Xardal tozunu su ilə qarışdırıb saç diblərinə sürtün. Sonra başınızı duş papağı ilə bağlayın, saçda 15 dəqiqədən 40 dəqiqəyə qədər saxlaya bilərsiniz. Bu maskaya həmçinin yumurta sarısı və yağ əlavə etmək olar. Maskanı həftədə 1-2 dəfə olmaqla bir ay ərzində etmək lazımdır. Sonra 6 ay ara vermək məsləhət görülür.
Zeytun və gənəgərçək yağı (kastorka)
Bu yağları saçların dibindən uclarına qədər sürtmək, isti bir dəsmal ilə bağlamaq və 30 dəqiqə saxlamaq lazımdır. Bir ay ərzində saçlarınızı yuduğunuz zaman bu maskanı tətbiq edin.
Nəticədən məmnun qalacaqsınız.
Nikotin turşusu (B3 vitamini, PP vitamini, nikosinamid)
Bu məhlul bir çox saça baxım vasitələrinin tərkibində vardır. Bu maddə uzanmanın güclənməsi və saçların möhkəmlənməsinə cavabdehdir. Adının siqaretlə heç bir əlaqəsi yoxdur.
Onun sayəsində saçlar nəmlənir, saç kökləri möhkəmlənir, qan dövranı yaxşılaşır və nəticədə saçların uzanması güclənir. Bu maddə ilə aparılan kursu sona qədər keçən insanlar 1 ayda saçların 4 sm uzanmasının şahidi olacaqlar. Nikotin turşusu apteklərdə satılır.
İstifadəsi: 30 gün ərzində nikotin turşulu ampulaları (gündə 1 ədəd) saçların dibinə sürtmək lazımdır. Sonradan 3-6 ay ara vermək məsləhətdir./saglamolun.az/
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq