Sinir sistemini sakitləşdirir, orqanizmi təmizləyir...

Sinir sistemini sakitləşdirir, orqanizmi təmizləyir...Çiçək tozcuğu arıların gizli yığdığı bitki məhsuludur və çiçəyin içərisində olan erkəkcikdə olur. Arılar həmin tozcuqları ayaqlarında olan ciblərə yığaraq yuvaya daşıyırlar.
Çiçək tozcuğu arılar üçün güclü qida mənbəyidir. Arılar onunla həm özləri qidalanır, həm də balalarına yedizdirirlər.
"Çiçək tozcuğu çiçəklərin erkəkciyindən olan, tozlanmadan sonra mayalanmada iştirak edən və nəticədə toxum və meyvənin yaranmasına səbəb olan erkək cinsi hüceyrələrdir. Çiçək tozcuğu insan lazım olan bütün vitamin-mineral kompleksini özündə cəmləşdirən unikal qida maddəsidir", - deyə biologiya üzrə fəlsəfə doktoru Mahmud Hümbətov Azertag.az-ın müxbiri ilə söhbətində arı məhsullarının ən qiymətli növü haqqında məlumat verib.
Onun dediyinə görə, sağlamlığın və çox yaşamağın sirlərindən biri məhz həmin məhsuldadır. Əbəs yerə deyil ki, qədin Çin şairi Li Yu onu "ölümsüzlüyün sirri" adlandırıb.
M.Hümbətov söhbət zamanı deyib: "Balla müqayisədə arı tozcuğu yüksək keyfiyyətli zülal və doymamış yağ turşuları ilə daha zəngindir. Qida vasitəsilə orqanizmə daxil olan zülallar fermentlərin təsirindən amin turşularına qədər parçalanır və qan vasitəsilə hüceyrələrə çatdırılır, orada yenidən hüceyrələrə lazım olan endemik zülallar yaranır. Orqanizm üçün lazım olan amin turşularının miqdarı tozcuqda ət, pendir və yumurtada olandan 5-7 dəfə çoxdur. Tozcuq hüceyrələrinin tərkibində 400-ə qədər komponent - fermentlər, mikroelementlər, vitaminlər, bitki hormonları və s. var və bunlar orqanizmdə yeni hüceyrələrin yaranması, inkişafı və orada gedən kimyəvi çevrilmələr üçün olduqca vacibdir. Tozcuğun tərkibində 27 cür mikroelement var və onun qəbulunun orqanizmdə interferon ifrazını artırması immunitetin güclənməsinə və onkoloji xəstəliklər riskini minimuma endirməyə səbəb olur.
Tozcuq dənəsi təbii dopinqdir. Moskva Radiologiya İnstitutunun alimləri belə qənaətə gəliblər ki, bir tozcuq dənəsi bioloji tərkibinə və qida dəyərinə görə bir qara kürü dənəsinə bərabərdir. Arıçı alimlərdən biri hesablayıb ki, 41 qram çiçək tozcuğunda olan rutin vitamini bir neçə nəfəri beyin qansızması və infarktdan qoruya bilər. O, enerjini artırır, əhvalı yaxşılaşdırır, zehni itiləşdirir, yorğunluğu aradan qaldırır. Ona görə də çiçək tozcuğu elm adamları, tələbələr, idmançılar və gümrah qocalmaq istəyənlər üçün əvəzsiz qidadır. Çiçək tozu və onun preparatları həzm sisteminə müsbət təsir göstərir, iştahanı artırır, bağırsaqların mikroflorasını bərpa edir, sinir sistemini sakitləşdirir, orqanizmi zəhərli maddələrdən təmizləyir. Onunla həmçinin prostat vəzi xəstəlikləri, adenoma və impotensiyanı da uğurla müalicə etmək olar.

Sağlamlıq     Baxılıb: 1729   Tarix: 18 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

turlar.az

toy makiyajlari hamilelikde qidalanma qadin dunyasi azerbaycan xalq mahnilari adlari ayaqqabi modelleri 2026 goz altı qırışlar körpə və ona qulluq kosmetika badambura ekizler pomidor novruz baldiza aid haxisda