Sızanaqlar

SızanaqlarSızanaqlar haqqında mif və reallıqlar

Birinci mif- "Sızanaq- yeniyetmə dövrünün xəstəliyidir". Bu fikirlə qismən razılaşmaq olar, çünki sızanaqlar yeniyetmənin cinsi yetişkənliyi dövründə daha çox müşahidə edilir. Bununla belə, qeyd olunmalıdır ki, digər yaş qrupundan olan insanlar da sızanaqlardan əziyyət çəkirlər. Məsələn, iyirmi yaşını adlamış qızlarda da sızanaqlar peyda olmağa başlayır. Hətta qırx yaşında olan qadınlarda belə, sızanaq müşahidə etmək mümkündür.

İkinci mif- "Sızanaq düzgün qidalanmamanın nəticəsidir". Ümumiyyətlə, düzgün qidanmamağın sızanaqların yetişməsinə səbəb olması barədə yekdil fikir yoxdur. Bununla belə, bəzi həkim-kosmetoloqlar pasiyentlərinə daha az şokolad, qoz və pendir yeməyi məsləhət görürlər. Digər həkimlər isə, əksinə, hesab etmirlər ki, şokolad, pendir və ya qoz sızanaqların yaranmasına səbəb olur.

Üçüncü mif- "Cinsi əlaqələr sızanağın qarşısını alır". Yalnış fikirdir. [sızanaqlar]

Dördüncü mif- "Sızanaq yoluxucudur". Yox, insan başqasından sızanağa yoluxa bilməz. Sızanaq dəridə qidalanan bakteriya və piy toxumalarının qarşılıqlı təsiri nəticəsində peyda olur.

Beşinci mif- "Günəş sızanağın axırına çıxır". Doğrudur, Günəş şüaları sızanaqların yox olmasına kömək edir. Araşdırmalara görə, sızanaqdan əziyyət çəkənlərin 60 faizi Günəş vannası qəbul etdikdən sonra özlərini yaxşı hiss edirlər.

Altıncı mif - "Əsəbiləşərkən sızanaqların vəziyyəti daha da pisləşir". Yox, belə deyil. Təbii ki, əsəbiləşib sızanaqlara toxunmasanız, dərinizdə problem yaşamayacaqsınız.

Yeddinci mif- "Sızanağı sıxanda ondan tez xilas olmaq mümkündür". Tamamilə yalnış fikirdir. Heç bir halda sızanağı sıxmayın. Xüsusilə də dərin sığanaqlara toxunmayın. Sıxılmış sızanaq daha da böyüyür və möhkəmlənir.
Sızanaqların əmələ gəlmə səbəbləri haqqında da oxuyun.
Sızanaqlara qarşı nə etmək lazımdır?

Üzünüzdə sızanaq əlaməti gördükdə kağız salfetə bükülmüş 1-2 ədəd buz parçasını 15 dəqiqə həmin nahiyədə saxlayın. Sonra gil maskasını sızanağın üzərinə çəkib yarım saat gözləyin. Ardından ilıq su ilə yuyun.
Sızanaqların yaxşılaşmasını sürətləndirmək, qızartını yox etmək üçün bal da yaxşı vasitədir. Balda olan antibakterial maddələr sızanağı yaradan səbəbləri məhv edir, dəri hüceyrələrini təzələyir.
Dəri hüceyrələri daha çox gecələr təzələndiyindən yatmazdan əvvəl sızanağın üzərinə bal sürtün. Balın ətrafa yayılmasının qarşısını almaq üçün üzərinə bir yara bantı yapışdırın. Səhər bantı çıxarın. Sızanaq yaxşılaşana qədər bu əməliyyatı təkrar edin.
Digər bir metod: 6 aspirin tabletini əzib 100 qram spirtdə həll edəndən sonra (hermetik bağlamaq şərtilə) üzə səhər-axşam çəkmək.
Dərinizə canlılıq qazandırmaq və bakteriyaları təmizləmək üçün qatıq maskasından da istifadə edə bilərsiniz. Bunun üçün yarım kasa qatığı soyuyana qədər soyuducuda saxladıqdan sonra üz və alnınıza nazikcə çəkin. 10 dəqiqə gözləyib ilıq su ilə yuyun.
Əgər maskalardan istifadə etmək istəmirsinizsə, Metrogyl geli, Clean&Clear kremlərindən istifadə edə bilərsiniz.

Gözəllik və Moda     Baxılıb: 5232   Tarix: 08 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

turlar.az

hamiləlik yay kolleksiyasi kosmetoloq cinsi problemlər xina yaxdi sozleri ərzaqlar sepgilere qarsi maska kosmetika qadin.az qaynanaya aid novruz pehriz burclerin uygunlugu